Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DSX: İrandan Azərbaycan ərazisinə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > DSX: İrandan Azərbaycan ərazisinə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınıb

DSX: İrandan Azərbaycan ərazisinə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınıb


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən İran İslam Respublikasından ölkə ərazisinə qaçaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınıb.

Hadisə DSX sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində baş verib. Həmin gün saat 22:00 radələrində İran ərazisindən 3 nəfərin sürünərək Azərbaycan Respublikasının ərazisinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə olunub və nəzarətə götürülüb.

Dövlət sərhədini pozduqdan sonra sərhədçilər tərəfindən aşkarlandıqlarını başa düşən sərhəd pozucuları geri qaçmağa başlayıblar. Sərhəd naryadının xəbərdarlıq atəşinə baxmayaraq, həmin şəxslər havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İran İslam Respublikasının ərazisinə keçiblər.

Hadisə yerinə baxış zamanı 1 ədəd bel çantasının içərisində 6,4 kiloqram narkotik vasitəyə oxşar maddə, hər birində 10 həb olmaqla 79 ədəd konvalüt “Tedol-200”, 100 ədəd 10 milliqramlıq flakonda “MYDRAX” psixotrop tərkibli dərman preparatları aşkarlanıb.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılıb.

Geri dön