Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səməd Seyidov: “İnsan haqları problemi AŞ-da yox, Azərbaycanın daxilində həll olunmalıdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Səməd Seyidov: “İnsan haqları problemi AŞ-da yox, Azərbaycanın daxilində həll olunmalıdır”

Səməd Seyidov: “İnsan haqları problemi AŞ-da yox, Azərbaycanın daxilində həll olunmalıdır”


“ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olsa da istənilən nəticəni vermir”.

Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Onun sözlərinə görə, həmsədrlərin ləng fəaliyyəti və ciddi iradənin ortada olmaması Ermənistanın işğalçılıq siyasətinin bu günədək davam etməsinə şərait yaradır.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda insan haqları ilə bağlı sərgilədiyi mövqeyə gəlincə millət vəkili: “ İnsan haqları probleminin Avropa Şurasında yox, Azərbaycanın daxilində həll olunması daha məqsədəuyğundur. Avropa Şurası insan haqlarından bir alət kimi istifadə edərək bizə təzyiq göstərmək niyyətindədirsə, bu da çıxış yolu deyil, bununla problemlər həllini tapmayacaq, bu baş verməyəcək. Müstəqil dövlət olan Azərbaycana heç kim heç vaxt hansısa formada təzyiq edə bilməz. Ona görə daha yaxşı olar ki, Avropa Şurası bu istiqamətdə atılan düzgün olmayan addımlara münasibətini bildirsin, mövqeyini ortaya qoysun”,- deyə bildirib.

Geri dön