Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Səs-küy insulta səbəb ola bilər
Səs-küy insulta səbəb ola bilər |
Təmir-tikinti işləri zamanı yaranan səs-küy, avtomobil siqnalları böyük təhlükə mənbəyidir. Əsəblərə birbaşa təsir göstərən həmin səslər müəyyən sağlamlıq problemlərinə də səbəb olur.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, əslində fərqində olmadığımız problemlərin kökündə 50 desibeli keçən səslər dayanır. Yuxusuzluq, stress, ürək-damar problemləri normadan artıq səs-küy nəticəsində yaranır. Bunu nəzərə alan Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri insanlara həmin səslərdən mümkün qədər uzaq olmağı tövsiyə ediblər. Çünki yaranan xoşagəlməz səslər insulta və ürək xəstəliyinə aparıb çıxarır. Bir müddət əvvəl təşkilat paltaryuyan, qabyuyan, ətçəkən maşının, tozsoran səsinin də insan sağlamlığına zərərli olduğu barədə xəbərdarlıq etmişdi. Geri dön |