Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Səhiyyə Nazirliyinin tibbi arayışlar registrinə giriş genişləndiriləcək
Səhiyyə Nazirliyinin tibbi arayışlar registrinə giriş genişləndiriləcək |
Azərbaycan Səhiyyə Nazirliyi tibbi arayışlar registrinin yaradılması işlərini həyata keçirir. Bu arayışlar sonradan Daxili İşlər Nazirliyinin bölmələrinə giriş imkanı əldə edə bilər. Bu barədə nazirlikdən məlumat verilib.
Layihənin ilin sonunda başa çatdırılması planlaşdırılır. Onun reallaşdırılması üçün əlavə vəsaitlərin cəlb olunması nəzərdə tutulur. Məlumat bazasının formalaşdırılmasından sonra DİN-in struktur bölmələri vətəndaşalara verilən tibbi arayışların həqiqiliyini yoxlaya biləcəklər. Bu, pasportların və sürücülük vəsiqələrinin verilməsi zamanı prosedurları sadələşdirəcək. Hazırda idarələrarası səviyyədə məlumatların birtərəfli mübadiləsi təmin olunub ki, bu da Səhiyyə Nazirliyinə şəxsiyyət vəsiqəsinin nömrəsi ilə DİN-in məlumat bazasına sorğu verərkən onun sahibi haqqında məlumatları əldə etməyə imkan verir. Gələcəkdə SN-in elektron bazası respublikanın digər dövlət müəssisələrinin elektron bazaları ilə birləşdiriləcək. Geri dön |