Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azay Quliyev: ATƏT həmişə effektli fəaliyyət göstərə bilmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Azay Quliyev: ATƏT həmişə effektli fəaliyyət göstərə bilmir

Azay Quliyev: ATƏT həmişə effektli fəaliyyət göstərə bilmir


ATƏT öz norma və prinsiplərinin həyata keçirilməsində heç də həmişə effektli fəaliyyət göstərə bilmir, xüsusilə onun ərazisində onilliklərlə sürən münaqişələrin həlli kimi məsələlərdə indiyə kimi ciddi uğur qazana bilməyib. Bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev qurumun sessiyasında ATƏT regionunda təhlükəsizliyin gücləndirilməsinə dair qətnamənin müzakirəsindəki çıxışı zamanı deyib.
"Bu gün ATƏT-in effektivliyinin artırılması qurumun hazırkı gündəliyində olan ən vacib prioritetlərdəndir. Biz inanırıq ki, təşkilatın başlıca missiyası ATƏT ərazisində onun sahib olduğu norma və prinsiplərə riayət olunmasının məcburiliyini, ikili standart və coğrafi üstünlüklər olmadan, hərtərəfli təhlükəsizliyi qorumaqdır", - Quliyev bildirib.
Deputat hesab edir ki, təhlükəsizliyi artırmağın digər əhəmiyyətli cəhəti ATƏT-lə BMT arasında əməkdaşlıq əlaqələrinin artırılmasıdır, çünki hər iki təşkilat eyni dəyərləri və ümumi fəaliyyət sahələrini bölüşdürür.
"ATƏT ilə digər beynəlxalq təhlükəsizlik təşkilatlarının strateji əməkdaşlığı gücləndirilməli və koordinasiya olunmalıdır. Mən inanıram ki, bu qətnamə bütün beynəlxalq maraqlı tərəflərin fəaliyyətini tamamlamaq və sinerjini daha da gücləndimək məqsədi güdəcək. ATƏT-dən ən əsas gözləntilərdən biri odur ki, qurum Moldovada Transnistria, Gürcustanda Cənubi Osetiya və Abxaziya, Azərbaycanda Dağlıq Qarabağ kimi münaqişələrin ən tez bir zamanda həll olunması üçün aktiv rol oynasın. ATƏT öz resurs və mexanizmlərini səfərbər etməklə bu münaqişələrin həllinə öz töhfəsini verməlidir. Fikrimcə, bu, ATƏT üçün yaxşı bir vaxtdır ki, bütün potensialını digər beynəlxalq təşkilatlarla birləşdirməklə Moldovanın, Gürcüstanın və Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş ərazilərinin işğaldan və parçalanmadan necə geri qaytarmaq barədə yol xəritəsi hazırlasın", - Quliyev qeyd edib.

Geri dön