Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Pumonoloq: Kişilər arasında siqaretçəkmədə azalma, qadınlar arasında artım müşahidə olunur
Pumonoloq: Kişilər arasında siqaretçəkmədə azalma, qadınlar arasında artım müşahidə olunur |
Tütündən istifadə edilməsi bütün dövrlərdə ən böyük bəlalardan biri kimi qəbul olunub. Zaman keçsə, əsrlər ötsə də, bu gün də onun zərərli təsirinə məruz qalanlar həm özlərinin, həm də ətrafdakıların sağlamlığını təhlükə ilə üz-üzə qoyurlar.
Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikasının pulmonologiya şöbəsinin müdiri Əlizamin Sadıqov bununla əlaqədar deyib: “Dünya Səhiyyə Təşkilatının ekspertləri araşdırma nəticəsində belə bir rəyə gəliblər ki, siqaret çəkənlərin demək olar ki, hamısı bu zərərli vərdişi yeniyetmə yaşında öyrənməyə başlayıb. Bəzən yeniyetmə maraq və həvəs naminə bir neçə qullab vurduğu zərərli vərdişdən qurtulmaq üçün çox böyük əziyyət və zəhmət çəkir. Aparılan tədqiqatlar göstərir ki, valideynlərin, ictimaiyyətin və səhiyyə təşkilatlarının birgə səyi ilə siqaret çəkənlərin sayını il ərzində 25 faizə qədər azaltmaq mümkündür. Dünya əhalisinin təxminən 26 faizə qədəri, yəni 1,3 milyard nəfərə yaxını tütündən istifadə edir. Onlar il ərzində 500 milyard siqaret çəkir və ətrafdakıları passiv tütünçəkməyə məruz qoyur. Məsələ burasındadır ki, passiv siqaret çəkənlər də onlar kimi kardiovaskulyar, enfizema, sidik kisəsi, ağciyər, mədə xərçəngi kimi, bunlardan əlavə xroniki bronxit, mədə yarası və digər xəstəliklərə tutulurlar”. Qadınlar arasında siqaretçəkmə halları daha çox narahatlıq doğurur. Pulmonoloqun dediyinə görə, cəmiyyətdə qadınlar arasında bu sahədə artım tendensiyası müşahidə olunur. Son 20 ilin məlumatına əsasən kişilər arasında siqaretçəkmə 4 faiz azaldığı halda, qadınlar arasında 0,4 faiz artım var. Siqaretdən istifadəyə nə qədər tez başlanılırsa, onun fəlakətli nəticələri də o qədər ağır olur. Hamilə qadının siqaret çəkməsi dünyaya gələn körpədə çəki azlığı, fiziki inkişafdan qalma, astma xəstəliyi, respirator infeksiyalarının yüksək olma ehtimalını yaranır. Dünya alimləri belə bir qənaətə gəliblər ki, bətndaxili uşaq ölümünün birinci səbəbi hamilə qadının siqaret çəkməsidir. Yaxud valideynlərdən birinin siqaret çəkməsi tütünün təsirindən hətta 2-3 aylıq körpənin qəfləti ölümünə səbəb ola bilər. Pulmonoloq daha sonra deyib: “Siqaret tüstüsünün ilk targeti, başqa sözlə desək, hədəfi ağciyərlərdir. Yeniyetmə və gənclər arasında maarifləndirmə işi aparmaqla onları zərərli vərdişin təsirindən uzaqlaşdırmaq lazımdır. Siqaret çəkənlə həkimin apardığı 3 dəqiqəlik söhbət onlarda imtinaya motivasiyanı 25 faiz gücləndirir. Əslində isə bütün xəstəliklərin ilkin profilaktikası siqaretdən tam imtina etməkdən ibarətdir”. Geri dön |