Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Azərbaycan Türklüyünün ulusal kimlik biçimi- Eldar Qaradağlı
Azərbaycan Türklüyünün ulusal kimlik biçimi- Eldar Qaradağlı |
Azərbaycan Türklüyündə tarix anlayışı
Sözsüz ki, tarix bilgisinə yiyələnməyən hər hansı toplum, istər - istəməz, azadlıq və özgürlük anlamını mənimsəməkdə ağırlıq çəkər. Bir millətin, nə ölçüdə millət olmasının təməlində tarixsəl bilgi yatır. Ulusal kimlik [1] biçimlənməsində[2] tarix amili ən təməl omurqadır[3]. Tarix bilgisi, milli kimlik bilincinə anlam verir. Hərəkət yönünü bəlli edir. Bir toplumun millət halına gəlməsində onun Milli Beynini genişləndirir və ona özəl baxış açısı verir. Tarix bilgisi özgür toplumların sürəkli ulusallaşmasına yardımçı olarkən, özgürlük savaşında olan əsir toplumlar üçün də vaz geçirilməz dayanışma, dirənmə və milli ideya bağlantısıdır. Hər millətin milli tarix anlayışı, o millətin bütövlüyünün qarantısı olur. Tarix anlayışı bir milləti mənəvi bölünmələrdən, millətaltı, millətüstü əngəllərdən, uzun müddətli coğrafik və fiziksəl qopuqluqlardan qoruyur. Söz yox ki, torpaqlar tarix boyu parçalanarkən dövlət sistemindən uzaqlaşa bilir, hətta qalib dövlətlər tərəfindən onun əsil sahibləri sürgünə belə göndərilə bilir. Ancaq öz kökü üstündə bitən toplumlar bütün fəlakətlərə qatlanaraq yenidən dirçəlməyi başlır, bir daha doğuş yapır, boy atır və dövlətlər sırasına girməyi bacarır. Azərbaycan Türklüyü bir tarixsəl varlıq olaraq bu haqda bir canlı örnəkdir. 16-ci yüz illiklərdən başlayaraq Farsın ən böyük baş bəlasına çevrilən Rus Çarizmi, Steplərdən başlayan 300 illik qalib yürüşünü Azərbaycanı bölməklə başa çatdırdı. Qacar Türklərinin Fars sülaləsi ilə dəyişməsi, ölkəmizin bütünlüklə işqal olunmasına yol açdı. Quzeydə rus, Güneydə isə Fars asimilasiyon siyasəti yürüyərkən millətimizin yox olunmasına höküm sürüldü. Başda Türk dili və tarixi basqıya uğradı. Çünki, onlar bu millətin dil və tarix varlığının nə gücə malik olmasını bilirdilər. Düşmənlər, Azərbaycanda bütün varlıqların kökündə Türklüyün dayanmasını görür, bu millətin asimila olmasının başlanqıcını doğru başa düşmüşdürlər. Bu üzdən öncə budağı kökdən ayırmaq gərəkirdir. Elə buna görə, kor zehniyyət yaratmaq, milləti öz adından, tarixindən uzaqlaşdırmaq projəsi şiddətlə davam edirdi. İstər öz, istərsə özgə alanlarda çeşidli adlar, terminlər və anlayışların kəsilmədən ortaya qoyulması da bu acı yürüşə qulluq amili olmuşdur. “İran Türkləri”, “ İran Azərbaycanı”, “ Rusiya Azərbaycanı”, “ Şurəvi / Sovet sosialist Azərbaycanı”, “Azəri milləti”, “Azəri xalqı” “Aran milləti”, “Qafqaz Azərbaycanı”, v.b. terminlərin işlədilməsi sistemli bir qoparma stratejisinin ayrılmaz bölməsi kimi hər gün millətin qafasını qarışdırmaqda idi. Plan, Azərbaycanın Türk dünyasından qopması idi. Bu qopuqluq ən başda beyin dəyişməsi ilə başlar, Türk tarixini parçalamaq və onun ortaq düşüncə mərkəzini aradan qaldırmaqla davam etmişdir. Elə bu yürüşün sonucudur ki, Azərbaycan Türklüyünün bugünkü siyasal, geopolitik, ekonomik və sosial yaşam tərzində fəlsəfə uyuşmamazlığı[4] aydıncasına görünməkdədir. Azərbaycanın tarixsəl yeri və yönü. Özünün özəlligi, bitişik doğası, etnoqrafik durumu və tarixsəl axışıyla başqa etniklərdən fərqlənən Türk dünyası və yaxud Türküstan, Asiyanın batısında, önündə, ortasında və doğusunda yerləşən alt - üst 7 - 8 milyon kvatrat metrlik böyük bölgə sayılmaqdadır. Bu böyük bölgənin güney sınırları İran adlanan yerin quzeyində yerləşən Gürgan Çayını, Xorasan Dağlarını, Kopet, Baba, Mezduran, Tapcak və Ağ Dağlarını içinə alaraq güney doğudan Hindkuş, Mustaq-Kuenker Sıradağlarına, güney batıdan isə Xəzər həndvərindən daha güneyə sarı Azərbaycanın Ələmut, Əlvənd dağlarını içərərək Həmədan (Əsədabad) bozqırlarından Zaqros sıradağlarına, oradan da Kürdüstan, Süleymaniyə dağları, Musul, Kərkük ucalıqlarını, Anadoludan Ağdənizə çəkilir. Bu sınırlar başqa yandan isə, Doğu Türkistanı seyr edib Qazaqistanın quzeyindəki İrtiş bölgəsini, Aral-İrtişi dövr edərək Quzey yamaçlarına dayanır. Həmin bölgə batı sərhədlərində Quzey Ural Dağından çəkilərək Yayıq və İtil[5] çaylarının Xəzərə dayanan yerlərini ihatə idir. Başqa sözlə, Azərbaycan, Batı Türkistanın ən güney sınırıdır. Üstəki xəritədə də göründüyü kimi qırmızı cizgilə bəlirlənən Azərbaycan, Türkistanın və yaxud Fars bitişik sınırlarının ən güney bölməsidir. Bu bitişik sınırların genişliyində yayğınlaşan Türk ulusu gənəlliklə Batı, Doğu və Quzey Türkləri adıyla tanınmaqdadır. a) Batı Türklərinin yayıldığı bölgələr: Türkiyə, Azərbaycan (Ərakdan Dərbəndədək), Quzey Qıbrıs, Qaşqayistan, İsfahan (Fridən..), Tehran (böyük bölümü) və İran adlanan yerin başqa-başqa bölgələrində yerləşən Azərbaycan Türkləri, Rusiya, Suriyədə yerləşən Cövlanda, İraqın quzeyinin bütünlüyündə (Ərbil, Kərkük, Musul, Təll Ətər, Məndəli, Duzxurmat), Gürcüstan(Qara yazı, Borçalı, Abxaz Türkləri, Axısqa Türkləri /bütünlüklə Azərbaycan Türkcəsi danışırlar/), Ermənistan, Yunanistan, Bulğaristan, Bosniya, makedoniya, Qaradağ (Montneqro), Muldaviya. b) Doğu Türklərinin yayıldığı bölgələr: Batı Türküstanda yerləşən Türkmənistan (Quzey-Güney), Üzbəkistan, Qırqızıstan, Qazağıstan, Xurasan, Qaraqalpaq Türkləri və Çinin işqalında olan Doğu Türküstanda (Sincan bölgəsi, Qaşğay, Urumçu v.b. şəhərlər) yerləşən Qazaq və Uyğur Türkləri. c) Quzey Türklərinin yayıldığı bölgələr: Sibir Yaqut Türkləri, Tüvalar-Xaqaslar (Abaqan Türkləri), Altay Türkləri, Volqa və İtil Türkləri, Oral yaylaqlarında yaşayan Sibir Tatarları, Qazanlar, Başqurdlar, Çuvaşlar, Krim Tatarları (Krime - Ukrayına), Qafqaz və Dağlıda yaşayan Qaraçay, Malqar, Noğay, Komuk, Macar, Fin, Litva və Qarayı Türkləri. Göründüyü kimin geniş alanda yayılan Türk Ulusunun tarixsəl evi, Çindən çəkilərək Adriatik dənizinə dək uzanır. Bu uzantı çox böyük yayla[6] və düzləri içərən[7] bölgədir. Belə ki, Türklər, bugünkü Türkiye, Azərbaycan (Zaqrosdan-Kiçik Qafqazadək), İran, İraq, Suriya, Misir, Qibris, Yunanistan, Bulğaristan, Makedoniya, Bosniya-Herzek, Kozova, Krovatiya, Qaradağ (Montneqro), Məcaristan, Finlandiya, Rusiya Federasiyonu, Moldaviya, Ukrayına, Romaniya, Gürcüstan, Ermənistan, Əfğanistan, Pakistan, Çin, Türkmənistan, Qırqızıstan, Tacikistan, Qazağıstan, Üzbəkistan v.b. kimi ölkələrin ya bütünlüyündə ya da bölgələrində yurd salmış və tarix yaratmışdır. Bu yurd salmanın tarixi o qədər uzaqlara qayıdır ki, cəsarətlə bu torpaqlar Türklərin ana torpağıdır desək yanılmamışıq belə. Hətta tarixsəl faktlara dayanaraq bu torpaqların bir çoxunun ilkin sərkərdələri və dövlət sistemleri Türk olmuşdur. Sözsüz ki, yaşadığımız çağın izləri tarixsəl olaylar və deyişimlərlə bağlıdır. Hər ulus və toplumun harada yaşaması və yurd salması kəsinliklə onun keçmişinin göstərcəsidir. Dünyanın ən eski 40-a yaxın ölkəsində yurd salan bir ulusun nə qədər böyük və tarixsəl varlıq olduğu danılmazdır. Şərq aləmində tapılan gündəlik abidə və tapıntıların sonucunda Türk izlərinin bulunması o qədər addı və normal halə gəlmişdir ki, tanınmış anti Türk batılı bilgin və