Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bəyanat: GAMAC İranda həbs edilən gənc şairlərin dərhal azad edilməsini tələb edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Bəyanat: GAMAC İranda həbs edilən gənc şairlərin dərhal azad edilməsini tələb edir

Bəyanat: GAMAC İranda həbs edilən gənc şairlərin dərhal azad edilməsini tələb edir


Biz Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq Azərbaycan şairləri Fərid Hüseynov və Şəhriyar Hacızadənin İranda həbs edilməsinə etiraz edir və onların dərhal azadlığa buraxılmasını tələb edirik. Poeziya festivalında iştirak etmək üçün 29 aprel 2012-ci il tarixində İrana gedən şairlərin həbs edilməsi və onlara qarşı saxta ittihamların irəli sürülməsi İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının birbaşa pozulmasıdır. İddiaya görə, şairlər İrana diversiya məqsədi ilə gedib və burada yerli azərbaycanlıları xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməyə çalışıblar. Bu başdan-ayağa cəfəngiyyatdır və əsla reallıqla uzlaşmır.
Bu, İranda baş verən qanunsuzluqların davamıdır. İran rejimi uzun illərdir yersiz olaraq insanları casusluqda ittiham edir, güc vasitəsilə etirafedici ifadələr alır, siyasi motivlər əsasında günahsız əcnəbiləri həbs edir.
GAMAC olaraq hesab edirik ki, İran dövlətinin bu addımı yalnız Azərbaycanın daxili işi olmayıb, sərhədüstü insan hüquqları ilə bağlı məsələdir. Ona görə də bu məsələ ilə baqli beynəlxalq təşkilatlara müraciət qəbul olunmalı, beynəlxalq ictimaiyyətin diqqəti bu problemə cəlb edilməlidir. Dünya azərbaycanlılarını ətrafında birləşdirən GAMAC bütün imkanları daxilində şairlərin azad edilməsi istiqamətində iş görür və onların azadlığa buraxılmasında bütün səy və bacarıqlarını əsirgəmir. Biz bütün əlaqələrimizdən istifadə edərək İran hökumətindən gənc qələm dostlarımızın hüquqlarını bərpa etməyi, onların azad edilib dərhal Azərbaycana dönməsini tələb edirik.

GAMAC başkanı, Edinburq Universitetinin professoru
Qulamrza Səbri Təbrizi

Geri dön