Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Yaxşı söz eşidəndə... və yaxud mənim söz oyunum
Yaxşı söz eşidəndə... və yaxud mənim söz oyunum |
Böyrütikan, çiyələk...
Güıməlisə,de gülək. Bu qarpızdır,bu yemiş, hər ikisi suya həris,görməmiş... Əmimgilin həyətində var əzgil, Var köhnə gül, təzə gül, Təzəgül.. Bu ağac da -əbrişim, Onun ilə nə işim... Şabalıda deyirlər Şah Palıd,ulu palıd.... Amma görən olmayıb hələ nökər,qul palıd. Ağacdakı qoza bax, pambıq qozası kimi... Heç nəyin dozası yox, onun dozası kimi... Bu qırmızı,albalı, olub hamının malı.. Aha... Bu ki gilasdır... təravətli,ətlidir. Tutun üstündəki xətt, nə qıyğacı xətlidir... Şaftalılar suludur, Başqa adı,səhv deyilsə,huludur. Eh... Dilimiz -xəzinə, uzaq qaça bilmirik... Düyün düşən sözləri çox vaxt aça bilmirik. Sözlərin mənasın , axtarırıq, çözürük.... çətinliyə dözürük... Bir sözü səhv deyəndə xəcalətdən xəcil olub ölürük... Sözləri öldürməyin, söz öləndə, itəndə, dəli olub ölürük... Özünüzü dəliliyə qoymayın, yaxşı sözü yaşatmaqdan, diriltməkdən doymayın. *** Söz oyunu, oyunu... Olsun sənin oyunun.... Ey insanlar,nüktədanlar!.. Yaxşı sözlə həmişə qürrələnin , öyünün, yaxşı söz eşidəndə, fərəhlənin,sevinin.... 12.06.2018 Geri dön |