Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ölkəmizdə malyariya xəstəliyinin aradan qaldırılmasına nail olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Ölkəmizdə malyariya xəstəliyinin aradan qaldırılmasına nail olunub

Ölkəmizdə malyariya xəstəliyinin aradan qaldırılmasına nail olunub


Malyariya əsasən yay fəslində ağcaqanadların dişləməsi ilə ötürülən keçici xəstəlikdir. Ağcaqanad sancması nəticəsində parazit sağlam insanın qanına keçir və yoluxma baş verir. Həmin ağcaqanadlara əsasən aran rayonlarında təsadüf edilir. Malyariyanın əlamətləri sırasına yüksək qızdırma, üşütmə, baş və əzələ ağrıları və yorğunluq daxildir. Eyni zamanda, ürək bulanması, qusma və ishal da müşahidə oluna bilər.

Ölkəmizdə malyariya xəstəliyinə yoluxma halları azalıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Süleyman Məmmədovun verdiyi məlumata görə, müxtəlif illərdə malyariyaya yoluxma faktı qeydiyyata alınsa da, hazırda ölkəmizdə həmin xəstəliklə üzləşmə halları yoxdur.

Şöbə müdiri deyib: “Xəstəliyin ən pik dövrü ötən əsrin 90-cı illərinin ortaları olub. 1992-1993-cü illərdə xəstəliyə cəmi 25 nəfər yoluxmuşdusa, 1994-cü ildə 667 nəfərdə aşkar edilib. 1996-cı ildə isə 13 min 135 xəstə malyariyaya yoluxub. Sonuncu dəfə xəstəliyə 2012-ci ildə rast gəlinib. Bundan iki il sonra 2 nəfər bizim ölkə üçün xarakterik olmayan tropik malyariyaya tutulub. Aparılan tədbirlər nəticəsində hazırda ölkəmizdə malyariyanın aradan qaldırılmasına nail olunub”.

Geri dön