Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > Radikal müxalif liderlərin uğursuzluq sindromu...Millət Vəkili Fərəc Quliyevin münasibəti.
Radikal müxalif liderlərin uğursuzluq sindromu...Millət Vəkili Fərəc Quliyevin münasibəti. |
Çoxdan istefaya getməli olan bu liderlər hələ də kreslolarından möhkəm yapışıblar
Məmməd Əlizadə: "Belə davam edərsə, həmin siyasi təşkilat daha da uçuruma doğru yuvarlanmaqda davam edəcək" Fərəc Quliyev: "Yeritdikləri siyasi kurs lazımi istiqamətə doğru yürüdülmürsə, artıq o siyasət siyasətdən getmiş sayılır" Siyasətə gəlmək kimi ondan getmək də şərəfdir. Adətən sivil Qərb ölkələrində siyasətlə məşğul olan əksər siyasilər bir müddətdən sonra hətta həmin prosesdə uğur qazansalar belə siyasətdən gedirlər. Bu da birinci növbədə gənclərə yol açmaq üçün edilir. Azərbaycanda isə partiya liderlərinin siyasətdən getməsi halları çox cüzidir. Bu yaxınlarda isə Ayaz Mütəllibov siyasətdən getdiyini bəyan edib. Halbuki, Azərbaycan siyasətində uzun müddət saç ağartmalarına baxmayaraq, hər hansı bir uğur əldə edə bilməyən o qədər lider var ki, çoxdan siyasətdən getməli idilər. Lakin daimi olaraq uğursuzluqla üzləşən bu liderlər ambisioz fəaliyyətləri səbəbindən hələ də siyasi arenada qalmaq üçün oturduqları kreslolardan ikiəlli yapışmaqda davam edirlər. Amma mövcud vəziyyət uğursuz siyasi liderlərin siyasətdən getməli olduqlarını diqtə edir. Əsasən də radikal müxalif düşərgədə təmsil olunanların. Əks təqdirdə, onlar nə qədər siyasətdə qalacaqlarsa, rəhbərlik etdikləri təşkilatlar da daim uçuruma doğru yuvarlanmaqda davam edəcək. Sözbətləşdiyimiz ekspertlər də siyasi fəaliyyətləri ancaq uğursuzluqlarla dolu olan liderlərin siyasətdən getməli olduğuna işarə vurdular. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə bildirdi ki, ən azından yeni nəslə imkan yaratmaq üçün uğur əldə etməyən liderlər siyasətdən getsə yaxşıdır: "Uzun müddət siyasətdə olub uğur qazanmayanların siyasətdən getmək məsələsi şəxsən məni də bir partiya rəhbəri kimi düşündürüb. Ona görə də iyunun 25-dən partiyamızda istefamdan sonra sədrlik səlahiyyətləri birinci müavinə həvalə edilib. Bütün səlahiyyətlərimi donduraraq qurultaya hazırlıq işlərini də birinci müavinə həvalə etmişəm. Belədə 20 il partiya rəhbəri olmaqdan, ümumiyyətlə, siyasətdən könüllü surətdə getdim. Həqiqətən də siyasətdə uğur qazanmayan siyasətçilər müasir dövrdə artıq təmsil olunduqları partiyanın fəaliyyətini öz düşüncələrinə qurban verməməlidirlər. Belə davam edərsə, həmin siyasi təşkilat daha da uçuruma yuvarlanmaqda davam edəcək. Hazırda bir çox siyasi təşkilatın siyasi arenada uğur qazanmamasının bir səbəbi də məhz ona uzun müddət rəhbərlik edən şəxslərin ambisiyyaları ilə bağlıdır. Yəni bir çox liderlər siyasətdə hər hansı bir uğur qazanmamaqla yanaşı, hələ də partiya lideri olaraq qalmaqla həmin partiyanı daha da ağır uçuruma yuvarlayırlar. Ona görə də hesab edirəm