Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizli Fəranək Fərid barəsində çıxarılan məhkəmə qərarı təsdiqləndi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Təbrizli Fəranək Fərid barəsində çıxarılan məhkəmə qərarı təsdiqləndi

Təbrizli Fəranək Fərid barəsində çıxarılan məhkəmə qərarı təsdiqləndi


Azərbaycanlı tanınmış ziyalı, şair və qadın haqları fəalı xanım Fəranək Fərid həbs və pul cəzasına məhkum olundu.

Təbrizin Umumi Məhkəməsinin 104 nümrəli cəza şöbəsi Fəranək xanımı 91 gün həbsə məhkum edib. Eyni zamanda, Təbrizin İnqilab məhkəməsinin birinci şöbəsi onun digər ittihamına görə xanım Fəridi bir milyon tümən (1000 dollar) cəriməyə məhkum edib. Apelyasiya məhkəməsi hər iki hökmü qüvvədə saxlayıb.

Umumi Məhkəmənin 104 –cü cəza şöbəsi, Fəranəkə “Urmu gölünün xilası layihəsinin İran parlamentində rədd olmasına qarşı etirazlarda iştirakından dolayı, “nizamı pozmaq” ittihamı ilə ona 91 gün həbs cəzası verib.

Digər tərəfdən isə, xalqı həmən etirazlarda iştiraka dəvət etmək, Fəranək xanımın digər ittihamıdır ki, bununla bağlı olaraq o Ümumi Məhkəmədə yox, İnqilab məhkəməsinin birinci şöbəsində, mühakimə olmunmuşdu. İttihamda deyilir ki, Fəranək xanım text ya SMS yazmaq və mubil telefon vasitəsilə dostlarını etiraz nümayişlərində iştiraka çağırmaqla “iranın islami hakimiyyəti ziddinə təbliğat aparmış”.

Fəranək Fərid qazetəçi, yazar, şair və mütərcimdir və eyni halda Azərbaycan məsələsində və İranda xanımların haqları uğurunda ciddi çalışan birisidir. O, 2011-ci il senyabr ayında Urmu Gölü ilə bağlı keçirilən kütləvi etirazlar zamanı Təbrizdə tutuqlanıb, 43 gün həbsdə qalmışdır və sonra 100 milyon (100 min dollarlıq) vəsiqə ödəməklə müvəqqəti olaraq azad olmuşdu.

Geri dön