alimlər də artıq onu danmağa qalxışmırlar. Türklər tarix boyu qonşuluğunda yaşayan Çinlilər, Monğullar, Parslarla və 15-16-cı çağlarda isə Ruslar, Afğanlılar, Hindlilər və yenə Çinlilər və Farslarla iç-içə olmuş, olaylı tarixlər yaşamışdır. Bu yaşamın ürəyindən doğan böyük insan kültürü və uyğarlığın günümüzədək çəkilməsi, böyük bir varlığın varoluşunun danılmazlığını sərgiməkdədir. Sözsüz ki, bu varlıqların varoluşunda zaman-zaman oluşmaqda olan çeşidli inancların özəl rolu olmuşdur. Ancaq, illər boyu insanları öz etgisi altına alan inancların etgili duruma gəlməsi 2 və ya 3 yüz ilin ürünü yox, bəlkə ən azı minlər ilin və hətta 10-min illərin yenişli-yoxuşlu sürəcinin sonucudur. Azərbaycan isə, bu sürəc içində sistemləşmiş və bu uyğarlığın vaz keçirilməz tərkib hissəsinə aiddir. Sayılı tarix araşdırma mərkəz və inistitotlarına görə, M.Q. 4-cü minilliklərdə Orta asiya və Ön asiya bölgələri Türk etnik sistemi altında olduğunda çeşidli Türk gələnəklərinin də gəlişmə alanına çevrilmişdir. Son zamanlar “Tarix Sumerlərdən başlanır” düşüncəsinin yayqınlaşmasıyla Azərbaycan və Anadolu tarixinin də bulanıqlığına son qoyulmaqdadır. Çünki, Azərbaycan, Anadolu və Quzey İraq, Seyhun-Ceyhunla Dəclə-Firatı birləşdirən orta zolaq, başqa anlamda isə iki geniş alanın orta yaylalarıdır. Sumerlərin dünyanın ilk mədəni toplum adlanılması, Azərbaycanın da bu mədəniyyətlə yaxın ilişgidə olmasını və ya ən azından bu mərkəzin bitişikliyində yerləşməsini göstərməkdədir. Belə ki, M.Q. ən azı 5 min illiklərdən başlayan Orta asiya axınları Qaradəniz, Ağdəniz, Xəzər və Kəngər körfəzi[8] arasında yurd salmış, bu böyük sulardan etgilənən İkiçay arası[9], Araz-Kur və Urmu, Van, Azaq, Göycə kimi suluq bölgələrdə yayılmışdırlar. Sumerlər İkiçay arası və daha güneyə – Kəngərə qədər çəkilsələr də, eyni kökdən və haman axından olan Quttilər və Lullubilər də, Xəzər Dənizi və Urmu-Van-Göycə-Azaq gölləri arasında böyük güc mərkəzi yaratmış, İkiçay arası sınırlarında Sumerlərlə və az sonra Elamlarla birləşmişlər. Başqa yandan Quttilərə daha yaxın məsafədə olan böyük Elam dövləti və yenə quttilərə bitişik olan Anadolu Orartoları görünməkdədir. Bunlar və bunlara bənzər bir çox örnəklər bugünki Azərbaycanın Etnoqrafikini və özül daşını uluşdurmuşdur. Qissaca, tarixsəl faktlara görə, M.Ö-sindən günümüzədək uzanan bir kəsintisiz tarix axışı aydıncasına görünməkdədir. Belə ki, Kəngər Körfəzi alanında Sumerlər, biraz quzeyə sarı Zagrosu da içinə alan Elamlardan Ön asiya, Kiçik asiya, Orta asiya və daha ötədə Sibir, İtil və Avrupaya çəkilən torpaqlarda qurulmuş İmperaturluqlar və böyük dövlətlər ProTürk, ProtoTürk, EskiTürk, OrtaTürk və ÇağdaşTürklərinin el və el birləşmələri olmuşdurlar. Onlar, bir kök, bir özül və bir ulus olsalar da, geniş torpaqlarda yayğın olduqlarına görə, çeşidli etnik və xalqlarla qonşuluq etmiş, dil, gələnək və yaşam alış-verişi sonucunda özəl kimlikə və çeşidli adlara yiyələnmişlər. Bugün tam əminliklə demək olar ki, dünyanın heç bir etniksəl qurumu və varlığı, Türk ulusu kimi çeşidli adlarla səslənilməmişdir. Hər hansı bilimsəl nədənlərdən asılı olsa belə, Milad Öncəsindən günümüzə uzanan tarix ardıcıllığı göstərir ki, Sumerlər, Elamlar, Quttilər, Lullubilər, Subarlar, Mannalar, Hurrilər[10], Kassilər, Orartolar[11], Hittilər, Midiyalar[12], Turukilər, “Gilzan, Zamua, Qızılbunda, Allabria, Karalla, Buşta, Məssi, Surikas, Alateyə, Uişdiş, Zikertu, Andia, Subi, Sanqibutu, Puluadi, Saklar[13], Qamərlər,[14]Massagetlər, Kassilər, Kaspilər, Arşakla,[15] Atropatenlər, Hunlar, Tabgaçlar, GökTürklər,[16] Uyğurlar, Xəzərlər, Sabırlar, Avarlar, Qənqəllər, Türkeşlər, Qarluqlar, Peçənəklər, Uzlar, Bulğarlar, Finlər, Qıpçaqlar,[17]Qaraxanlılar, Albanlar, Aranlar, Azərbaycan Saciləri, Azərbaycanlılaşmış Ərəb Rəvvadilər, Araz-Kür Şəddadiləri, Şirvanşahlar, Xələclər, Oğuzlar, Səlcuqlar, Atabəylilər, Qırqızlar, Qazaqlar, Türkmənlər, Üzbəklər, Türkmanlar[18], Eldənizlilər, Monqol-Türk birliyi, Qəznəvilər, Xarəzmilər(şahlılar), Osmanlılar, Qaraqoyunlular, Ağqorunlular, Səfəvilər, Azərbaycan Xanlıqları, Avşarlar, Qacarlar v.b. kimi el və el birləşmələri bir etnikdən, bir dildən, bir özül daşdan yə`ni Türk Etnolojisindən törənmiş və çeşidli Türk soy və Türk boylarını yaratmışdır. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan bu böyük Etnoqrafik və Etnolinquistik dayrənin batı körpüsüdür. Eramızdan qabaq 2-ci min illiyin axırı, 1-ci min illiyin əvəllərində Zaqros dağları bölgəsində bə`zi kiçik bəyliklər yarandı. Gilzan, Zamua, Qızılbunda, Allabria, Karalla, Buşta, Məssi, Surikas, Alateyə, Uişdiş, Zikertu, Andia, Subi, Sanqibutu, Puluadi və digərləri vardı. Ancaq onların ən qüdrətlisi Zamau idi...[19] Azərbaycanda Türk millətinin gəlişməsi! Dünyanın ən adlım bilim inistutlarının son araşdırmalarına görə, Türklərin ata yurdu yalnız Orta asiya yox, daha geniş alanı içinə almışdır.“Türklərin əsil ilkin vətənləri olmuş Orta asiya yalnız Xəzər dənizi və Aral gölü arasındakı ərazilə məhdudlaşmamış, bəlkə o, Oral və Altay dağları arasındakı ərazidən geniş, yə`ni böyük, onun şərq kanununda Balxaş gölü, qərb kanununda Xəzər dənizi və mərkəzində Aral gölü yerləşir. Demək bütün Azərbaycan, Xəzərin ətrafı, Zəngan, Qəzvin, Həmədan və hətta çağdaş Türkiyənin şərqi və mərkəzi də Türklərin əsil və ilkin vətənlərinin bir qisməti olmuşdur.”[20] Bu torpaqların zəngin doğası, heyvandarlıq və əkinçiliyə uyğun olduğu, geniş kütlə axınına nədən olmuşdur. Beləki, M.Q. 5 və 6-ci yüzilliklərdən başlayaraq Sumer axınları ilə yanaşı çeşidli axınlar kəsilmək bilməmişdir. Bu axınların gənəlliklə barış içində olması və qan tökülmədən, basqı yapılmadan gərçəklənməsi gəlmələrlə yerlilər arasında olan ünsiyyət və yaxınlığın göstərgəsidir. Əlbətdə bəzi zamanlar toqquşmaların da istisna olmaması görünməkdədir. Ancaq köçmənlərlə yerlilər arasında olan basqılı ilişgilərin bir çoxu da gözə çarpmaması və olan qaynaqlardan ələ gəlir. Bir çox tarixçi bilginlərə görə, yeni köçlər bugünkü Azərbaycan və həndəvəri üçün güc birliyi, insan çoxluğu, yaşayış bölgələri, qarşılıqlı ilgi alış-verişləri və yavaş-yavaş şəhərləşmə mədəniyyət sistemini ərməğan gətirmişdir. Hər köç özüylə çeşidli yaşam təcrübəsini gətirərkən, başqa köçlərdə də təcrübə qazanmağı bacarmışdır. Bu köçlərin uzun sürməsi və qalibən bir və ya iki, üç yaxın zolaqlardan olması da el birləşmələri və tale birləşmələrini oluşdurmuşdu. Beləki, yol uzaqlığı, fəsillərin dəyişkənliyi, bölgə və daglıqların sərtliyi, vəhşi heyvan yürüşləri, yol üstü olan yerlilərin qarşı durmaları v.b. çeşidli köçmənləri birləşməyə və tal`e birliyinə çəkir və hətta onların əbədi birləşməsinə əl verişli imkanlar yaraldırdı. Nə isə, yeni gələnlərin yavaş-yavaş yerlilərlə qatılması, yeni inkişaf sürəcinə girən kütlə dilini də zənginləşdirmiş, onun birləşdirici özülünün yaranmasına nədən olmuşdur. Yerli və gəlmə kütlələrin qovuşması və bu birlikdən ortaya çıxan yeni gələnəklər, ProTürk* (Miladdan qabaqki Türk dilinə ProTürk də deyilir. Başqa sözlə İlkin Türk.) sürəcinin də güclənməsinə