Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-ın neft ehtiyatları artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > ABŞ-ın neft ehtiyatları artıb

ABŞ-ın neft ehtiyatları artıb


ABŞ-ın xam neft ehtiyatları yenidən artıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 3,8 milyon barrel (0,9 faiz) artaraq 408,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,8 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 6,1 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 2,5 milyon barrel (1,1 faiz) azalaraq 231 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,3 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2,3 milyon barrel azalmışdı.

Geri dön