Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Günahkar mənəm, yoxsa sən?!
Günahkar mənəm, yoxsa sən?! |
Budur, əsdi bir güz* yeli, Gəlib keçdi aramızdan, Zalım fələk ilməyini Atdı bizə azdan-azdan... Görən axı noldu bizə, İlk günkü tək o saf, təmiz, Gözəl olan sevgimizə?! Çox tez bitdi səs-səmirsiz... Həyat yaman zalım gəlir, Dayanmadan üstümüzə, Xısın-xısın, incə gülür, Ruhumuzu əzə-əzə... Bilməm niyə, axı nədən, Doğma ikən biz yad olduq, Yanlış olan bir kəlmədən Görən belə tez ayrıldıq?! Bizi dağlar ayırmazdı, Sözümüz dağ olmasaydı, Heç kəsin gücü çatmazdı, Birliyimiz qor** olsaydı... Daha sual yoxdur məndə, Özüm suala dönmüşəm, Nə gözəl şey var ki qəmdə, Ona doğru sürünmüşəm?! Qəm məni də, qəm səni də, Saldı yaman öz toruna, Sevgimizin məskəni də Qəfil döndü qəm yurduna... Ayrılıq qəlbimizə oxdur, Səbəbkar mənəm, yoxsa sən, Daha bir mənası yoxdur, Günahkar mənəm, yoxsa sən?! *güz (qədim Türk sözü) – payız **qor (qədim Türk sözü) – od, alov ELŞƏN İSMAYIL Gənc ədib və kino insanı Geri dön |