Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədən Amerika sanksiyalarına CAVAB
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyədən Amerika sanksiyalarına CAVAB

Türkiyədən Amerika sanksiyalarına CAVAB


Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında “sanksiya qalmaqalı” daha da böyüyür.

Oxu.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Türkiyənin Memarlar Cəmiyyətinin Ankara şöbəsinin sədri iki nazirlə bağlı sanksiyalar aradan qaldırılmayacağı təqdirdə, ABŞ səfirliyinin yeni binasının tikintisinin ləğvini təklif edib.

Şöbənin sədri Tezcan Karakuş Candan Türkiyə iqtidarına çağırış edərək “Əgər qarşılıq olaraq, ABŞ-a sanksiya tətbiq edəcəksinizsə, o zaman “Atatürk Orman Çiftliyi”ndə inşa edilən səfirlik binasının sənədlərini ləğv edin, inşaatı dayandırın” deyib.

Onun bu təklifi hakim dairələr tərəfindən razılıqla qarşılanıb.

Qeyd edək ki, həmin ərazi 2014-cü ildə TOKİ tərəfindən ABŞ tərəfinə 88 milyon dollara satılıb.

Geri dön