və mərkəzləşməsinə yol açmışdır. Göründüyü kimi, böyük gümana görə, dünyanın ilkin inteqrasiya oluşumu da buradan başlamışdır. Sümerlərin Güney və İkiçay arasında İlkin Hirogilif (Mixi) əlifbanı yaratması, hər yerdən daha ərkən Azərbaycanda öyrənilməyə və yayılmağa başlamışdır. Çünki, Sumerlərin yaratdığı dil qaydaları və yazı sistemi Azərbaycanda yerləşən el birlikləri üçün böyük alanda daha da doğma idi. Bu açıdan Sumerlərin yaratdığı mixi əlifba o günkü Azərbaycanda çətinlik yaratmadan öyrənilir və yayılırdı. Necəki, az sonra bugünkü Azərbaycanı da içərən Elam imperatorluğu Sumerlərdən alınan mixi əlifbanı daha da geniş və uyğun duruma gətirmiş, sonralar hirogilif sisteminin aşurlara ve Farslara keçməsinin ana mərkəzi olmuşdur. Demək dil, Azərbaycanda oluşan millət və ya toplum yüksəlişinin özül daşı kimi ən önəmli yer almaqdadır. Dilin Azərbaycanda mərkəzləşməsi ilə var olan kiçik qəbilə və qovm deyimləri də çox tez bir zamanda otomatik olaraq assimilə olmağa başlamış, yazının ortaya gəlməsi ilə bütünlüklə aradan getmişdir. Türk dilinin gəlişməsi və var olan yaşama qatqı qatması, Türk yaşam fəlsəfəsinin təməl dayaqlarını yaratmağa başlamışdır. Dilin çevrədən alıçı xasiyyəti və çevrəyə sobyektiv varlıq qazandırması, öz-özlüyündə yiyələnmə və malik olma zehniyyətini yaratmağa başlamışdır. Doğanın insana verdiyi hər obyekt, insan tərəfindən qarşılıqsız buraxılmamışdır. Bu qarşılıqlı alış-veriş Azərbaycan insanıyla Türk dili arasında elə ilişgi yaratmışdır ki, torpaq amili ilə insan amilini eyniləşdirmiş və birləşdirmişdir. Dilin yazılı sistemə girməsi ilə sosiyal savadlaşma başlamış, yazılı qurallar[21] yaranmışdır. İnsan acı-dadlı duyğularını yığmağa başlayınca öncə sözlü, sonar isə yazılı ədəbiyyat yaratmışdır. Duyğuların dilə gəlməsi ilə musiqili nəğmə yaranmış, yavaş-yavaş kütlə duyğusunu oxşayan müzik alətlərinin də yaranması ortaya çıxmışdır. Yaşam alanını qulluğa almaq çabasında yeniş-yoxuşlu əngəllərlə uğraşan toplum, özünə, gücünə, çevrəsinə uyğun olan ən əlverişli imkanlara əl uzaldaraq yeni kimliklər qazanmışdır. Azərbaycanda, bu kimlik qazanmanın sürəci öz özəl keyfiyyətləri ilə bugünkü İran adlanan bozqırlarla tam-tamına fərqili olmuşdur. Elə bu üzdən 7000-illik Azərbaycan Türk tarixinin 2500 illik Fars tarixilə qonşuluq etməsi və geniş ilişgi qurmasına baxmayaraq bu iki millətdə dil, tarix, gələnək, din[22], görünüş, ruhsal davranış, sosial-siyasal görüş bir-birindən tam fərqili və dəyişikdir. Jacob M . Landao öz adlım “PanTürkizm” kitabının 10-cu səhifəsində Məcar yəhudisi olan gəziçi və araşdırıcı yazar “Arminius (Herman) Vambery” dilindən ilginc bir bənzətməni irəli sürür: “Tüm Türki qurupların fiziksel özellikleri ve geleneklerine göre alt bölümlere ayrılmış bulunan tek bir ırka ait oldukları (bəllidir).”[23] Dil amilinin Azərbaycan Türklüyü üzərində fəlsəfi etgisi Çox geniş anlamıyla dil, hər hansı bir toplumun düşüncə, duyğu və dünya görüşünü, davranış gücünü və yaşam sürücülüyünü sərgiləyən canlı varlıqdır. Türk dili geniş alanlarda yayılan, ancaq bitişik yaylaq və alanda dağıntılı durumda yaşayan insanları bir araya gətirməkdə, onlara birgə işarət, birgə görüş, birgə duyğu ifadəsi, cansız nəsnələri[24] səslə canlandırma, yaxın canlıları adla səsləndirmə, çevrəni işarətlə deyil, ağızdan çıxan iç duyğuyla anlatmağı öyrədən bir sistem olqusu olmuşdur. İlk insan nəsnəyə ad verirkən, o adları mənimsəmiş və özü də həmən adlara bağlanaraq sosial təməl qurmağa başlamışdır. İlkin insan, doğaya necə baxmışdırsa, elə də ona bağlanmışdır. Bir ad öz ardıca bir yaşam tərzini ortaya qoymuşdur. Bu ortaya qoyulan yaşam tərzi, bəlli bir toplum üçün qudsallıq və ya qarşılığlı alanlar yaratmışdır. Belə gəlişmə sürəcindəndir ki, toplum içində ortaq çərçivələr, inanclar və bircə anlayışlar ortaya çıxmış və mənimsənməyə başlamışdır. Hər ortaya çıxan bir sözcük, toplum malına çevrilmiş, onun üzərində dayanışma və dirəniş məntiqləri yaranmışdır. Dil yarandıqca toplum qarşılıqlı ilgilənməyə meyl göstərərək, işarət və səs alışverişinə qalxmışdır. Bir öyrənilən səs və ya söz təkrar olaraq qalargi halə gəlmişdir. Hər səs, öz çevrəsinə ilişərək yeni boyutlar almış və doğuşa başlamışdır. Dil, hər toplumda olduğu kimi, Türk topluluqlarında da, vəhdət və toparlayıcı güc olaraq ana kimlik simgəsi olmuşdur. Hər əski millətin gəlişməsində rol oynayan çeşidli amilləri gözə alaraq, Türk millətinin millət olmasında ən önəmli rolu dil oynamışdır. Sözsüz ki, Türk dilinin yaranmasının kəsin tarixi yalnız təxminlər üzərində deyilə bilər. Ancaq bu dilin dünyanın ən əski dili olması və ya ən azında ən əski dünya dili olmasında artıq şübhə qalmamışdır. Örnək olaraq Qobustan köhüllərindəki mağaralar üzərində çəkilən pictografik (şəkilli) yazılar, çox geçmədən haman ərazidə tapılan çeşidli daşqazmalarda (örnək: Azıx) ideografik (Fikir bildirən) yazılara, biraz sonra tapılan anıtlarda işarə xətlərinə çevrilir. Sözsüz ki, ilkin insan, hər hansı çizgidən daha öncə danışmağa başlamışdır. Belə olan halda Qübustan izlərinin 12-min il yaşını təsdiq edən bilim insanları Türk dilinin sistemləşməsinin ilk varyantlarının ən azından 10-min il olmasının da yəqinliyi üzə çıxır. Tarix açısından Sumerlərə yaxınlaşdıqca Türk dilinin varlığı yavaş-yavaş ortaya çıxmışdır. Sumerlərdən qalan yazı izləri və bu izlərdən ələ alınan sosial çizgiləri[25], Türklərin də həmin çizgilərə bağlı olmasını aydınladır. Sumerlərin ardını tutan Elamların dil alanında daha da irəliləməsi, sözcüklərə daha da sistem verməsi və ilkin qayda yaratmasını dilçilik bilimi təsdiqləməkdədir. Son 50-60 ildə Avrupa, Amerika və Rusiya bilim mərkəzlərin Türk torpaqlarına aid olan qazıntı işlərinin sonucu tarix bilimində dərin dəyişikliyə nədən olmuşdur. Sözsüz ki, bu arxolojik çalışmaların sürməsilə daha da dəyişik faktların ortaya çıxması qaçırılmazdır. Bu çalışmalardan əldə olunan arxolojik sonuclara görə, M.Ö.-sindən çox qabaq zaman, orta asiya insanı dilini gəlişdirmişdir. 8-ci yüzilliyə aid olan Orhun abidələri, GökTürk imperaturluğunun daha formalaşmış Türk dilini işlətməsini göstərir. Bu abidələrində yazılan dil, GökTürklərin və Uyğurların geniş dil qrafikinin cümlə və söz quruluşunu ortaya qoyur. Bu kitabətlərdə dövlət quralları və işləmləri yazılır. Türk dili artıq bir imperatuluq dili olaraq göstərilir. Bu durum eynilə Azərbaycan torpaqlarında da gözə çarpır. Baxmayaraq ki, bu bölgədə gedən qazıntı işləri son zamanlara dayanır və bu qazıntılar bir çox zaman panFarsist və paniranistlər tərəfindən əngəllənir. Ancaq əldə olan sonuclardan bəllidir ki, ortasiya, önasiya və ortadoğunun yaşam tarixi gənəlliklə və Türk tarixi özəlliklə böyük alanda eyni anlamı ifadə edir. Azərbaycan və onun daha güneyindən tapılan daşyazılarının batı bilginləri tərəfindən oxunması əski Türklərin çağdaş Türklərə nə qədər yaxın olmaqlarını isbatlayır. Sumer, Elam, Qutti, lullubi, Mana, Mediyadan qalan adların oxunması və bu adların çağdaş Azərbaycanda danışılan dil ilə üst-üstə gəlməsi, Türk dilinin Azərbaycan Türklüyünün millət halına