Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ARDNŞ və "Statoil" Xəzərdə tədqiqat işləri üzrə müqavilə imzalayıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > ARDNŞ və "Statoil" Xəzərdə tədqiqat işləri üzrə müqavilə imzalayıblar

ARDNŞ və "Statoil" Xəzərdə tədqiqat işləri üzrə müqavilə imzalayıblar


ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Norveçin "Statoil" şirkəti birgə tədqiqat müqaviləsi imzalayıblar.
"Statoil"dən cümə günü verilən məlumata görə, tədqiqat Abşeron yarımadasının şımal-qərbindəki dayaz sulu ərazidə geoloji-geofiziki məlumatların dəyərləndirilməsinə yönəldiləcək.
"ARDNŞ ilə müqavilə iki şirkət arasında əməkdaşlığın dərinləşməsində də vacib bir addımdır. "Statoil" şirkətinin bu yaxınlarda Norveçdə, Tanzaniyada və Braziliyada apardığı yüksək effektiv dəniz kəşfiyyat işləri bizim bilik və bacarığımızı təsdiqləyir və texnologiyanın kəşfiyyat işlərində böyük potensial açmaq imkanına malik olduğunu sübut edir", - "Statoil" şirkətinin beynəlxalq kəşfiyyat işləri üzrə vitse-prezidenti Nik Maden deyib.
"Statoil" Azərbaycanda iyirmi ildən artıq fəaliyyət göstərir və biz bu müqavilə vasitəsilə Azərbaycanda "Statoil" üçün mümkün operatorluq funksiyasını daşıyacağımız yolda texnoloji və kəşfiyyat təcrübəmizi paylaşacağımızı səbirsizliklə gözləyirik, - "Statoil Azərbaycan"ın prezidenti Lars Troen Sorensen qeyd edib. - Biz Azərbaycanın kəşfiyyat potensialına malik olduğuna inanırıq. Biz Bakıdakı ofisimizdə Xəzər dənizinin Azərbaycan sektorunda yeni imkanların aşkar edilməsi ilə məşğul olan kəşfiyyat işçi qrupu yaratmışıq. Bu müqavilə hər iki şirkətdən ciddi öhdəlik götürməsini tələb edəcək".
Qeyd edək ki, "Statoil" Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və ölkədə ikinci ən iri xarici investor hesab olunur. "Statoil" 5 milyard ABŞ dollarından artıq sərmayə qoyub və "Azəri-Çiraq-Günəşli" neft yataqlar blokunda 8,56%, "Şahdəniz" qaz yatağında 25,5% pay bölgüsü ilə və müvafiq Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihəsində tərəfdaşdır.

Geri dön