Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GÜNEY XƏBƏRLƏRİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÜNEY XƏBƏRLƏRİ

GÜNEY XƏBƏRLƏRİ


AZƏRBAYCANLI FƏAL TUTULUB

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan təbrizli fəal Rza Əbri tutulub. Hadisə 5 gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.
Rza Əbri oktyabrın 14-də Təbriz xəstəxanalarının birində yatan azərbaycanlı fəal Məhəmməd Əlimuradini videolentə alarkən tutulub. Məhəmməd Əlimuradinin zindanda qabırğalarının sındırıldığı bildirilir.
Rza Əbrinin mənzilində axtarış aparılıb, ona məxsus kompüter, CD-lər, kitablar və başqa əşyalar götürüb.
Məhəmməd Əlimuradi ETTELAAT əməkdaşlarının avqustun 24-də azərbaycanlı fəal Mustafa Əvəzpurun evində verilən iftara müdaxiləsində 30-a yaxın digər azərbaycanlı fəalla birlikdə tutulub.
Sentyabrın 29-da ETTELAAT-ın Təbriz bölməsinin təcridxanasında saxlanan 15 azərbaycanlı məhbusu qəfəsə salıb döyüblər. Nəticədə fəal Məhəmməd Əlimuradinin qabırğaları sınıb. Digər fəal Qadir Novruzinin isə qasığı yırtılıb.


Traxtur” komandasının (timinin) Tehranlı tərəfdarlarından yeni Şüar...

Bir qrup Tehranlı soydaşlarımız, “Traxtur” futbol komandası (timi) tərəfdarları olduqca marağlı Bəyanat yayılıblar.
Bəyanatda qısaca deyilir ki, “Tehran əhalisinin yarıdan çoxunu azərbaycan türkləri təşkil edir. Bu şəhər, əhali baxımından İstanbuldan sonra dünya üzrə, türklərin ən sıx yaşadığı şəhərdir.
Təəssüflər olsun ki İran rejiminin şiddətli asimilasyon siyasəti nəticəsində soydaşlarımız müəyyən qədər milli hisslərindən uzaq düşüblər. Ancaq Azərbaycan Milli Hərəkatının cəhdi və daha bir neçə müəyyən səbəbə görə, Tehranda yaşayan soydaşlarımız arasında milli düşüncə getdikcə yüksəlir. Milli düşüncənin daha da dərinləşməsi üçün əl-ələ verib və yeni səylər etməliyik.
Tehranda yaşayan azərbaycan türkləri üçün ana dilində televizyon kanalı hələdə yoxdur. Bu televizyonun kanalının açılması üçün mübarizə getməlidir.
Biz “Tehranda türk kanalı – Millətimin harayı” şüarı ilə bu prosesə (sürəcə) yeni start vururuq. Bundan sonra “Traxtur” futbol komandasının Tehranda keçiriləcək müsabiqələrində bu şüar səsləndiriləcək.


MİRHÜSEYN MUSƏVİNİN QIZLARI DEYİR Kİ, 55 GÜNDÜR VALİDEYNLƏRİNDƏN XƏBƏR YOXDUR

İran müxalifətinin ev dustaqlığında saxlanan lideri Mirhüsen Musəvinin qızları jurnalistlərə ardıcıl təzyiqlərə məruz qaldıqlarını bildiriblər. Musəvi 9 aya yaxındır həyat yoldaşı Zəhra Rəhnəvərdlə birlikdə həbsdə saxlanılır.
Musəvinin qızları deyirlər ki, 55 gündür valideynlərindən xəbəri yoxdur: “Bu müddət ərzində valideynlərimizlə bütün əlaqələrimiz kəsilib. Bizə onlarla görüşüb söhbət etməyə, onların səsini eşitməyə imkan verilmir. Valideynlərimizi ev dustaqlığında nəzarətdə saxlayan məmurlar həm çöldəki vəziyyətlə bağlı onların məlumatlandırılmasından, həm də onların səsinin xalqa çatdırılmasından qorxur, ehtiyat edirlər.
Məmurlar valideynlərimizin rahat şəraitdə saxlandığını iddia etsələr də, fakt odur ki, onların saxlandığı şərait əməlli-başlı həbsxana şəraitidir. Ata-anamızın saxlandığı evin qapı və pəncərələrinə dəmir barmaqlıqlar vurublar.
Bizi ardıcıl olaraq izləyir, ifadə vermək üçün çağırır, dindirir, bizləri işimizdən qovduracaqları ilə təhdid edirlər. Ölkədən çıxmağımıza da qadağa qoyublar”.