gəlməsində vaz keçirilməz rolunu göstərməkdədir. Azərbaycanda Türk millətinin gəlişməsində Türk dilinin rolu Dilçi alimlərin ortaq düşüncəsinə görə, Türk termeninin geniş işlədilməsinin zamanı Hun İmperaturluğunun çağına dayanır. Hun imperaturluğunun xidmətində olan GökTürklərin bu imperaturluqdan sonra dövlətlər quruluşu məhz Türk adıyla olur. Miladın 4 və 5-ci yüzilliklərində yavaş-yavaş böyüməyə başlayan və geniş qəbilə ve el birləşmələrini oluşduran döyüşkən, qorxmaz və ölümə qoşan Turan ellilər, çox geçmədən Türk Hun imperatorluğunda böyük öncüllüklə geniş yerlər almağa başladılar. Hunların gücdən düşməsi Muğul Çuvan-Çuvanların bölgəyə kölgə salmasına nədən olmuşdur. Bu üzdən soy və kök yaxınlıqları olan Aşna eli Muğullarla bir ittifağa girməyə üstünlük verdilər. Çuvan-Çuvanların gücdən düşməsi ilə, 552-ci ildə Aşna eli Çuvan-Çuvanları yenərək İlk dəfə tarixdə Türk adlı bir dövlət təməlini qoymağa başladı. Özlərini GökTürk* (*Türk: Qorxmaz, İgid, Gök:Göy, İlahi, Qudsal. GökTürk: Qudsal Qorxmaz.) adlandıran el birləşmələri az bir zamanda bütün step və həndəvərdə olan soydaş el birləşmələrini öz himayəsi altına aldı. 745–ci ilədək uzanan GöyTürk İmperaturluğunun qoyduğu ən qalarğı irsiyyə özündən öncəki atalar tarixinin ad mahiyyəti və milli kimlik adı oldu. GökTürklərin ən böyük başçılarından biri imperatuluğun başbaxanı Tunyuquq, Bilgə Xaqan olmuşdur. O, ilk kəz olaraq Türk adı daşıyan bir dövlət sistemi yaratmışdır. Gənəlliklə GöyTürklər Dövlət sistemini milli ideolojiyaya bağlarkən, üç özül daşı GöyTürk dövlətçiliyinin başında yerləşdirmişlər: a) Çin,i basqı altında tutmaqla, Türk dövləti rahat olub, yeməkdən təmin olsun. b) Çin,də dağınıq olaraq səpələnmiş Türklər ana yurdu Ötükənə qayıtmalıdırlar. c) Asiyada nəqədər Türk varsa Türk xaqanının bayrağı altına toplanmalıdır.[26] Bəlli olduğu kimi, dövlətçiliyin təməlində milli ideoloji təməlinə dayanan zaman dövlət yönədiçiləri nə istədiklərini, necə istədiklərinini, nə zaman istədiklərini və kimdən istəməklərini bir yapıd olaraq ortaya qoymağı bacarmışdırlar. 734-cü ildə Bilgə Xaqan öldu. Yenisey Daşqazmalarında Bilgə Xaqan dililə tapılan kətibədə yazılır: “EY TÜRK MİLLƏTİ, ÜSTƏ GÖK YIXILMAZ, ALTDA YER DƏLİNMƏZSƏ, DÖVLƏTİ, TÖRƏNİ KİM YIXA BİLƏR!” Aydındır ki, GökTürklərin Dövlətçilik sistemində olan Türk özülünün yaranış çağı qıssa vədəli bir tapıntı deyildir. Tarixin göstərdiyinə görə, Sumerlərdən başlayan dövlətçilik gələnəyi Türk ellərinin içində yayılaraq el gələnəyinə çevrilmişdir. Ancaq GöyTürklərə dək dövlətçilik sistemi el və qəbilə kimliyi üzərində qurulmuşdur. Belə ki, el birləşmələrinin başında dayanan böyük xan, elin ən aparıcı başçısı kimi, həm də dövlət başçısı olmuş və el birləşmələrinin dövlət başçısı tanınırdı. Demək GökTürklərdən daha 5000-il qabaq bölgədə və özəlliklə Azərbaycanda hakim olan el birləşmələri hər hansı ad daşımasından asılı olmayaraq Türk dilli və zaman-zaman gəlişməkdə olan Türk törəli gələnəksəl toplumlar olmuşdur. Sözsüz ki, bütün bu gəlişmələrin mərkəzində Türk dili və bu dildən ortaya gələn yaşam fəlsəfəsi dayanmaqdadır. Biraz geniş alanda Türk dili də, bütün başqa dillər kimi tarixsəl görəvi üzərində yayıldığı yerlərdə insanların düşüncə və duyğu sistemini oluşdurmuş, onların ortaq təməlini, bildirisini, anlatım və birləşdirici bağını biçimləndirmişdir. Bir sözlə, Türk dili el birliklərinin birləşməsində ən böyük rol oynamışdır. Azərbaycanda Türk milletinin mərkəzləşməsində dövlətçiliyin önəmi! Sözsüz ki, Azərabaycanda Türk dövlətçiliyinin gələnəksəlləşməsi, bütün Türk tarixində olduğu kimi el, el birləşmələri, tayfa və qəbilələr üzərində olmuşdur. Bu danılmaz gərçəkdir ki, Türk insanı Türk olduğunu deyil, qəbilə, el, xaqan və bu kimi millət altı amilləri mənimsəmiş, onu tanımış və üzərində dayanmışdır. Bu dövlətçilik sistemi öz zamanına görə nə qədər də doğal olmuşsa, Türk insanının çağdaş dövlətçilik baxışında olduqca uyumsuzluqlara yol açmışdır. Sözsüz ki, bir millətin tarix bilinci, ən çox o millətin tarixsəl dövlətçilik gələnəyindən bəslənərək düşüncə olqusunun biçimləndirir. Bir toplum, hafizəsilə millətə çevrilər. Hafizənin nə dərəcə güclü olduğu və ya olmaması o topluluğun millətə çevrilməsində danılmaz rol oynayır. Hafizə bir millət tərəfindən sürəcli yaranarsa, dövlət tərəfindən arxivlənər, nəsillər arası ortaq ulusal kimlik oluşumuna çevrilir. Hərgah, tarix hafizəsi yaşanan olqular arasında harmonik sistem kimi görünərsə, o millətin özünə tabeçiliyi kəsilməz halə gəlmış olar. Bu, o deməkdir ki, milli hafizə yaranandan bəri kəsintisiz olaraq bir anlamı sərgiləməyə xidmət edər və millətin gənəl anlayışının ölçü və çəkisini bəlirləndirər. Örnəyin, Çin, Misir və ya Almaniya kimi toplumlardır. Bu millət-dövlətlər də əzəldən oturaq dövlətlər olmamışlar. Onlar da Türklər kimi öncə qəbilələr, el birləşmələri, kiçik topluluqlar olaraq dövlət sistemi qazanmışdırlar. Ancaq Türklərdən daha ərkən millət-dövlət anlamını qapsamış, dövlət və millət ilişgilərini sağlama almışlar. Çin, Misir (ərəb) millətlərindən danışarkən başqa adresləri axtarmağa gərək qalmır. Çinin dövlət və milləti[27] eyniləşir, eyni ifadə daşıyır və tam ayrılmaz bir ulusal tarix hafizəsinə dayanır. Bu üzdən Çın tarixində çeşidli soy, boy, tayfa hakimiyyəti olsa belə, hamısı Çin Tarix Hafizəsində yerləşir. Misir və almaniya da az-çox çin kimliyinə bənzər uyuma sahibdirlər. Azərbaycan tarixinə gəlincə, sorunun çəkisi bir yana qalsın, təməl olaraq bir bəlirsizlik ortada dolaşır. Bu bəlirsizlik yalnız Azərbaycan deyil, həm də Anadoluda, Qafqazlarda, hətta tarixi Türküstanın başa-başında görünür. Tarixi Türküstanda GökTürklərin 552-ci ildə ilk dəfə olaraq sülalə və qəbilə yox, soy dövlətçilik yaratması, Türk ulusal bəlləğini[28] yaratmağa başlasa da, onlardan sonra Uyğur, Oğuz kimi dövlətlərin yenidən tayfa, qəbilə dövlət yaratmaqları, GöyTürklərin yaratdıqları millət-dövlət ənənəsini yarı yolda qoyur. Həmin yalnış gələnəyin sonucu olaraq bugün Türk tarixindən söz açılanda ucsuz-bucaqsız bir sıra çeşidli adlar meydana gəlir. Hətta iş ora çatır ki, bəzi ünlü Türk tarixçiləri belə ifadələr işlədirlər: “AtaTürkün əlilə Osmanlı imperoturluğu yıxılandan sonra Türk dövləti quruldu!!!” və ya, “Osmanlı Padişahı, Sultan Səlim, İran Şahı(?), İsmayili Çaldıranda yendi!!!” Göründüyü kimi Osmanlı dövləti Türk dövləti deyildir kimi göstərilir və AtaTürkün Osmanlı-İslam sentez dövlətini yıxandan sonra Türk dövlətçilik gələnəyini qurmağa başlayır. Şah İsmayil isə, İran şahı adlanılır. Və onun Osmanlı Sultan Səlim tərəfindən yenilməsi böyük sevinclə qarşılaşır. Hal buki, O zaman İran adlı bir dövlət ortada yoxdur. Ən azından Türk soylu bir Səfəvi Dövləti var. Göründüyü kimi, bulanıq tarix zehniyyəti, yalnız kütlə deyil, hətta aydın Türklərin də tarix bilincində dərin çatlaq yaratmışdır. Sözsüz ki, Azərbaycan Türklüyünün bulanıq zehniyyəti də elə bu yalnış tarix baxışından qaynaqlanır. Keçmiş sətirlərdə qeyd olduğu kimi, Sumerlərdən az sonra yaranan Elam, Qutti, Lullubi, Hurri, İskit, Kamer