Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Diaspor sahəsində müsbət nəticəyə doğru gedən siyasətin şahidiyik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik, Diaspor > “Diaspor sahəsində müsbət nəticəyə doğru gedən siyasətin şahidiyik”

“Diaspor sahəsində müsbət nəticəyə doğru gedən siyasətin şahidiyik”


Nərgiz Eyvazova: “Azərbaycan diasporunun dünyada daha güclü qüvvəyə çevrilməsi üçün ilk növbədə güclü təbliğat mexanizmi işə salınmalıdır”

Müsahibimiz Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Təşkilatı sədrinin müavini Nərgiz Eyvazovadir.


-Nərgiz xanım, təmsil olunduğunuz AGAT daimi olaraq diaspora işi ilə bağlı tədbirlər keçirir. Bu tədbirlər ölkə daxilində, eləcə də ölkədən kənarda baş tutur. Bu müddət ərzində hansı uğurlar əldə olunub?

-AGAT fəaliyyətdə olduğu 5 il ərizində Avropa Birliyi, Avropa Şurası, Avropa Komissiyası və digər beynəlxalq strukturlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələrə imza atıb. Əlbəttə ki, bizim fəaliyətimizdə diaspora, lobbiçilik işi ön sıralardadır. İştirak etdiyimiz beynəlxalq layihələrin də bir hissəsi hər zaman tərəfdaş ölkələrin mədəni, siyasi, iqtisadi, sosial tanıtımına həsr olunur. Bu ölkənin müsbət imicinin dünya arenasında təbliğ olunmasına imkan yaradır. Çalışırıq ki, AGAT təmsilçiliyi Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərsin. Misal olaraq söyləyə bilərəm ki, AGAT-ın Fransa, İsveç, Danimarka, Hollandiya, Avstriya, Ukrayna və Gürcüstanda təhsil alan, yaşayan üzvləri var. Onların vasitəsilə sözügedən ölkələrdə Azərbaycan reallıqları ilə bağlı yaradıcı xarakter daşiyan davamlı tədbirlər həyata keçiririk. Nəzərə alsaq ki, AGAT dünyada aparıcı QHT-lərdən olan AMSED -fransız şəbəkəsinin üzvüdür. Ona görə də bu ölkədə fəaliyyətimiz daha geniş və dinamikdir. Məsələn, keçən həftə Fransanin Paris şəhərində “Azərbaycanın Avropaya İnteqrasiyası: Problemlər və prespektivlər” mövzusunda əsasən fransız auditoriyası üçün nəzərdə tutulan interaktiv seminar teşkil etmişdik. Daha çox lobbiçilik xarakteri daşıyan tədbirin ekspertləri fransızdilli BDU və Strateji Araşdirmalar Mərkəzinin nümayəndəsi, iştirakçıları isə Fransa mediasının nümayəndələri, millət vəkilləri, nazirlik əməkdaşları, müəllim və tələbə heyəti idi. Nəzərinizə çatdırım ki, iki il bundan öncə AGAT olaraq Avropa Birliyinin “Gənclər Fəalyyətdə” proqramı çərçivəsində fransız şəbəkəsi ilə birgə dünyanın üç qitəsindən olan (Avropa, Asiya, Afrika) on dörd ölkədən ibarət nümayəndə heyətini Azərbaycanın Şəki şəhərində qəbul etdik. Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyimiz bu layihənin nəticəsi olaraq xarici ölkə vətəndaşları iki həftə ərzində Azərbaycan mədəniyyəti və realliqları ilə təcrübi surətdə tanış oldular. Gələcək planlarımızda da həmişə olduğu kimi beynəlxalq layihələrdə istirakımız var. İki ay bundan öncə isə AGAT olaraq daha böyük layihəyə imza atmışıq. İngilis təşkilatı ilə bərabər “(Not ) eropean?! adlı layihənin icrasina başlayacayıq. Layihəyə koordinatorluğu alman təşkilatı həyata keçirəcəkdir. Bu layihənin final hissəsini Azərbaycanda başa vuracağıq. Layihənin icrasına İngiltərə, Almaniya, İspaniya, Rumıniya, Moldova və Türkiyə daxildir. Hər bir ölkə spesifik mövzu seçib. Bir neçə gün isə bundan öncə Almaniyada təşkilatların görüşü oldu. AGAT sədri Gülsel Səfərovanın iştirak etdiyi müzakirələrin nəticəsində proqrama Azərbaycan üçün qaçqın və məcburi köçkünlər mövzusu salındı. Layihə barəsində məlumatlar növbəti aylarda KİV-ə açıqlanacaq. Avropa Birliyi tərəfindən dəstəklənən bu layihə çərçivəsində mövzuya uyğun Bakıda ölkələrin iştirakı ilə tədbirlər həyata keçiriləcəkdir.

