Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aİ güc tətbiq edən Ermənistanla buna məruz qalan tərəfə eyni yanaşma göstərməklə öz bitərəfliyini itirir - avstriyalı professor
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Aİ güc tətbiq edən Ermənistanla buna məruz qalan tərəfə eyni yanaşma göstərməklə öz bitərəfliyini itirir - avstriyalı professor

Aİ güc tətbiq edən Ermənistanla buna məruz qalan tərəfə eyni yanaşma göstərməklə öz bitərəfliyini itirir - avstriyalı professor


İyunun 29-da Almaniyanın Kristian Albrext adına Kil Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı ilə Kil Herman Ehler Akademiyasında "Avropa Ittifaqı və Cənubi Qafqaz dövlətləri" adlı konfrans keçirilib.
Azərbaycanın Almaniyadakı səfirliyindən verilən məlumata görə, konfransda Azərbaycan və Gürcüstanın Almaniyadakı səfirliklərinin müvafiq olaraq müşavir və müşavir-elçisi, Ermənistanın isə səfiri, eləcə də Avropa İttifaqının Tiflisdəki nümayəndəliyindən attaşe məruzə ilə çıxış ediblər.
Səfirliyin müşaviri Rizvan Nəbiyev Mərkəzin təlimatı əsasında etdiyi çıxışında Avropa İttifaqı ilə ölkəmiz arasında münasibətləri tənzimləyən proqramlar, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və onun yeni mərhələsi kimi planlaşdırılan və hazırda danışıqlar mərhələsində olan Assosiasiya Sazişi, eləcə də Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı barədə ölkəmizin mövqeyi barədə məlumat verib. Enerji sahəsində həyata keçirilən Strateji tərəfdaşlıq və Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatına ölkəmizin verdiyi töhfə konkret layihələr üzərində əsaslandırılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Nəbiyev Ermənistanın təcavüzünün və onun nəticələrinin Cənubi Qafqazda qeyri-sabitliyin ağır səbəbi kimi regionun Avropaya inteqrasiyasına və birgə iqtisadi inkişafına mane olduğunu vurğulayıb.
O, Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bötüvlüyü və beynəlxalq hüquqla tanınmış dövlət sərhədlərinin toxunulmazlığına tərəfdar çıxan Aİ-nin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə heç də həmişə belə mövqe nümayiş etdirə bilmədiyini qeyd edib. Belə ikili yanaşma isə Ermənistan rəhbərliyində təəssürat yarada və ona əminlik verə bilər ki, Aİ işğalın və etnik təmizləmənin nəticələri ilə barışır. Bu isə münaqişənin həllini uzanmasına şərait yaradır.
Ermənistan səfiri Martirosyan çıxışında əsas hədəf kimi ölkəsinin işğalçılıq siyasətinə haqq qazandırmağa çalışıb. Səfirliyimizin nümayəndəsinin cavabı ilə yanaşı tədbirin "Hüquqi dövlətçilik" panelində çıxış edən Avstriyanın Salzburq Universitetinin professoru Mixail Qaystlinqerin (Mixael Geistlinger) nitqi iştirakçıların diqqətini cəlb edib.
Qaystlinqer Avropa İttifaqını "Ermənistan-Azərbaycan münaqişəsində bitərəf mövqe tutmamaqda" tənqid edib: "Aİ güc tətbiq edən Ermənistanla buna məruz qalan qarşı tərəfə eyni yanaşma göstərir və bununla da öz bitərəfliyini itirir. Baxmayaraq ki, Ermənistan güc tətbiq etməyə görə müxtəlif sənədlər əsasında ittiham edilir (...) Münaqişənin həllinə töhfə vermək üçün həqiqi və tərəfsiz vasitəçilik olmalıdır, tərəflər öz mövqeləri əsasında və birgə maraqlara uyğun danışıqlar aparmalıdır. Əgər danışıqlar aparan tərəflərdən biri danışıqlar stolunu tərk edir, kiməsə zəng vurub məsləhətləşirsə və sonra geri qayıtmırsa və yaxud Dnestryanı münaqişədə sülh sazişinin imzalanmasına bir addım qalmış Moldova Prezidentinə Avropa dövlətlərindən birinin rəhbəri zəng vurub Rusiya vasitəçiliyi ilə edilən sazişi imzalamamağı və daha yaxşı şərtlər üçün Avropaya bel baxlamağı tövsiyə edirsə, belə şəraitdə sülhün əldə edilməsi çox çətindir".

Geri dön