Aratta, Urarto, Hitt, Manna, Mada kimi dövlətlər məhz Azərbaycanda, Anadoluda yarandıqları üçün Azərbaycan və Türkiyənin əski dövlət sistemləridir. Azərbaycan və Anadoluda Türk dövlətçiliyinin 11 və 12 yüzillikdə Qəznəvilərin, Səlcuqların, Çingizxanlıların (Monğul-Türk birləşmələri) gəlməsi ilə başlanması dastanlarının nə qədər boş və milli kimlik şüurundan yoxsun olması gündən-günə aydınlaşmaqdadır. Bu arada bəzi dar görüşlü və mühafizəçi tarixçilərimiz o qədər irəli gedirlər ki, Amerika və Avrupa inistitutetlərinin Türk tarixi haqqında yaydıqları dərin bilgiləri belə şantaj və provkasiyon meydanına çevirirlər. Azərbaycanda 1918-ci ildən öncə dövlətçilik sistemi olubdurmu? Bu sorunu ortaya qoyanlar iki qurupdurlar. Birincisi ayıq-sayıq düşmənlərimiz, İkincisi isə tariximizi yarımcıq öyrənib, yarımcıq öyrətməkdə israrlı olan özümüzden olanlardır. Kimsə çıxıb da diyə bilər ki, ən azı Hurilərdən başlayan və Qacarlarda sona çatan sülalə dövlətləri Türklərdən başqa kimlər olmuşdurmı? Kimsə çıxıb iddia edə bilər ki, bugünkü Azərbaycan yaylası adlanan güney Qafqazlardan doğu Zagrosadək çəkilən bu dağ-daşlarda Türklərdən başqa ayrı yerli dövlətlər də olmuşdurmu? Bugünün Azərbaycanı, kəsinliklə Quttilərin, Elamların, Saqaların, Kamerlərin (Qamər), Xəzərlərın, Mannaların, Mediyaların, Albanların, Şırvanşahların, Səfəvilərin, Avşarların, Qacarların v.b.. Kimi sülalə dövlətlərin evladlarıdırlar. Bu sülalə dövlətlər, bir gündə ortaya qonan dövlət sistemleri deyillər ki, kimsə durub onları bir-birindən ayrı araşdırmağa qalxsın! Onlar ardı-ardından gələn soy bir, dil bir, el bir çeşidli batı Türkləri olmuşdurlar. Alman dövlətçilik tarixini araşdıranda, Germən termenilə, Germəniya termeni elə birləşir ki, kimsənin ona toxunacaq gücü qalmır. Halbuki, Pros dövlətinin tarixində ən azından 38 bağımsız dövlət birliyi varidi. Bu 38 dövlət hamısı German olduqlarını düşünür, hətta ən təmiz German olduğunu isbat etmək üçün kəsintisiz olaraq bir-birilə savaşırmışlar. Pros, Bavariya, Baden, Saksoni, Hes, Vürtomberg, Darmoçtaq, Karlesrohe v.b.. Kimi müstəqil şahlıqlar olan Prosa bac verənlərinin tarixini yalnız Almaniya tarixində araşdırmaq mümkundur. Demək Almaniyada olanlar, nə üçün və hansı nədənlərə görə Azərbaycanda olmaz halə gəlir!? Aydındır ki, ortada dövlət və millət iradəsini olqulandıran bir sistem görüntüsü olmalıdır. Doğrudur ki, tayfa, sülalə, ümmət, xanlıq, atabəylik kimi dövlət sistemləri keçəri olduğundan Milli Etnik Dövlət sisteminin yaranmasına əngəl olur, ancaq özü-özlüyündə millət sistemindən qıraqda qalmayır və öz qaynağı olan ulusundan qaynaqlanır. Millət bir soy olaraq qalar, yeniş-yoxuşlarıyla ufanır və dirçələr. Çünki millət, insan deməkdir, insanların toplusu isə ruhsallanmiş bir biolojik varlıqdır. Azərbaycan Türk milləti bir ruhsəl biolojik varlıq olaraq bu qonu içində anlam tapır və tərif olnur. Azərbaycan varlığının biçimlənməsində, ulusal Türk kültür kimliyinin rolu Bir toplumun anlaşılan kimliyi, ortaya qoyabiləcək doğal tanıtım tərzi, sadəcə “mən kiməm, kimlərdənəm, haradan gəlmişəm, olduğum, bulunduğum yer haradır!„yanıtına bağlıdır. Ayrıca bir toplumun, özünü nə sayaq dərk etməsi, necə tanıtması, duyğu və düşüncəsini hansı özəlliklərlə sərgiləməsi dəyəşməz şərtdir. Bir çox düşünürə görə, Ulusal kültür kimlik bir toplumun düşüncə sisteminin gözgüsü və o toplumun dünya görüşünün göstərgəsidir. Ulusal kültür kimlik həm qorucu və həm axıcıdir. Buna görə qurucudur ki, ulusu bir arada tutmağın ən təməl daşıdır. Onun olmadığı yerdə daş daş üstündə durmaz, toplum param parça olar. Dövlətlə ulus arasında özgəlik hükm sürər və cəmiyyət dağılaraq özgələrin tabeliyinə girər. Və ondan ötür axıcıdır ki, istər ordu gücüylə, istər ekonomi, tarix və dil kanalları ilə başqa millətlərin kültür alanına girməyi bacarar, öz insanlarının gələnək, görənəklərini başqa millətlərin də malına çevirər. Ulusal kültür kimlik bilinci olmayan bir toplumun ulus kimi yaşaması mahaldır. Dövlətini, ordusunu və hətta dil kimi təməl ünsurunu itirən bir toplumun ulusa dönüşü mümkün olası deyilsə, birlikdə ulusal kültür kimlik bilincini əldən vermiş bir toplumun yenidən dirilməsi olumsuz mövcüzəyə bənzər. İran adlanan yerdə milyonlarla dilini itirmiş Türk kökənli insan yaşamaqdadır. Onlar Farsların assimilə siyasətinə tuş gələrək dillərini əldən vermişdirlər. Lakin köklü-kültürlü bir Türk varlığının gündən-günə güclənməsi ilə assimilə olunub, itmiş kimi görünən milyonlar Türk öz ulusal kimliyini yenidən qazanaraq, tarixsal səciyələrini əldə edəcəklər. Azərbaycanda milli kimlik bilincinin artmasıyla öz dilini unudan Türklər hər şeydən öncə Türk dilinə sarılacaq və zaman sürəcində hətta ən kəsgin Türk kimliyi davasına qalxacaqlar. Ulusçuluq düşüncəsinin biçimlənməsində ulusal kültür kimlik bilinci beyin sayılarsa, kəsinliklə, dil, tarix, ədəbiyyat və ordu, ulusal kültür kimlik bilincinin şah damarları sayılmalıdırlar. Adları sadalanmış bu dörd təməl ünsur, bütün yeniş-yoxuşları, fərqlı zamanlara aid etginliyi və çeşidli axarlarıyla geniş insan kütləsinin varlığıdır. Bu varlıq ünsurlərilə geniş insan kütlələri, mən kiməm sorusunu yanıtlayır, mən hardan və kimlərdən gəlmişəm sorusuna aydınlıq gətirir. Sözsüz ki, Azərbaycan kimliyi təkbaşına belə bir sorğunun altından çıxa bilməz. Çünki, Azərbaycan tarixini gənəl Türk tarixi dışında görmək mümkun deyildir. Vil Durant “Mix xəttinin yaranıb, təkmilləşməsi, Sumerlərin bəşəriyyət inkişafına verdikləri ən böyük hədiyədir.”[29]diyəndə, əslində Türk varlığının izində və oluşma nöqtəsində yerləşən əski Türk insanların yaşadığı torpaqlardan danışmaqdadır. Bu torpaqlar, Orta Asiya, Orta Doğu, Avrasiya bölgələrini içinə alan böyük bir alandır. Sözsüz ki, Azərbaycan Sumer axarından ən çox pay almış bu məkanlardan biri olmuşdur. Azərbaycan varlığı, istər M.Q 5-ci minillikdə Sumerlər, istər M.S 11-ci yüzillikdə Səlcuqlar, istərsə də bu günkü durumunda bir an olsun belə, Türk varlığının dışında olmamışdır. Demək, Vil Dorant Sumerlərdən danışarkən, əski Azərbaycan Türk topluluqlarını da göstərməkdədir. Ulusal kültür bilincin öz tarixilə uyum sağlaması, danılmaz bir ön şərtdir. Heç kültür öz tarixinə, dilinə və gələnəklərinə bağlı olmadan ulusal kültür ola bilməz. Ulusal kültür kimliyi bir inistitot və bilimsəl tapınaq deyildir, bəlkə bir ulusun doğuşundan yaranan zamansız, yaşsız bir doğallıqdır. Tarix axarında bəlirsiz kütlə tərəfindən yaranmış kültür kimliyi, qoşaqdan qoşağa yeni boyotlar qazanaraq, min illər boyunca qol-budaq atmış, ulusuyla pekişmiş və birləşmişdir. Bu üzdən, insanlarına güvənc qaynağı olmuş, onların idareçilik gücünü hamarlamış və millət dövlət olaşımına ən böyük yardımçı ünsur olmuşdur. Ulusal kültür kimlik bilinci, millətin düşüncə və yaşama ölçüsünü yuxarı zərfiyyətlərə daşıyar. Ulusal şüuru yüksək və oyanıq olan bir millətin idarəçilik və özqabiliyyətçiliyi zorakılıqla deyil, doğal yaşam olaraq özünü göstərər. Onun qazandığı hər şey, millət malı olar. Yabancıların nüfuz dayrəsi daralar. Milli şüur, hər şeydən öncə bütün insanlarla