Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ müharibəsi veteranlarının rəsmi sayı açıqlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Qarabağ müharibəsi veteranlarının rəsmi sayı açıqlandı

Qarabağ müharibəsi veteranlarının rəsmi sayı açıqlandı


Azərbaycanda Qarabağ müharibəsi veteranlarının sayı, onların gəzdirdiyi “veteran vəsiqəsi” ilə bağlı məsələ yenidən mübahisə mövzusuna çevrilib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir ki, hazırda Qarabağ müharibəsi veteranı statusuna malik olan şəxslərin bir qismi əslində müharibə iştirakçısı olmayıb və onlar “veteran vəsiqəsi”ni qeyri-qanuni yollarla əldə ediblər. Deputat saxta veteran vəsiqəsi gəzdirən şəxslərin sırasında məmurların da olduğunu vurğulayıb.

Qeyd edək ki, “veteran vəsiqəsi”ni müharibə iştirakçılarına vaxtilə Müdafiə Nazirliyinin tabeliyində olmuş hərbi komissarlıqlar verirdi. O zaman dolayı yolla veteran vəsiqələrinin verilməsi halları istisna olunmur. Məsələ ilə bağlı Müdafiə Nazirliyinin rəsmiləri ilə əlaqə saxlayıb münasibət öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı

Maraqlıdır, hazırda Azərbaycanda Qarabağ müharibəsi veteranlarının sayı doğrudanmı bəzilərinin iddia etdiyi kimi 92 min nəfərdir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədov saytımıza bildirib ki, əmək pensiyaçısı olan Qarabağ veteranlara müavinəti Dövlət Sosial Müdafiə Fondu, əmək pensiyaçısı olmayanlara isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir. Nazirlik tərəfindən veteranlara verilən müavinət isə 33 manat təşkil edir.

“Burada veteranlar dedikdə təkcə Qarabağ müharibəsi veteranları nəzərdə tutulmur. Çünki 50978 nəfər Qarabağ müharibəsi veteranıdırsa, 3915 nəfər isə başqa ölkələrin ərazilərində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər, eyni zamanda keçmiş SSRİ-nin silahlı qüvvələrinin, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləridir. Ümumilikdə Qarabağ müharibəsi veteranları ilə birlikdə cəmi 54893 nəfər veteranımız var. Bunlara isə aylıq 33 manat müavinət verilir”.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayev Modern.az-a bildirib ki, hazırda 12 minə yaxın Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən şəxs (Qarabağ müharibəsi iştirakçısı) əmək pensiyası alır. Onun sözlərinə görə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların, müharibə əlillərinin pensiya məbləği 165 man. - 462 man. aralığında dəyişir.

Aytən ƏLİYEVA

Geri dön