Güney Azərbaycanlı jurnalist və milli fəalı Səid Muğanlı 6 ay həbsə məhkum edildi

Güney Azərbaycan milli hərkatından daxil olan məlumata əsasən bir müddət öncə Ərdəbil vilayətində ata və anasını ziyarətə gedərəkən həbs olunan Güney Azərbaycan milli hərəkat fəalı və jurnalist Səid Məhəmmədi (Muğanlı) uzun müddət təhlükəsizlik orqanında ağır işkəncə və təziqlərə məruz qaldıqdan sonra 19.10.2011-ci iltarixində Təbriz inqilab məhkəməsində qapalı mühakimə olunub. Səid Muğanlı ona qarşı irəli sürülən yalan itihamlara etiraz edərək itiham namədə onun Amerika dövlətilə və ya Azərbaycan Respublikası ilə əməkdaşlıq madələri ləğv edilib. Amma ona hakimiyyət əleyhinə mübarizə və İran reimini qinayan şeirlərinə görə 6 ay həbs cəzasına məhkum edilib. Xatırladaq ki Səid Muğanlı 2006-ci ildən bu günə qədər milli və mədəni fəaliyyətlərinə görə İran rejimi tərəfindən dəfələrlə həbs olunaraq ağır işkəncə və təziqlərə məruz qalıb.


NİKOLA SARKOZİ: “İRAN RƏHBƏRLƏRİNİN TUTUB GETDİYİ YOL ÇOX TƏHLÜKƏLİDİR”

Oktyabrın 18-də jurnalistlərə açıqlama verən Fransa prezidenti Nikola Sarkozi Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə terror planından və bu işdə ittiham olunan İrandan danışıb.
Nikola Sarkozi deyib ki, Tehranın terror planında rolu haqda ABŞ-ın əldə etdiyi məlumatlar mükəmməl və dəqiqdir: “Qərb İrana qarşı təzyiqləri şiddətləndirməlidir. Amerikalıların təfərrüatı ilə göstərdiyi sənədlər tam mükəmməl, dəqiq və kifayət qədərdir. İran rəhbərlərinin tutub getdiyi bu yol çox təhlükəlidir. İranın öz qonşuları ilə rəftarını, onun nüvə fəaliyyətinin istiqamətini nəzərə alaraq Qərb İrana qarşı sanksiyaları gücləndirməlidir”.
ABŞ rəsmiləri oktyabrın 11-də İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının Səudiyyə Ərəbistanı və İsrailin Vaşinqtondakı səfirliklərinə hücum planını və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Adil əl-Cəbiri qətlə yetirmək cəhdini zərərsizləşdirdiyini açıqlayıb. Bildirilir ki, terror əməliyyatına “Qüds” üzvü olan iki İran vətəndaşı rəhbərlik edib. Bunlardan biri hazırda tutulub həbsdə saxlanan Mənsur Ərbab Siyar (o həm də ABŞ vətəndaşıdır), digəri isə İrana qaçan Qulam Şəkuridir.


BLOQÇU 3 İLLİK HƏBSƏ MƏHKUM EDİLİB

Ötən ay tutulan qadın hüquq müdafiəçisi və gənc bloqçu Firiştə Şirazi 3 illik həbsə məhkum edilib.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Amol şöbəsinin əməkdaşları Firiştə Şirazini sentyabrın ortalarında mənzilində tutub aparmışdılar.
Amol məhkəməsi Firiştə Şirazini bloqundakı yazılarında ölkə rəsmilərini təhqir etməkdə, ictimai fikri çaşdırmaqda və yalan yaymaqda təqsirli bilib. Məhkəmə həmçinin gənc bloqçunun ölkədən çıxmasına 7 il qadağa qoyub. Qapalı keçirilən məhkəmədə müttəhimin vəkildən məhrum edildiyi vurğulanır.

Geri dön