eşit ilişgi qurmağın ön şərtidir. Milli şüurdan yoxsun olan toplum, yalnız neçə dərəcəli tabe vətəndaş sayıla bilər. Ən ufaq şərtlər içində başqa millətdən olan birisi ilə evlənmək milli şüurun yoxsunluğunun aydın örnəyidir. Tarix milli şüurun beyinidir. Bəzi millətçilərə görə, yalnız tarixin qəhrəmanlıq səhifələrini işıqlandırmaq gərəkir. Onlara görə, milləti yalnız qəhrəmanlıq tarixi ayaqda saxlaya bilər. Halbu ki, tarix bütün boyutları ilə bir millətin malıdır. Bir ulus tarixinin olumlu-olumsuz olayları ilə yaşamışdır. Millət bütövdürsə, tarixi də bütövdür. Yalnız bütöv dildən, tarixdən, ədəbiyyatdan ulusal kültür kimlik bilinci yarana bilər. Dili və tarixi bölünmüş bir millətin özü də bölünür. Nə qədər ki, bir ulusun olumlu tarixini şişirtmək xətadır, ondan daha faciəlisi, olumsuz[30] tarix sərgiləməkdir. Bir millətin tarixinin yalnız ulumsuz tərəflərini böyüdüb gənclərə aşılarmaq o millətin haqqında üz verən ən böyük cinayətdir. Tarixin qorunub düzgüncə nəsillərə ötürülməsi, onun qəhrəman və ərdəmli yönlərini daha da böyüdərək qivanc halə gətirilməsi, zamanda yaşayan hər bir tarixçi bilginin başlıca görəvidir. Bu baxımdan hər millətin tarix və dil qurumlarının başında yalnız və yalnız öz kökünə bağlı olan uzmanların dayanması gərəkir. Gənəllikdə Türk tarixinin yabancılar və düşmənlər etgisində yazılması əsil faciədir. Türk yaradır, yaşadır, insanlara öndər olur, bəşəriyyətin ilk ocağını qurur. Ancaq qələmə deyil qılınca sarınınca, öz əlaltıları və rəqibləri vərindən ya tarixdən silinir və ya silinməz olunca öz tərsinə dönüşür. Turan elinin dünyaya hakim olduğu bir dönəmdə, heç yenilgisi olmayan Saka (İskit) impratorluğunun “Alp Ər Tunqa”sı da belə bir tale ilə tuşlanır. Türk Qəznəli İmpratoru Sultan Mahmudun sarayında 30-il boyunca əzizlənərək, Türklərə qarşı çabalayan Fars kökənli şair, Ə.Q. Firdövsi də onlardan birisidir. Firdövsi Milad öncəsi 7, 8-ci yüzillərə uzanaraq, Fars elini ərəb basqısından qurtarmaq uğrunda qələm mücadiləsinə əl vurur. O, bütün boyutları ilə bir Fars sevdalısıydı. O, nə sayaq ulusu, ölkəni sevmək yollarını özündən sonraki Fars nəsillərinə göstərdi və buna görə, ulusu üçün bu gün də yaşamaqdadır. Firdövsi, ulusunu ərəbləşməkdən qurtarmaq yolunda heç bir əngəl tanımadan, öz vəlineməti olan Türklərin tarixinə əl uzatmaqla ən qəhrəmanlıq dastanlarını yazmağa – Bir tərəfdə Turan gərçək qəhrəmanlarını, başqa yanda isə, mifolojik uydurması olan İran qəhrəmanlarını qoymaq şərtilə - başladı. O, bu uydurma mifolojik çalışmasıyla yalnız ulusuna necə yardım edəbiləcək yolların axtarışındaydı. Gələcəkdə onun uydurmalarının bir başqa millətə nə kimi ziyan verəcəyi, onu maraqlandırmırdı. Fars şairi, ərəb kültürünün qarşısında əriməkdə olan Fars toplumunun qurtuluşu yolunda, zamanların ən yenilməz obrazını yaradmalıydı! Bu üzdən, yaşamında yenilgi görməyən bir Türk başçısı – Alp Ər Tunqa- devləşmiş bir Fars qəhrəmanı – Rüstəmin sürəkli yenilgisinə uğrayacaq və ən sonunda dağlar-dərələr veylanı[31] olaraq başını əldən verəcəkdir. Çağdaş tariximizdə Azərbaycan qəhrəmanı Səttarxan, modern Farsların dostu kimi göstərilir. O, Azərbaycan Türkündən daha çox İran igiti kimi tanıdılır. Budur ki, bir millətin tarixi özünə qənim kəsilir. Çünki, tarix yabancı əllərdədir. Tarix şüurunun gərcəkdən şüur qaynağı olması üçün, tarix öz dilində yazılmalıdır. Tarix yazan, öz ana dilində deyil başqa dildə tarix yazarsa, istər-istəməz haman dilin, qaynaqlarına bağlanacaqdır. Dil canlı bir varlıqdır. Dil qullanış verməz, qullandırar. Bunun tərsini düşünənlər, nəinki, dil fəlsəfəsilə tanış deyillər, həm də, ulusal kültür kimliyi bilincinin fərqində deyillər. Tarix öz dilində yazılarkən, dil fəlsəfəsindən də qıdalanır, ruh tapır və ruhaniləşir. Bu üzdən öz oxucusuyla doğmalaşır və ona doğma dünya bağışlayır. Bu doğmalıq içində tarixin bir roman oxşarlığından uzaqlaşmasını və gərçəklik qazanmasını görmək olur. Millət və vətən şəhidi Dr. Zehtabi uzman bir tarixçı olmadığı halda millətimizin böyük bir bölümündə tarix şüuru oyandırdı. Dr. Zehtabi yalnız millətini düşündüyü üçün millətinin dilində yazdı. Onu, başqa millətlərin nə düşündüyü ilgiləndirmədi. O, çəkinmədən öz ana dilində yazdı. Çünki, yazılan bu tarix, ulusunun malı olmalıdır. Ancaq bəzi tarixçilərimiz öz tariximizi Fars dilində yazarkən, o millətin içində olan yaxın qələm dostlarını, sol düşüncəli qələmçiləri və ömrü boyu Türk millətini təhqir edən Fars və başqa düşmən fıqorları da, göz önünə alirlar. Farslar sevdasına alışan bu yazarlar, doğma ulusunun olumlu yönünü qələmə alarkən, həm də, uzaq dostları incitməsin diyə, illər boyu millətimizin tarixini yalan göstərən uydurma faktlara da meydan verirlər. Onlar, məsələn tərəfsiz olmaq istəyirlər! Tərəfsizlərdən usanmış millət isə, uzman tarixçini deyil, millətdən ötəri tarix yazan zehtabilərin düşüncəsini mənimsəyir. Ulusal kültür kimlik bilinci, bütün boyutları ilə insanların yaşamında özünü göstərir. Japon insanı dünya yolçuluğuna çıxarkən yalnız və ya ailə kimi çıxmaz! Japonlular istər yaxın, istər uzaq yerə gedərkən topluca gedər, yolçuluq sürəcində bir-birlərini tək buraxmazlar. Hara getmələrindən asılı olmayaraq orada öz kültür və yaşantı sistemlərinin elçiliyini edərlər. Yəhudilər dünyanın ən güçlü labisinə malikdirlər. Onlar say miqyasında dünyanın on mindən birisidirlər. Ancaq, bu kiçik miqyaslı ulusun Amerika bankalarındaki payı inanılmaz dərəcədədir. Bütün dünya siyasətinə rəğmən, kiçik ermənilərin etgili sayılan var oluşu onların milli kimlik şüurunun biçimlənməsi ilə bağlıdır. Az qalsın 20 ilə yaxındır ki, Qarabağın bütünlüyü və bir neçə başqa bölgəmiz Ermənistan və Rusiyanın növbəti işğalında inləməkdədir. Torpaqlarımızın işğalında olmasına baxmayaraq, ərməni qüvvətlərinin hər gün atəşkəs sındırmalarına tanıq oluruq. Azərbaycan yalnız cavab atəşi açmağa qalxır və onu da çox böyük qurur hissi ilə dünyaya car çəkir. Bu cür davranış Azərbaycan hakimiyyətinin savaşa meylsizliyini göstərir. Necə ola bilər ki, müstəqil olmuş bir dövlətin %25 torpaqları işğal altında olsun da, o dövlət savaş adı gələndə titrətməyə düşsün. Demək, o hakimiyyətin milli şüur təməli yoxdur. Olursa, bir an düşünmədən yalnız torpaqlarının azadlığı uğrunda adlımlayar. Milli şüuru olmayan həqiqi və ya hüquqi şəxslər üçün yalan söyləmək, yalan davranmaq, para və mala xidmət etmək ən normal hayat sayılır. Milli şüurdan yoxsun bir tolum içində, ilşgilər yalnız rüşvət mahiyyəti daşıyar. Öyrətmən[32] öyrəncini dərs oxutmadan məzun edər. Bilim rüşvət qurbanısı olar. Əllərdə saysız-hesabsız bitiklərə və sənədlərə baxmayaraq toplum sürətlə savadsızlığa və cəhalətə uğrar. Toplumda ərkək-qadın, ərbab-rəiyyət, pullu-pulsuz v.b. ziddiyyətlərin helli deyil, bu ziddiyyətlərin normal halə gəlməsi hər kəs tərəfindən qəbul olunar. Bu tablo bir boşluğun yəni ulusal kültür kimlik bilinci- nin olmamasının eyniyyətidir, doğal göstərgəsidir. Milli şüurun olduğu yerdə, vətən tablosunun başında iri cizgi ile MƏNİM DİLİ, MƏNİM ANLAMIM! Sözləri yazılar. Dil milli kimliyin hər