Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Uşaqların genetik modifikasiyası Britaniyada mübahisələr doğurub
Uşaqların genetik modifikasiyası Britaniyada mübahisələr doğurub |
Uşaqların genetik modifikasiyası Böyük Britaniya alimləri arasında mübahisələrə səbəb olub.
Nuffield Bioloji Etika Şurası bununla bağlı hesabat dərc edib. Qeyd olunub ki, insan rüşeymində DNT-nin dəyişdirilməsi uşağın maraqlarına uyğun olduğu təqdirdə “mənəvi cəhətdən yolveriləndir”. Söhbət valideynlərin arzusu ilə dünyaya genetik modifikasiya olunmuş xüsusi istedadlı körpələrin gətirilməsindən gedir. Lakin bir çoxları bu fikirlərlə razılaşmır və hesab edirlər ki, bu metodun geniş yayılması cəmiyyətdə bərabərsizliyi və parçalanmanı gücləndirə bilər. Hesabat müəllifləri isə bəyan ediblər ki, bu sahədə ölkə qanunvericiliyinin dəyişdirilməsini deyil, genetik modifikasıyanın təhlükəsizliyi və səmərəliliyi üzərində tədqiqatlar aparılmasını istəyirlər. Şuranın nəzdində yaradılmış işçi qrupunun sədri, hüquq professoru Karen Yunq deyib: ”Biz də insanın gen xəritəsinin dəyişdirilməsinin yolverilməz olduğu qənaətindəyik. Bu məsələdə prinsiplərdən kənara çıxmaq olmaz”. Bu bəyanata baxmayaraq, bir sıra insan haqlarını müdafiə təşkilatları hesab edirlər ki, hesabatın müəllifləri gələcəkdə bu prosesi yaymaq və varlı adamların dünyaya genetik kodu dəyişdirilmiş, qavrama və fiziki göstəriciləri daha mükəmməl olan uşaqlar gətirmək niyyətinə yol aça bilərlər. Belə ki, genetika texnologiyasında son nailiyyətlər DNT xəritəsini yenidən tərtib etmək üçün alimlərə geniş imkanlar yaradır. Onlar sperma, yumurtalıq və rüşeymdən götürülən genetik kodu dəyişməklə uşağın gələcəyini müəyyən edə bilərlər. Böyük Britaniya və bir neçə ölkədə dünyaya genetik xəritəsi dəyişdirilmiş uşaqların gətirilməsi qanunla qadağandır. “Nature Biotechnology” saytında dərc olunmuş tədqiqatın nəticələrinə görə, “Crispr-Cas9” adlanan və daha populyar olan “genlərin redaktəsi” metodu DNT-də fəsadlar törədə bilər. Nyukastl Universitetinin professoru Ceki Leç Skuli isə hesab edir ki, genetik modifikasiya olunmuş uşaq dünyaya gətirmək istəyən valideyn marginallaşmış övlad problemi ilə də qarşılaşa bilər. Onun sözlərinə görə, bu məsələ cəmiyyətdə geniş müzakirə olunmalı və yekun qərar qanunvericilik səviyyəsində qəbul edilməlidir. Geri dön |