-Diaspora sahəsi prioritet sahələrdən biridir. Siz diaspora sahəsində aparılan siyasəti necə qiymətləndirirsiniz?

-Azərbaycan hökuməti son zamanlar diaspora sahəsində müxtəlif yönümlü işlər aparır. Nəzərə alsaq ki, 70 il bugünkündən tamamilə fərqli ideologiyaya qulluq edən bir dövr yaşayan xalqda milli ideoloji duyğuları yaratmaq zaman tələb edir, prosesin ləng getməsini anlamaq olar. Ümumilikdə ölkəmizdə bu istiqamətdə müsbət nəticəyə doğru gedən siyasətin şahidiyik. Bu gün Azərbaycan dövlətinin xarici siyasətində, əsasən gənclər siyasətində yürütdüyü istiqamət məhz elə diaspora və lobbiçilik işidr. Belə ki, son illərdə Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramlarına sərəncam verilməsi, xaricdə yaşayan azərbaycanlı tələbələrlə bağlı forumların keçirilməsi, Azərbaycan gəncliyinin xaricdə təhsili ilə bağlı proqramın icra olunması, azərbaycanlı gənclərin qurultayının keçirilməsi və s. kimi mühüm hadisələr bir neçə ildən sonra öz nəticəsini verəcək. Azərbaycan dövləti diaspora və lobbçilik işinə total baxaraq strategiya üzrə irəliləyir. İstər incəsənət sahəsində olan qalibiyyətimiz, idman sahəsində olan uğurlarımız, siyasi arenada olan nailiyyətlərimiz bu dediklərimə bir örnəkdir. Biz gənclər təşkilatı olaraq bu strategiyanın uğurlu inkişafında əsas tərəfdaş olmalıyıq.

-Sizcə gənc Azərbaycan diasporu qısa zamanda hansı səviyyədə təşkilatlanıb?

-20 il öncə müstəqilliyi bərpa olmuş Azərbaycanın diaspora tarixindən fantastik nəticələr gözləmək reallıqdan kənardır. Azərbaycan milli mentalitetindən irəli gələrək xarici ölkələrə yaşamağa üz tutan azərbaycanlıların sayı elə də çox deyil. Bu və digər səbəbləri önəmsəyərək söyləyə bilərəm ki, Azərbaycanın diaspora işi ilə bağlı təşkilatlanma fəaliyyətində innovativ, yaradıcı ideyaların olması mütləqdir. Bu prosesdə unutmamalıyıq ki, xaricdə yaşayan azərbaycanlılara müxtəlif vasitələrlə vətənpərvərlik ruhu aşılanmalı, milli-mənəvi dəyərlər təbliğ olunmalıdır. Əslində kompleks tədbirlərə ehtiyac var. Son illərin diaspora siyasəti onu göstərir ki, xaricdə yaşayan azərbaycanlılarla daima iş aparılmalı, onların hər zaman səfərbərlik hissi ilə fəaliyyətlərini davam etdirmələrinə yardimçı olmalıyıq. Artıq bu da bir reallıqdır ki, hər il bir neçə dəfə Azərbaycan və ya Avropanın bir neşə aparıcı ölkəsində lobbiçilik və diaspora işi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Tədbirlərin əsas məqsədi isə xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkədə məmləkətimizin reallıqlarını doğru-düzgün təbliğ etməsidir. Dövlət səviyyəsində aparılan iş və bu sahəyə verilən önəm yaxın gələcəkdə mütəşəkkil təşkilatlanmış Azərbaycan diasporunun gücünü dünyada bəyan etdirəcəkdir. Bu minvalla davam edərsə fikrimcə yaxın illərdə Azərbaycan diasporu artıq xarici ölkələrdə ictimai-siyasi proseslərə təsir qüvvəsini artıracaqdır.

- Sizcə, Azərbaycan diasporunun dünyada daha güclü qüvvəyə çevrilməsi üçün hansı işlər görülməlidir?

