Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xərçəngin diaqnozlaşdırılması üçün qeyri-adi üsul kəşf edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Xərçəngin diaqnozlaşdırılması üçün qeyri-adi üsul kəşf edilib

Xərçəngin diaqnozlaşdırılması üçün qeyri-adi üsul kəşf edilib


Dyuk və Nanyan universitetlərinin və Massaçusets Texnologiya İnstitutunun alimlər qrupu xərçəngin diaqnostikası üçün yeni metod kəşf edib. Belə ki, mütəxəssislər səs dalğaları vasitəsilə xəstəliyə yoluxmuş hüceyrələri aşkarlamaq niyyətindədirlər.

Xəstə hüceyrələr sağlamlardan daha böyük olur. Xüsusi tezlikli səs dalğaları onları aşkarlayır və növbəti analiz üçün müəyyən nöqtədə toplayır.

Alimlərin sözlərinə görə, hazırda xərçəngin diaqnostikası üçün əsas metod biopsiya olaraq qalır. Lakin biopsiya səsli diaqnostika ilə müqayisədə daha ağrılı və az effektivdir.

Bildirilir ki, xüsusi tezliyə malik səs dalğaları qan damarlarından keçir, dövr edən yoluxmuş hüceyrələrdən uzaqlaşır və geri dönürlər. Bu zaman xəstə cihazlara qoşulu vəziyyətdə olur.

Geri dön