Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Kürdoğlu: “Atamın həyatı təhlükədədir”
Kürdoğlu: “Atamın həyatı təhlükədədir” |
"Mənim atam Dilqəm Əsgərovu zəhərləyiblər". Bunu erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
Atasının həyatının təhlükədə olduğunu bildirən oğul məsələ ilə bağlı rəsmi qurumlardan kömək gözləyir: "Qırmızı Xaç Komitəsinin həkimi Roman özü bu barədə məlumat vermişdi, atamın zəhərləndiyini demişdi. Amma görünür kimlərsə, ona təzyiq edib və həkim dediklərini danır". K.Əsgərov 8 ay müddətində atası ilə əlaqə saxlaya bilməməsinin onun zəhərlənməsilə bağlı olduğu qənaətindədir: "O zəhərlənib, ağır xəstədir, bəlkə də həyatı təhlükədədir. Amma kimsə nə isə etmək istəmir. Bir ümid işığı yandıran da yoxdur. Görünür Qırmızı Xaç Komitəsinin əməkdaşları "atan yaxşıdır" deməklə başımın altına yastıq qoymaq niyyətindədirlər. Amma mən də bu yalanlara inanacaq qədər avam deyiləm. Bəsdir daha, mənə nağıl danışmasınlar! Məktub yox, canlı videosun göstərsinlər mənə! Onda əmin olaram ki, atam sağ-salamatdır". Qeyd edək ki, 2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin hökmü ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Geri dön |