Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Bu torpaq xınalı qurban istəyir…
Bu torpaq xınalı qurban istəyir… |
Mustafa ZİYA / KƏRKÜK
TORPAQ (Şəhid Yavuz Əfəndioğlu və bütün Türklük şəhidlərinin əziz ruhuna) Bu torpaq susamış can, qan istəyir, Bu torpaq xınalı qurban istəyir. Tozunu qoparan, daşını dələn, Yağız atlılara dövran istəyir. Kirlənən dağları yıxanmalıdır, Dinən qasırğalar şahlanmalıdır. Yolları axıncı dolub-daşmalı, Görən məhşər günüdür - sanmalıdır. Kükrə, Gürgür Baba, yax, siyah suyu, dağıt bu düzəni, poz bu pusuyu… Sənə çirkli neft deyil, al qan gərək, Hər Türkmanın qəlbində aç, bir quyu… Kəfənlə gömülen utansın bugün, Bu bir qanlı düyündür, qanlı düyün… Yavuzlar torpağı qanla sularkən, Nədir sənin ürkək-ürkək durduğun..? Bu torpaq susamış canan istəyir, Nurəddin Zəngidən fərman istəyir. Atabəylər gözlər Qarasarayda, Əbdülhəmid kimi sultan istəyir. Dəclənin suları ağlasın artıq, Nuh tufanı kimi çağlasın artıq..! Kərkükün səsiylə oxunsun azan, Hoyrat ürəkləri dağlasın, artıq..! Geri dön |