ki, siyasi arenada hər hansı bir uğura imza ata bilməyən partiya liderləri yaxşı olar ki, fəaliyyətlərini birdəfəlik dondursunlar. Belə liderlərin siyasətdən getməsi istər-istəməz uzun müddət sönük vəziyyətdə qalan partiyalarda bir canlanmaya da səbəb olar. Uğursuz liderlərin siyasətdən getməsi gənclər üçün də yeni perspektivlərin açılması deməkdir. Belə liderlərin getmələrilə partiyalarda yeni baxışlar da formalaşar. Hazırda radikal müxalifət bildiyiniz kimi, öz fəaliyyətlərini əsasən aranı qarışdırmaq, icazəsiz yerlərdə mitinqlər keçirmə, yeri gəldi-gəlmədi iqtidarı tənqid etmək üzərində qurub. Bu fəaliyyət növü də məhz 20 ildən çoxdur siyasətdə olub, uğur qazanmayan, lakin siyasətdən getməyən həmin liderlərin fəaliyyətinin nəticəsidir. Müxalifətdə təmsil olunub uzun zaman kəsiyində partiyalara rəhbərlik etmiş şəxslərin siyasətdən getməsi düşünürəm ki, birincisi, həmin təşkilatın öz daxilində demokratik ab-havanın formalaşmasına stimul verəcək. İkincisi, belə bir addım ölkə miqyasında da demokratiyanın çiçəklənməsinə rəvac verəcək. Bir sözlə, yeni baxışlara sahib olan gənclərimizin irəliləməsi üçün uğur əldə etməyən partiya liderlərinin siyasətdən getməsi daha yaxşı olardı. Bu gün gənclər ata-babalarının yolu ilə getmək istəmirlər. Bu birmənalıdır. Çünki bizim düşüncələrimiz, təqdim etdiyimiz və uğur qazanmayan siyasi mexanizmlər artıq gənclər üçün yaramır. Ona görə də bəzi liderlər var ki, onların siyasətdən getmələri məsləhətdir. Həmin liderlərin vaxtında siyasətdən geri çəkilmələri həm də ona görə önəm daşıyır ki, əks təqdirdə bu uğursuz liderlər partiyaları daxilində belə, inkar olunacaq. Ona görə də haqqında söhbət açdığımız liderlərin vaxtında, zamanında siyasətdən geri çəkilmələri olduqca vacibdir". Millət vəkili Fərəc Quliyevin isə məsələyə baxışı bir qədər fərqlidir. Belə ki, onun fikrincə, liderin yürütdüyü siyasi kurs uğur qazanmırsa, artıq həmin kurs siyasətdən getmiş sayılır: "Siyasətdə hər hansı bir uğura imza atmayan liderlərin siyasətdən getməli olduğuna ikili münasibətim var. Həmin münasibətin biri odur ki, gənclərə meydan verilməlidir. Onların getməsi gənclərin işinə yararlı olardı. Siyasət dinamik prosesdir, siyasətin özü gəncləşməlidir. Eyni zamanda buna adekvat olaraq insanlar da dəyişməlidir. Amma adamların siyasətdən getməsindən çox, bəzi çevrələrin, qrupların, partiyaların və yaxud da fərdlərin siyasətçilərinin siyasətdən getməsi baş verir. Mənim baxışlarıma görə, bəzi siyasi spektrdə olanların siyasəti hazırda uğur qazanmırsa, onlar siyasətdə qaldıqlarını nə qədər bəyan etsələr də, artıq o siyasət siyasətdən gedib. Burada fərdlərdən daha çox, dünyagörüşü məsələsinə baxmaq lazımdır. İnsanlar ümumi şəkildə siyasətdən getdikləri və ya zorla qalmaq istədiklərini deyə bilməz. Yeritdikləri siyasi kurs lazımi istiqamətə doğru yürüdülmürsə, artıq o siyasət siyasətdən getmiş sayılır". Həsən İSLAMOV, Movqe.Az Geri dön |