Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “20 il sonra da Azərbaycanda hamıya yer çatar”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > “20 il sonra da Azərbaycanda hamıya yer çatar”

“20 il sonra da Azərbaycanda hamıya yer çatar”


“Əsas məsələ kənddən gələn axını region mərkəzlərinə yönəltməkdir”

Dövlət Statistika Komitəsi Azərbaycanda əhalinin sayına dair yeni statistikanı açıqladı. Məlumatda bildirilir ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 59,3 min nəfər artaraq 2012-ci il iyul ayının 1-i vəziyyətinə 9.294 min nəfərə çatıb.

Bir sözlə, Azərbaycan 9 mln. həddini artıq aşıb və artım yüksək templə davam edir. Bəs yaxın illərdə ölkədə əhali sıxlığı yarana bilərmi? Əhalinin məskunlaşması üçün ərazilərimiz yetəcəkmi?

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev açıqlamasında bildirib ki, ölkənin maddi sərvətləri, təbii ehtiyatları, ümumiyyətlə Azərbaycanın yerləşdiyi coğrafi region imkan verir ki, bundan iki dəfə də çox əhali tam rahat şəkildə yaşaya bilsin. Deputatın sözlərinə görə, bu gün Azərbaycanda demoqrafik problem yoxdur və əhalinin sayını azaldacaq proqramların qəbul olunmasına ehtiyac yaranmayıb. “Ümumiyyətlə, biz doğulanların sayı barədə deyil, keyfiyyətli doğulması haqqında düşünməliyik. Yəni uşaqlar sağlam olsunlar, yaxşı təlim-tərbiyə alsınlar, təhsil alsınlar. Dünyada müxtəlif cəbhələrdə rəqabətə davamlı insan kimi yetişsinlər”.

M. Quliyev qeyd edib ki, ölkənin maddi sərvətləri təxminən 20 milyona yaxın insanın rahat şəkildə yaşamasına imkan verir. “Burada söhbət təkcə ərazidən yox, həm də ölkənin potensialından gedir. Elə dövlətlər var ki, ərazisi Azərbaycandan da kiçikdir, bizdəkindən də iki qat çox əhalisi var. Çox yaxşı da yaşayırlar. Məsələn, Monqolustan ərazisi Azərbaycan ərazisindən bəlkə də on dəfə böyükdür, amma bir milyon yarım əhalisi var. Onu da heç dolandıra bilmir. Bu mənada ərazi o qədər əhəmiyyət kəsb etmir. Əhəmiyyət kəsb edən təbii sərvətlərdir, enerji mənbələridir, insan potensialıdır. Birdə ən vacib şərt təbii resurslardan düzgün, optimal və səmərəli istifadə edə biləcək texnologiyanın olmasıdır”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, bu üç məsələ ölkənin sosial rifahının səviyyəsini müəyyən edir: “Təbii resurslar, insan resursu və müasir texnologiyanın tətbiqi. Biz bunu düşünməliyik. Bütün bunlar olandan sonra 20, 25 milyon əhali tamamilə imkan verir ki, yaxşı səviyyədə yaşayaq”.

M. Quliyev əhalinin yerləşməsi boş əraziləri olduğunu söyləyib. “Bizim asfalt olunmamış, istifadə edilməyən torpaqlarımız xeyli çoxdur. Mil-Muğan, Aran zonasında məskunlaşmamış torpaqlarımız var. Eləcə də dağətəyi bölgələrdə ərazilərimiz var.

Deputatın sözlərinə görə, əhalinin sıxlığı Masallı, Lənkəran zonasında bir qədər artıb. “Digər rayonlarda hər kvadrat kilometrə düşən əhalinin sıxlığı ümumdünya orta statistikasında aşağıdır, yuxarı deyil. Digər bölgələrdə insanların sayı seyrəkdir. Naxçıvan Muxtar Respublikasında bugünkü əhalinin iki qatı insan resursu olsa, tamamilə sərbəst yerləşəcək. Və ya Gəncə-Qazax zonasında ümumiyyətlə məskunlaşmamış ərazilərimiz çoxdur”. Əsas problemə – Bakının sıxlığına gəlincə, M. Quliyev qeyd etdi ki, paytaxta “qapalı şəhər” statusu verməklə müşkülü həll etmək olmaz. “Bütün dünyada bu proses gedir, kənddən şəhərə axın var. Bunun qarşısını ala bilməyəcəyik. Biz sadəcə regional mərkəzləri gücləndirməliyik ki, kənddən gələn insanlar birbaşa Bakıya gəlməsinlər. Yəni Gəncəbasar zonası gəlsin Gəncə ətrafında məskunlaşsın, Şirvan zonası Şirvanda, yaxud Şamaxıda”.

M. Quliyev bildirib ki, rayon mərkəzlərində Bakıda olan bütün infrastrukturları yaratmaq lazımdır. “Burada təhsil müəssisələri, kitabxanalar, teatr, kinoteatr, əyləncə mərkəzləri və s yaratmaq olar. Kəndlərdən gələn insanlar region mərkəzlərində məskunlaşmalıdır. Bununla bağlı dövlət proqramı var və bu yöndə işlər gedir”.

Sevinc İltifatqızı

Geri dön