Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Ötən il Azərbaycanda 5000-ə yaxın vərəm xəstəsi aşkarlanıb
Ötən il Azərbaycanda 5000-ə yaxın vərəm xəstəsi aşkarlanıb |
Bakıda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun, USAİD-in və Ftiziatrlar və Pulmonoloqlar Assosiasiyasının təşkilatçılığı ilə Vərəm və ağciyər xəstəliklərinə dair V beynəlxalq elmi-praktiki konfrans keçirilir.
Konfransda Azərbaycanın aidiyyatı dövlət qurumlarının, AİDS, Vərəm və Malyariya Əleyhinə Qlobal Fondun, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, Türkiyə, Gürcüstan, Rusiya və Ukraynadan vərəm üzrə mütəxəssislər iştirak edir. Konfransın açılışında çıxış edən Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov bildirib ki, 2010-cu ilin nəticələrinə əsasən, Azərbaycanda 5000-ə qədər vərəm xəstəsi aşkar edilib. Son illər Azərbaycanda ilkin vərəm xəstələri arasında aşkarlanma əvvəlki illərə nisbətən 56,2 faiz artıb, həmçinin müalicələrdə 62 faiz uğur əldə edilib: “Bu rəqəmlər göstərir ki, qeydiyyata alınan vərəm hallarının sayı artır və vərəm xəstələrinin müalicə nəticələrinə nəzarət sistemi güclənir. 2011-ci il üçün 1-ci sıra vərəm əleyhinə dərman preparatlarının tam həcmdə alınması həyata keçirilib. Vərəmin aşkarlanması üzrə Referens Laboratoriyası 2010-cu ildə Almaniyanın Borstel şəhərində fəaliyyət göstərən supranatsional laboratoriya tərəfindən keyfiyyət sertifikatı alıb. Vərəm xəstələrinin bəlğəminin Referens Laboratoriyasına daşınması və tədqiq olunaraq mütləq şəkildə I və II sıra dərman preparatlarına həssaslığın qoyulması prosesləri aktiv şəkildə həyata keçirilir”. E. Məmmədbəyov deyib ki, 2010-cu ilin 9 ayı ilə 2011-ci ilin 9 ayı müqayisə olunduqda Referens Laboratoriyasında aparılan əkmənin sayının 4 dəfə artdığı müşahidə olunur. Onun sözlərinə görə, ölkədə 2-ci dərəcəli regional laboratoriyalar şəbəkəsinin yaradılmasına başlanılıb. Naxçıvan MR-da belə laboratoriya fəaliyyət göstərir, Quba, Masallı, Zaqatalada bakterioloji laboratoriyanın tikilməsi və ventilyasiya sisteminin quraşdırılması işləri başa çatıb, Gəncədə isə laboratoriyanın tikintisinə başlanılıb. Qeyd olunub ki, Azərbaycanda “2011-2015-ci illər müddətində Vərəmlə mübarizə strategiyası” və “Tədbirlər planı” qəbul olunub”. 2008-ci ilin avqust ayından rezistent xəstələrin müalicəsi layihəsinin icrasına başlanıb. Hazırda müalicəyə 791 rezistent vərəmli xəstə qoşulub. Geri dön |