Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı – Qazaxıstanda
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı – Qazaxıstanda

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı – Qazaxıstanda


Bu gün Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya imza atıblar.

V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.

Sənəd üzərində iş 1996-cı ildən aparılıb, Konvensiya layihəsi isə yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Xəzər Konvensiyası haqda ilk açıqlama Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən gəlib. Prezident Xəzər dənizinin tarixi, mədəni, mənəvi, ideoloji və geosiyasi mövqeyi haqqında danışıb.

N.Nazarbayev Xəzər dənizinin ölkəsində təbii qaz, neft, infrastruktur, nəqliyyat potensialını artırdığını dilə gətirib.

"Bu Konvensiya Xəzər dənizinin konstitusiyasıdır. Bu, regionda təhlükəsizliyin təminatçısı olacaq” – Nazarbayev qeyd edib.

Geri dön