-İlk növbədə güclü təbliğat mexanizmi işə salınmalıdır. Bölgə gəncləri üçün bu mexanizm daha güclü tətbiq olunmalıdır. Azərbaycanlılar üçün xaricə getmək şərt olmalı deyil, harada olmasından, hansı şəraitdə olmasından asılı olmayaraq onlar ölkəsinin, xalqının müsbət imicinin formalaşmasına çalışmalıdırlar. Bəzi vətəndaşlar kimi öz uğursuzluqlarına görə ölkəni qınayaraq mənfi imic yaradır və ya milliyyətini danmamalıdırlar. Bunun üçün xaricdə bütün fəaliyyətini ölkənin imici üzərində qurmağa ehtiyac yoxdur. Sadəcə yaşadığı xarici məkanın mədəniyyətinə, dilinə yiyələnərək geniş əhatəyə sahib olaraq azərbaycanlı olmasını unutmamalı, onunla fəxr etməli və öz mədəniyyətini, dəyərlərini elə öz çevrəsində təbliğ etməlidir. Xaricdə yaşayan, fəaliyyət göstərən iş adamlarımız isə yalnız özlərini yox, milli maraqlarını da nəzərə almalıdırlar.

-Azərbaycan diasporunun təbliğat işi hansı meyarlar üzərində qurulmalıdır?

-Azərbaycan diasporunun təbliğat işi mobilləşmə, səfərbər olunma, təşkilatlanma və həmrəylik üzərində qurulmalıdır. Diaspora işi bu dörd meyar üzərində daha da güclü inkişafa doğru gedəcək. Bu meyarlar azərbaycançılığı, milli mənəvi dəyərləri, dünyəvi dəyərləri özündə daşıyan, bəşəriyyətə töhvə verə biləcək Azərbaycan gəncliyinin sadaladığım dörd meyar altında cəmləşməsi olmalıdır. Biz təbliğat sistemində milli mənəviyyata və maraqlara nə qədər üstunlük verəcəyiksə, bəşəri dəyərlər də kənarda qalmamalıdır. Milli dəyərlərlə bəşəri dəyərlərin sintezini təşkil etməliyik. Çünki Azərbaycan gənci lokal-ölkə çərşivəsində deyil, heç regionumuz çərçivəsində də düşünməməlidir. Onun ponensialı, imkanları region xaricindədir, dünyanı əhatə edə biləcək qədərindədir. Bu imkanları isə dəyərləmdirmək lazımdır. Sadaladıqlarımdan da artıq keyfiyyətlərə malik olan Azərbaycan gəncini bəlli ideolodoya altinda mobilləşdirmək yetərlidir.

O halda Azərbaycan diasporu xarici ölkələrdə ictimai-siyasi proseslərə təsir mexanizmini formalaşdıracaq. Azərbaycan diasporu heç bir zaman ölkəsinin dövlətçilik ideyasından kənarda çıxış etməməlıdır. Azərbaycan dövlətinin milli maraqları 50 milyonluq dünya azərbaycanlıların maraqlarına bərabərdir. Ölkə prezidentinin dediyi kimi “Azərbaycan 9 milyon deyil, 50 milyon azərbaycanlıların Vətənidir!”.

-Məlumatlara görə, erməni lobbisi “qondarma erməni soyqırımı” nın 100 illiyi ilə bağlı geniş tədbirlər keçirmək niyyətindədir. Bu kimi tədbirlərin qarşısını almaq üçün diaspor təşkilatı olaraq nə kimi addımlar atmağı düşünürsünüz?

-AGAT bəlli dünya ölkələrində öz strategiyasına uyğun iş aparır: Yüksək intellekt səviyyəsinə malik olan, innovativ, potensiallı gənclik – Azərbaycan gənci portretini dünyada tanıtmaq və Azərbaycanın haqq səsini dünyaya ictimaetine catdirmaqdir.. Təşkilat öz ideologiyasında “erməni” faktorunu hədəf kimi qoymamışdır. Biz Azərbaycanın geniş tarixini, zəngin mədəniyyətini, güclü iqtisadiyyatını, tolerant cəmiyyətini dünya ictimaiyyətinə çatdırdıqca, nəinki Azərbaycanın Cənubi Qafqaz regionun inkişafında tixac yolunu oynayan Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hətta ermənilerin iftiralari da hər kəsə bəlli olacaqdır. Biz beynəlxalq layihələrimdə bu strategiya ilə fəaliyyət göstəririk. Buna misal olaraq söyləyim ki, 2010-cu ildə Cənubi Qafqaz regionundan Azərbaycan və Ermənistan beynəlxalq şəbəkəyə üzv idi. Bizim təşkilat olaraq apardığımız lobbiçilik və siyasi iradəmiz nəticəsində fransız şəbəkəsinin rəhbərliyi erməni təşkilatını şəbəkədən uzaqlaşdırdı. Nəticədə bu gün 50 Avropa təşkilatını özündə birləşdirən AMSED şəbəkəsinə Cənubi Qafqazdan yalnız Azərbaycan daha doğrusu AGAT üzvdür. Fikrimcə bu Azərbaycan gəncliyinin uğurudur.

"Olaylar" qəzeti

Geri dön