Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə qatar qəzasında ölənlərin sayı 24-ə çatıb, 124 yaralı var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Türkiyədə qatar qəzasında ölənlərin sayı 24-ə çatıb, 124 yaralı var

Türkiyədə qatar qəzasında ölənlərin sayı 24-ə çatıb, 124 yaralı var


Türkiyənin Tekirdağ əyalətinin Muratlı ilə Çorlu rayonları arasında yerləşən Sarılar məhəlləsi yaxınlığında baş verən dəmiryol qəzası nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Bunu Türkiyənin səhiyyə naziri Ahmet Demircan bildirib.
Nazir deyib ki, hadisə nəticəsində yaralanan 124 nəfər xəstəxanalara yerləşdirilib və onların müalicəsi davam etdirilir.
Nəqliyyat, dəniz və rabitə naziri Ahmet Arslan isə qəzanın səbəbini açıqlayıb. O vurğulayıb ki, fasiləsiz yağan yağışlar nəticəsində relslərin altındakı torpaq boşalıb. Bu boşalma isə dəmiryolunda relslərin çökməsinə səbəb olub. Nazir bildirib ki, Nəqliyyat, Dəniz və Rabitə Nazirliyinin müşaviri Suat Hayri Aka sədrliyi ilə böhran mərkəzi yaradılıb.
Qeyd edək ki, iyulun 8-də Türkiyədə Uzunköprü - Halkalı istiqamətində hərəkət edən 6 vaqondan ibarət qatar relsdən çıxıb. Qatarda 6 heyət və 362 sərnişin olub. Qəza zamanı 5 vaqon relsdən çıxaraq aşıb.
8 iyul, 21:25
Türkiyənin Tekirdağ əyalətində qatarın relsdən çıxaraq aşması nəticəsində 10 nəfər ölüb, daha 73 nəfər yaralanıb.
Bu barədə Səhiyyə Nazirliyinin ilkin məlumatında bildirilir.
Qatarda ümumilikdə 362 sərnişin olub.
***20:52
Türkiyənin şimal-qərbində sərnişin qatarının beş vaqonu relsdən çıxaraq aşıb. Hadisə nəticəsində ölən və yaralananlar var.
Bu barədə yerli NTV telekanalı məlumat yayıb.
Qatar Kapıkule-İstanbul marşrutu üzrə hərəkətdə olub, lakin Tekirdağ əyalətindən keçən zaman naməlum səbəblərdən qatarın bir hissəsi relsdən çıxaraq aşıb.
Telekanalın məlumatına görə, qəza zamanı sərnişinlər arasında ölən və yaralananlar olub. Hazırda olanların sayı dəqiqləşdirilir.
Hadisə yerinə xilasetmə və təcili yardım xidməti əməkdaşları cəlb olunub.

Geri dön