Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Xan qızı, “Dürrü yekta” - Xurşidbanu Natəvan
Xan qızı, “Dürrü yekta” - Xurşidbanu Natəvan |
Xan qızı Natəvanın anadan olmasından 186 il ötür[/i Tarixən hökmdarlar, böyük dövlət xadimləri, öz əməli] ilə yadda qalır, xalqın taleyində oynadığl əhəmiyyətli rola görə əbədiləşir, ölməzləşir. Bir də elm, ədəbiyyat, incəsənət xadimləri, şairlər, yazıçılar öz əsələri ilə əbədiyaşarlıq qazanır, ölməzliyə qovuşur. Hər iki məziyyəti özündə birləşdirən belə tarixi şəxsiyyətlərdən biri də incə zövqlü, böyük ürəkli, cazibədar xanım, mütəfəkkir şair, cəsarətli dövlət xadimi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvandır. Bu gün xan qızı Natəvanın anadan olmasından 186 il ötür. O, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1832-ci ildə Şuşada anadan оlan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “Dürrü yekta” (tək inci) çagırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçir. Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət qazanan nadir istedad sahibi idi. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi böyük klassiklərin əsərlərini mutaliə edir və onların yaradıcılığından bəhrələnirdi. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq ”Xan qızı bulağı” adı ilə məşhur olub. O həm də qorxmaz, məğrur bir hökmdar idi. XIX əsrin mənfur rus istilası başlayanda, onun ərazisinə girdikləri üçün rus çinovniklərini öz nökərlərinə döydürüb, ərazisindən qovdurmuşdu. Xan qızı Şuşada “Məclisi-üns” (dostluq, ülfət məclisi) yaratmış və onun bütün xərclərini öz üzərinə götürmüşdü. O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə yazırdı. Qəzəl janrında da misilsiz əsərlər yaradıb. Şairənin ailə həyatı uğursuz alınmışdı. Cavan oğlunu itirən Natəvanın şeirləri bədbin ruhda yazılmışdı. O, “Ağlaram”, “Getmə”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” şeirlərini dünyadan nakam köçmüş oğluna həsr edib. Digər Azərbaycan klassikləri kimi Natəvanın da bir sıra şeirlərinə mahnılar bəstələnib. Mərhum bəstəkarımız Vasif Adıgözəlovun Natəvanın sözlərinə bəstələdiyi “Qərənfil” mahnı-romansı çox uğurlu alınıb. Onun şərəfinə əsərlər yazılıb, tarixi şəxsiyyət və şairə xanım obrazı bədii ədəbiyyatda canlandırılıb. Xalq şairi Məmməd Rahim “Natəvan” poemasını, Xalq yazıçısı İlyas Əfəndiyev “Natəvan” pyesini ona həsr ediblər. Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib, məzarı Ağdamın “İmarət” qəbiristanındadır. Onun adına küçə, klub, kitabxana və məktəb var. Əlyazmaları, şəxsi geyim və əşyaları arxiv və müzeylərimizdə saxlanılır. Şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub. Natəvanın Şuşadakı büstü bədnam qonşularımız ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb, güllələnib və tullantı metal kimi satılıb. Azərbaycanın hakimiyyət orqanlarının səyləri ilə həmin büst aşkar edilərək Bakıya gətirilib. Hazırda İncəsənət Muzeyində açıq səma altında nümayiş etdirilir. Xurşidbanu Natəvanın 180 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Xalqımız hökmüdar və şairə qızını həmişə ehtiramla yad edir. Geri dön |