Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Azərbaycan Vəkillər Kollegiyasının rəhbərliyi Türkiyədə keçirilən konfransda iştirak edib
Azərbaycan Vəkillər Kollegiyasının rəhbərliyi Türkiyədə keçirilən konfransda iştirak edib |
Türkdilli və Əqraba Ölkələrin Vəkillər Kollegiyalarının (TÜRK-AV), Türkiyə Vəkillər Kollegiyaları Birliyinin və Kastamonu Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Türkiyənin Kastamonu şəhərində “Ölkələrarası əlaqələrin inkişafında vəkillər və vəkillər kollegiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Özbəkistan, Monqolustan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr və Qazaxıstan vəkillər kollegiyalarının iştirak etdikləri tədbirdə ölkəmizi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov və sədrin müavini Pərviz Ələkbərov təmsil edib. Vəkillər Kollegiyasından bildiriblər ki, tədbiri giriş sözü ilə açan Türkiyə Vəkillər Kollegiyaları Birliyinin sədri Metin Feyzioğlu vəkillərin ölkələrarası əlaqələrin qurulmasındakı rolunun əhəmiyyəti, həmçinin qanunun aliliyinin təmin edilməsində bu kimi əlaqələrin özünəməxsusluğu barədə fikirlərini bölüşüb. Daha sonra tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə vəkillik sahəsində aparılan islahatlar, Azərbaycan Respublikası Prezidentinin vəkilliyin inkişafı haqqında sonuncu Sərəncamından irəli gələn tövsiyələrin icrası, habelə türkdilli ölkələrin vəkilləri arasında əməkdaşlıq münasibətlərinin qurulmasında TÜRK-AV-ın mühüm rolu barədə geniş çıxış edib. Tədbirdə Kastamonu vilayətinin bələdiyyə sədri, icra hakimiyyətinin başçısı və bir sıra digər vəzifəli şəxslər iştirak ediblər. Konfransdan sonra mədəni tədbirlər çərçivəsində türk xalq musiqi konserti keçirilib, Türk Ocaqlarının Kastamonu şöbəsi ziyarət edilib. Həmçinin Kastamonu Universitetinə də baş çəkilib. Tələbələrin və universitetin rektoru professor Seyit Aydının iştirakı ilə keçirilən görüşdə Anar Bağırov Türkiyə ilə Azərbaycan arasında hüquq əməkdaşlığı, hüquqşünasların təcrübə mübadiləsi və sair aidiyyəti məsələlər barədə çıxış edib. Geri dön |