şeyidir. Dilsiz milli kimlik şüuru yoxdur. Dilini əziz tutmayan, onu bütün var-yoxunun anlamı saymayan, evində öz uşağıyla yabancı dildə danışan və danışarkən qulaqlarının arxasından şərm və utanc təri tökməyənlərdə ulusal kültür kimlik bilincdən iz-toz ola bilməz. “Mənim dilim ucadır, qutsaldır[33] və mən onu uca saxlamaqda borcluyam” diyənlər əlbət ki, qısqanc olmaqda haqlıdırlar. Belə olan insanlar, yalnız ulusal kimlik bilincilə deyil, həm də insanlıq səciyəsi ilə ölçülür və dəyərlənirlər. *“Mənim dilim Göygöl, Xəzər, Mənim dilim Şahdağımdır, Qoy dilçilər öcəşsinlər, Yoxdur bəhsə meylim mənim. Heç bir dildən əskik deyil, Bəşərin dil ağacının Şah budağı dilim mənim![34] X.R.UluTürk[35] yuxarıdaki şerini diyəndə, ulusal kimlik bilincinin dillə nə ölçüdə bağlı olduğunu söyləyir. Y`əni, dil bir millətin torpağıdır, dağı və suyudur. Dünyaya açılan pəncərəsidir. Tarixə və mədəniyyətdən səslənəcək sözüdür. Dili, tarixi, dəbləri, ulus özəlliklərinin hamısını bir arada sistemləşdirən ulusal kültür kimlik bilinci, yaşam fəlsəfəsini dinamikləşdirən güc mərkəzidir. Həyata dönük dinamizmində ki, duyğu, ağıl, inam və inanc təməlidir. Ulusal kültür kimlik bilinci, bir millətin ülküsəl, ekonomik, siyasal və ordu yüksəlişinin dinamikasıdır. Bu üzdən bir ulusun varlığının ulusal kültür kimlik bilincinə bağlı olması, danılmaz gərçəkdir. “Milli şüur, bir millətin yaşama ifadəsi, hayat qaynağı və ən quvvətli silahıdır. XX. yüzildə milli şüuru olmayan millətlər yıxılmaya məhkumdurlar. Unutulmuş milli dili, milli şüur sayəsində yenidən dirildən Yəhudilər və İrləndalılarla, diriltməyə çalışan Norveçlilər, XX. Yüzilin üç milli mucizəsini göstərmişlərdir”.[36] Milli bilincin həm məntiq və həm də duyğu yönləri vardır. Necə ki, məntiqsiz duyğu yoxdur, eləcə də duyğusuz insan yoxdur. Duyğu milli şüurun qəlbidirsə, məntiq və bilim onun beyini hesab olur. “Mənim Babəkim var. Mənim Nəsimim var” kimi deyimlərin məntiq yönü Babək və Nəsimi gərçəyidirsə, “Mənim” vurğusu onun duyğusu və qıvancdır. Əgər Türk anası Nəsimi və Babək doğubsa, nədən onlar mənim olmasın ki! Məgər məni də bir Türk anası doğmayıbdır. Əgər şərq irfançılığının böyük bilginləri arasında saysız Türk evladı varsa, nədən irfan mənim olmasın ki!? Əgər Tümris Ana kimi anam varsa, nədən modern və demokratik fiminizmidə mənim payım olmamalıdır ki!? Bu dünyada neçə Tümrıs Ana tapılar!? Bəzi batı vurğunu aydınlarımıza görə, belə düşünənlər faşist Türklərdirlər. Olsun qoy özümüzə yiyələnmək üçün bizə faşist desinlər. Budur milli bilinc sevgisi. Budur bir millətin ayaqda qalma şansı. Azərbaycan varlığının biçimlənməsində ulusal dilin rolu Ulusal dil, bir toplumun tarixsəl bilincini, sürəkli duyğu və düşüncəsini, gələnək və dəblərini, yaşam axışının anlamını qullanışa gətirən bir fəlsəfi biçimdir. Türkiyədə, Azərbaycanda, Uzbəkistanda və 100-ə yaxın aparıcı və ya azınlıqda olan Türk topluluqlarının milli dili Türk Dilidir. Ulusal dil və ya başqa anlamla Ana dil, dövlət dili olub-olmamasından asılı olmayaraq dəyişməz və təkdir. Hər hansı səbəbdən dilin dəyişimə məruz qalması, o dilin ölməsi və ya ölməyə tuşlanması anlamına gələr. Milli dil ifadəsi çox az qullanan bir termin olsa da, öz anlamını daşıyan aydın bir anlayışdır. Dil ədəbiyyat, musiqi, teatr, sinema, ilətişim v.b. alanları yaradarkən, özü də zənginləşir. Milli dil, həm də yabancı dil qarşısında etnososial və etnocoğrafik anlayışı daşıyan ulusal qavramdır. 17-ci yüzillikdən rus dilinin yürüşünə uğrayan böyük Türküstan, gənəl alanda darbədən-darbəyə məruz qalmışdı. Burada tək amac Türk ulusunu yer üzündən silinməsi idi. Ruslar bu bacarıya əl tapmaq yolunda ən başda Türküstanın dil birliyini hədəfə aldılar. Ruslar orada çeşitli dil faktorları ortaya qoymaqla ana Türk dilinin çeşitli qollarını bütünlüklə bir-birindən ayırmağa başladı. Sonra tək başına qalmış dillərı rus ədəbiyyatı və dil alanları ilə şiddətli hüçüma uğratdi. Dil bilimində isbat olunmuş bir əslə görə, hər dilin aradan getməsi, o dilin kökündən və gücündən asılı olaraq ən azı 100-illər uzun sürər. Ruslar, Türk dilinin çox böyük keçmişə dayanmasını hər kəsdən daha da aydın bilirdilər. Bu üzdən, bu dilin geniş alanda qarşısını almağın rahat olmayacağını da yaxşı başa düşmüşdürlər. Hər imperator dövlət kimi, ruslar da, öz hegomonluğunun əbədi olmasına inanaraq, Türk dilinin imhası üçün çox metodik assmila siyasəti irəli sürürdü. Hadisələrin, dəyişməsi, rus imperatorluğunun zədələnməsi, əski Türküstanın ürəyindən özgür Türk dövlətlərinin ortaya çıxması, ulusumuzun aydınlıq mücadiləsinin genişlənməsi, rusların və rus dilinin məğlubiyyətə uğramasında böyük rol oynadı. Azərbaycanda durum daha da fərqlı olmuş, daha da mürəkkəb vəziyyətə düşmüşdür. Türkmənçay yenilməsindən sonra ikiyə bölünmüş ulus və torpağımız iki özgə dil basqısı altında qalaraq, hətta öz içində belə, parçalanmağa və özgələşməyə sövq edildi. Bu üzdən Quzeydə Rus dili hakim olduğu halda Güneydə Fars dili ən basqın şəkildə Türk dilinin üzərinə yürütüldu.Türk dilinin Fars dili qarşısında ağır darbələrə qatlanmasına baxmayaraq ayaqda durmağı bacarmışdır. Çox qəribədir ki, bəziləri Türk dilinin bu illərdə ayaqda durmasını inanılmaz möcüzə kimi alqılandırmışlar. Halbuki, belə yanaşma bilimsəl baxımdan heç də doğru deyildir. Tərsinə, belə bir böyük ulusun, dililə birlikdə bütün varlığının özündən qat-qat aşağıda olan bir millətin hegomonluğunda qalması məntiqə sığmazdır. Nədən məntiqə sığmaz? sorusuna Güney açısından baxarsaq bütünlüklə yanılıb, milli dilimizi (Türk dilini) öz əlimizlə aşağılayacayıq. Bu üzdən, olaya biraz dərindən baxmağımız lazimdir. Çünki, orta yüz illərdən bəri (Şah İsmayildən sonra) Türk hakimlərin öz millət dilinə vurduğu ağır darbaları görməmək olmaz! İnanılmaz haldır ki, Türk hakimlərinin Fars dili sevgisi, öz ana dilimizin imhası qədər irəliləmişdir. Nəticə e`tibari ilə hər baxımdan Türk dilinin altında qalan Fars dili Türk dərbarlarında rəsmi dil həddinə çatmış və ulusumuzun bir başa asimila olmasında əsas yardımçı amil olmuşdur. Bu üzdən, öz hakim atalarımızın zamanında, Azərbaycanda qullanılan Türk dili Fars dililə dəyişmiş, yazı gücünü itirərək rəsmi dil səviyəsindən yenilməyə itələnmişdir. Ancaq, Güneydən dışarı gəlincə Quzeydə zədələnmiş (ruslaşmış, krilləşmiş) dilimiz özünü saxlaya bilmişdir. Ortasiyada durum çoxda parlaq olmasa, yenə Güneydən qat-qat üstün olmuşdur. Türkiyə uzun zaman milli dil mücadiləsi verən, hətta qurtuluş savaşını dilin üzərində quran təkcə ölkəmiz olmuşdur. Elə buna görə, Türkiyənin Güney üzərində dil etgisi çox önəmli sonuc vermişdir. Hazırda, Quzeydə, dilin genişlənməsi və arınması yolunda bir para işlər görünməkdir. Ancaq, hələ də, rus dilinin etgisi, dilimizin tam bağımsızlığına və bütövlüyünə imkan verməyir. Bu durumdan qurtuluş yolu, öncə dövlət sistemində yer alan elit kəsimdən asılıdır. Belə ki, dövlət sisteminə bağlı olanların bir çoxunun ailə dili hələ də, rus dilidir. Belə durumda, 20-illik özgür bir respublikanın ana dilindəki axsaqlığından və bu durumdan yaranan ulusal yaşam