Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanla Tacikistan arasında altı sənədin imzalanacağı gözlənilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycanla Tacikistan arasında altı sənədin imzalanacağı gözlənilir

Azərbaycanla Tacikistan arasında altı sənədin imzalanacağı gözlənilir


Tacikistan Prezidenti İmoməli Raxmonun Azərbaycana iyulun 12-15-də planlaşdırılan rəsmi səfəri zamanı bir sıra hökumətlərarası və sahələrarsı sazişlərin imzalanması planlaşdırılır.
Səfərin yekunları üzrə dörd hökumətlərarası sazişin imzalanacağı gözlənilir. Bunlar müəllif hüquqlarının müdafiəsi haqqında saziş, iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol, kənd təsərrüfatı, gənclər siyasəti və turizm sahələrində əməkdaşlıq haqqında sazişlərdir. Bu barədə cümə axşamı Trend-ə Tacikistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Planda iki sahələrarası sənədin - Bakı Dövlət Universiteti ilə Tacikistan Milli Universiteti arasında əməkdaşlıq haqqında, Azərbaycan və Tacikistan Milli Olimpiya komitələri arasında əməkdaşlıq haqqında sazişlərin imzalanması da var.
İmoməli Raxmonun Bakıda Prezident İlham Əliyevlə, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi nəzərdə tutulur.
Azərbaycan və Tacikistan prezidentlərinin müvafiq olaraq 2007-ci ilin mart və avqust aylarında həyata keçirdikləri qarşılıqlı səfərləri dövlətlərarası ikitərəfli əməkdaşlığın dinamik inkişafına əlavə təkan verib.
2007-ci ildə Azərbaycanın Düşənbədə, 2008-ci ildə Tacikistanın Bakıda səfirliyi açılıb.
Azərbaycan və Tacikistan beynəlxalq və regional təşkilatlarda - BMT, İƏT, MDB və başqaları - sıx qarşılıqlı fəaliyyət göstərirlər ki, bu da regional sülhün effektiv şəkildə qorunub saxlanmasına və iki xalqın köklü maraqlarının təmin olunmasına imkan verir.
2012-ci il martın 5-də Düşənbədə Azərbaycan-Tacikistan ticari-iqtisadi və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının ilk iclası keçirilib.
İkitərəfli münasibətlərdə xüsusi diqqət Azərbaycan ali məktəblərində Tacikistan üçün neft və qaz yataqları, geoloji kəşfiyyat, neft-kimya, ağır sənaye kimi sahələr üzrə kadrların hazırlanmasına ayrılır. Azərbaycan yeni iş yerlərinin açılması məqsədilə həm dövlət, həm də özəl sektora investisiyaların qoyulmasını nəzərdə tutur.
Tacikistanın TALKO alüminium şirkəti Azərbaycan ərazisi vasitəsilə öz yüklərini nəql edir. TALKO istehsalın və Azərbaycanın "Det-Al" alüminium şirkətinin anodlarının çatdırılmasının təminatı üçün avadanlığın və onun müasirləşdirilməsinin hazırlığı üzrə işləri başa çatdırıb.
Azərbaycanda kaustik sodanın gilli torpaq istehsalının təmin olunması üçün Tacikistanda mövcud zavodların yenidən qurulması, kriolitin və ftorlu duzların buraxılışı üzrə zavodun tikintisi üzrə işlər həyata keçirilib.
Azərbaycan öz növbəsində, Tacikistan tərəfini Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsal etdiyi xam neft və közərdilmiş koksla təmin edir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yekunları üzrə Azərbaycanla Tacikistan arasında mal dövriyyəsi 15,99 milyon dollar təşkil edib ki, bunun 13,2 milyon dolları ixracdır.

Geri dön