Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputat: “ABŞ arxivlərində çalışan erməni tarixçilərinin gələcəyi son nəticə əvvəlcədən bəllidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Deputat: “ABŞ arxivlərində çalışan erməni tarixçilərinin gələcəyi son nəticə əvvəlcədən bəllidir”

Deputat: “ABŞ arxivlərində çalışan erməni tarixçilərinin gələcəyi son nəticə əvvəlcədən bəllidir”


Bu günə kimi ermənilər qondarma “erməni soyqırımı”nı ancaq dünya parlamentlərində qaldırmağa və tanıtmağa çalışırdılar. Buna qarşı isə dəfələrlə həm ölkəmiz, həm də Türkiyə tərəfindən arxivləri açıb orada işləmək təklif edilsə də, ermənilər razılaşmırdılar. Amma indi erməni tarixçiləri ABŞ arxivlərində işləməyə və qondarma “erməni soyqırımı”na dair faktlar axtarmağa başlayıblar.

“Erməni tarixçiləri yaxşı olardı ki, türk və digər bitərəf ölkə tarixçiləri ilə birlikdə çalışardılar. O zaman tarixi gerçəklik olduğu kimi üzə çıxardı.”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı erməni tarixçilərinin arxivlərdə araşdırmalarını şərh edərkən deyib. Onun sözlərinə görə, erməni tarixçilərinin təkbaşına çalışmalarının nəticəsi ilə gerçək tarix heç zaman üzə çıxmayacaq.

“Çünki hətta erməni tarixçisinin yazdığı əsərdə etdiyi bir iqtibası yoxlayanda da görürsən ki, saxtalaşdırmaya gediblər. Amerika arxivlərində ermənilər özlərinə sərf edən müəyyən məlumatları tapa biləcəklər. Bu məlumatlar hansılardır və kimlər tərəfindən yazılıb? Amerika Birləşmiş Ştatlarının İstanbuldakı ali baş komissarı Mark Bristol Dövlət Departamentinə yazırdı ki, “mən heyrətə gəlmişəm, bizim nümayəndəlikdə olan əməkdaşlar ermənilərin nümayəndəliyə təqdim etdiyi məlumatların altına öz adlarını qoyub, imzalarını atıb, Dövlət Departamentinə göndərirlər” və özü də yazırdı ki, bu sənədlərin onlara aidiyyatı yoxdur, mahiyyətcə bu sənədlər ermənilərin təqdim etdiyi sənədlərdir, erməni sənədləridir”.

Gerçəkdən də I Dünya Müharibəsindən sonrakı dövrdə ermənilər xarici ölkələrin İstanbuldakı nümayəndəliklərinə məlumatları təqdim edirdilər. Həmin nümayəndələr isə müəyyən təəsübkeşliklərin təsiri altında məlumatların altına öz imzalarını qoyub, mərkəzə, öz ölkələrinə göndərirdilər”.

M.Qasımlı deyir ki, erməni tarixçiləri Amerika arxivlərində həmin məlumatları tapa biləcəklər. “Ancaq onun dərininə, kökünə gedib axtarmayacaqlar ki, bu məlumatları kimlər ötürüb. Həmin məlumatları o dövrün erməni ictimai xadimləri və ayrı-ayrı təşkilatları ötürürdülər. Amma gerçəyə biz diqqət yetirsək, görərik ki, tarixdə erməni soyqırımı deyilən bir şey olmayıb. Daha yaxşı olardı ki, erməni tarixçiləri Türkiyə tarixçiləri və bitərəf ölkələrin tarixçiləri oturub birlikdə araşdırma aparardılar”.

Millət vəkili artıq Türkiyə tərəfinin arxivlərini açdığını deyir. “Türkiyə tərəfi səhv etmirəmsə 2 mindən yuxarı dövrün arxiv sənədini internet saytlarına yerləşdirib. Həm Türkiyə, həm Azərbaycan arxivlərində erməni soyqırımı ilə bağlı tutarlı heç bir şey yoxdur. Mən Rusiya və Gürcüstan arxivlərində də çalışmışam. Tam əminliklə söyləmək olar ki, uydurma erməni soyqırımı deyilən bir şey olmayıb. Dünya müharibəsi başlayandan əvvəl və müharibənin gedişində böyük dövlətlər ermənilərdən Osmanlıya qarşı istifadə ediblər, sonra isə erməniləri müdafiə etməyiblər, atıblar”.

Musa Qasımlı ermənilərin arxivlərdə işləməsinin elə bir mənası olmadığını qeyd edib. “Çünki uzun illər boyu türklər ermənilərə təklif ediblər ki, gəlin bir komissiya quraq, tarixçilər orada çalışsınlar. Onlar isə deyirdilər ki, “əgər biz bu komissiyada çalışsaq, bu o deməkdir ki, erməni soyqırımını biz şübhə altına alırıq”. Onlarda əvvəldən belə qənaət hasil olub ki, tarixdə erməni soyqırımı olub və bunu ideologiya halına gətiriblər. Bütün erməniləri birləşdirəcək bir vasitəyə çeviriblər. Erməni tarixçilərinin gəldiyi nəticələr indidən aydındır. Əgər bir tarixçi gəldiyi nəticəni əvvəlcədən bilirsə onun araşdırma aparmağına ehtiyac yoxdur”.

Musa Qasımlının fikrincə, erməni tarixçisinin onsuz da gələcəyi son nəticə bundan ibarət olacaq ki, ermənilərə qarşı guya soyqırım olub, türklər onları qırıblar, yerlərindən didərgin salıblar.

Aytən ƏLİYEVA

Geri dön