bicimindən dartışmağa belə, güc qalmayır. Azərbaycanda, Türk dilinin rus dili etgisindən qurtarılmasının və tam bağımsız dövlət, bilim, ilətişim, sənət, teknik, sağlıq dili halinə gəlməsinin təkcə yolu bir çox dövlət adamının ailə dilinin ana dilinə çevrilməsinə bağlıdır. Güneyə gəlincə, dilimizin indilikdə, ilətişim, basın, ədəbiyyat, teatr, musiqi, elit dili qatına yüksəlməsinə imkan verilməsə də, gündəlik kütlə dili olaraq mücadilə verməkdədir. Sözsüz ki, Güneydə Türk dili, yalnız dil sorunu deyil, geniş qapsamda bir milli-qurtuluş mücadiləsinin açarıdır. Güneydə, Türk dilinin sempatikləşməsi, öz dilim, öz yaşamım anlamına gəlməsi, toplumun uluslaşması uğrunda atılan ən ilkin və ötkəm addımıdır. Türk dilinin sempatikləşməsi ilə, milli dirçəlişin alanı genişlənirkən milli tarix, milli musiqi, milli ədəbiyyat, milli dəb-gələnək və səciyəvi xarekter daşıyan bütün gizli varlıqlar canlanır. Bu üzdən, dilin milliləşməsi ilə yanaşı, insanlarımızın da milli bilinci yüksəlməyə başlayır. Ölkənin, bütün yaşam alanı özəlləşmə aşımasına girməyə başlayır. Dil bilinci, milli-qurtuluş və dövlətçilik savaşının sürəcində ən geridə qalmış sosial kəsimi mübarizəyə çəkir. Dil bilinci, təkcə silahdır ki, parçalanmış millətin yenidən bütövləşməsini kəsinləşdirir. Buna görədir ki, Bütöv Azərbaycan məfkürəsi dil birliyi üzərində qurulmuş bir amacdır. Sözsüz ki, bu amaca olaşandan sonra, onun vahid bir dövlət halinə gəlməsində də dil mərkəz rol oynayacaqdır. Başqa anlamla, dil sadəcə birəysəl[37] bir varlıq olmadığına görə, güc dəyərlərini ulus və dövlət birləşməsindən alır. Kəsinliklə dilin yaşayıb, yaşatması yalnız onun toplum malı olması ilə bağlıdır. “Haray-haray, mən Türkəm” uyunu[38], birəysəl bir ifadə tərzi olmadığına görə, burada “mən”, bir ulus bilincini göstərməkdədir. Haray-yaray isə, o məmin – ulusun- səslənişidir. Bəlkə, milyonlar il bundan öncə, dil bilməz insanların ilkin dil işarəti elə eyni qorxudan yaranmışdır. Dil bir insan evidir və ya Almanın dünyaya verdiyi ən dahi felosoflarından biri Viktor Haygerin[39] fəlsəfəyə baxış açısı olmuş “Dil Varlığın Evidir” ifadəsi ilə desək, dilin yalnız insanlar arasında bir arac olmasına deyil, yaşamın özü və fəlsəfəsi olmasına daha çox inanacayıq. Sözsüz ki, dil bir yaşamdır, onun fəlsəfəsidir! deyimi, bügünümüzün anlayışı yox, Türk və Azərbaycan tarixində bəlkə də, batıdan öncə yayılmış geniş dünya və yaşam axarı olmuşdur: … Ərşilə fərş, kaf və nun MƏNDƏ bulundu cümlə çün, Kəs sözünü və əbsəm ol, şərh və bəyanə sığmazam![40] BU qissa beyti diqqətə alanda, Nəsimi sadəcə sözlərin birləşməsini deyil, onların içində birləşməsini və dildə ki qavramların özünə hakim olduğunu sərgiləməkdədir. Nəsimi, göyün, yerin, dünyanın MƏNDƏ birləşməsini və o MƏNİ dildə - yalnız dildə və başqa varlığda yox – sığmasını göstərincə, əslində dilin sığmazlığını və hər şeyin dildə sığmasını ifadə etməkdədir. Göründüyü kimi, günümüzədək çəkilən Hürufilik fəlsəfəsinin də düşüncə mərkəzində dil bilinci dayanmaqdadır. Hər şey tanrıdır, hər şey sözdür (dil). Hər şey dörd ünsur– su, od, hava, torpaq- təməlindən yaranmış yaranışdır. Dünya varlığı 28 sözdürsə, bütün kayinatı bu sözlər içində sığıştıran yalnızca dildir, dil bilincidir. Bir daha Dil Varlığın Evidir! deyimilə bu bölümə nöqtə qoyuruq. Azərbaycan varlığının biçimlənməsində ulusal tarixin rolu Azərbaycan tarixi anlayışı deyilən zaman, insanın gözü önünə anasının ürəyindən qopan bir söz gəlir: “Bala biz Türkəsayar adamıq.[41] Bizdə şilə-pilə olmaz!”. Sözsüz ki, bu sadə sözün anlayışına varmaq üçün, tarix hafizəsinin ən dərin qatlarına getmək gərəkir. İnsan tarixinin yüzminlərə və hətta milyonlar ilə uzanması, istər-istəməz, Türk və Azərbaycan adını da ortaya gətirir. İlkin insan yaşayış yerlərinin birisi olan Azərbaycan torpaqlarıda ümum Türk torpaqları kimi bəşəriyyət beşigi olması ap-aydın görünməkdədir. “Azərbaycan insanın yaşadığı ən qədim məkanlardandır. Füzuli şəhərinin yaxınlığında yerləşən Azıx mağarasının tapıntısı Pali-olit (Daşçağı) dövründən bəri Azərbaycanın toplu insan yaşayış yer olmasını isbatlamaqdadır. Azıxantrop od yandırıb, onu yanıq saxlamağı və hətta özünə ev dikməyi belə bacarmışdır.”[42] İlk öncə yuxarıdaki ifadələr çox sadə və normal görünə bilər. Ancaq bir az düşünülürsə, hardan gəldik, necə gəldik, kimlərdən gəldik kimi bir tablo gözümüzün önündə dayanacaqdır. Geçmişlərdən çağımıza yaxınlaşdıqca, daha aydın tarix qaynaqları tapılır. Bu qaynaqlarda axtarış sonucu əldə edilən bəlgələr hansı bölgələrdə kimlərin yaşamasını, nə kimi kimlik daşıdığını bələ edir. Mədəni tarix sumerlərdən başlanır nəzəriyyəsi son dövrin tarixçilərinin bir çoxunun ortaq düşüncəsi olmuşdur. İkiçayarası[43] nəzəriyyəsinin get-gedə bilimsəlləşməsi, Azərbaycan və Anadolunu da ortaya gətirməkdədir. Avrupa və Amerika arxoloqlarının oxuduqları daşyazmalar yeni sonucları ortaya qoyur. M.Ö. ən azı 5-ci minilliklərdən Ön asiya və Orta asiyadan güneyə axınan sumerlər kəsinliklə iltisaqi dilli xalqlardan olmuşlar. Çox keçmədən Sumer dililə Türk dili arasında 300-dən artıq bənzər və ya eyni sözlərin oxunuşu baş vermişdir. Ortaya belə bir sorğu atılır. Doğrudan bu Sumerlər kimlərdirlər? “Müasir Şumerologiyada Şumer dilinin Türk dilləri ilə qohum olması fikrini söyləyən mütəxəssislər də var. Məşhur Türk dilçisi prof. Osman Nədim Tuna iyirmi ildən artıq şumer-Türk dillərinin əlaqələri üzərində araşdırmalar apardıqdan sonra bu dildə 168-dən çox Türk mənşəli sözün olduğunu sübut etmişdir. Bu barədə o, yazır: (Şümer və Türk dilləri ən qədim dövrlərdən bir-biri ilə qohum ola da bilərdi, olmaya da. Bu mövzu burada bizi maraqlandırmır. Ancaq şumerlərlə Türklər arasında dil baxımından tarixi bir bağlılığın olması, bu 168 söz əhəmiyyətli açıqlamalarla sübut edilmişdir.) Prof. O. N. Tunanın müəyyən etdiyi şümer dilində olan Türk sözlərinin böyük əksəriyyəti bu gün də Azərbaycan dilində eyni mənada işlənilir: ilgük // ilgək, elik // əlik, yilik// ilik, kabkagak// gabgacaq, dubur// yumuru// Azərbaycanın qərb dialektində - dumuru, dingir// tanri və s. Buradan belə bir qənaətə gəlmək olar ki, hətta əgər şümer dilinin protoTürk dili olması məsələsi mübahisəli olsa belə bu dilin formalaşmasında Türk dilinin rolunu inkar etmək olmaz.”[44] Göründüyü kimi Türklərin Anadoluya və Azərbaycana gəlişlərinin M.S 11-ci əsrə dayanması bütünlüklə Fars və bəzən qərb və ərəb tarixçiləri tərəfindən uydurma və ağ yalandır. Hətta uzaq bir fərziyyəyə görə, əgər sumer və Türk eyniliyi olmasa belə, sümerlərin Türklərdən etgilənməsi aydıncasına ortaya çıxır. Demək ki, Türklərin ikiçayarası və Urmu gölü yaxasında, habelə Ön və Orta Asiya, Van və Azaq yaxalarında mədəniyyət qurmaları M.Q.5-ci minillikdən də uzaqlara dayanır. Ulusal tarix kimliyi buradan başlayır və bir millətin ulus kimliyini bilincləşdirir. Aydın və öncül insan toplusu başqalarını yönəltməkdən öncə kəndini ifadə etməyi bacarmalıdır. MƏN kiməm, kimlərdənəm, soyköküm hara dayanır. Atalarım-analarım kimlər olmuş. Haralardan gəlmiş, necə yaşamış və ümum bəşər Geri dön |