Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan müstəqillik illərində daha böyük uğurlara nail olardı”
“Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan müstəqillik illərində daha böyük uğurlara nail olardı” |
“Biz problemin ərazi bütövlüyü prinsipinin prioritet olaraq müəyyənləşdirildiyi beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktı çərçivəsində həllinin tərəfdarıyıq”
“Biz Dağlıq Qarabağ münaqişəsini həllində tutduğu mövqeyə görə Qazaxıstana təşəkkür edirik. Prezident Nursultan Nazarbayev daim bu mövzunu diqqət mərkəzində saxlayır və dünya liderləri ilə görüşlərində bu məsələni qaldırır”. APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Almatıda Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşündən sonra deyib. O bildirib ki, münaqişəyə və Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır: “Ali beynəlxalq instansiya olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi vacibdir. Erməni işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxmasını tələb edən 4 qətnamə var. Lakin təəssüf ki, bu qətnamələr yerinə yetirilmir. Bizim ərazi bütövlüyümüz pozulub. Bu ağır problem olmasaydı, Azərbaycan müstəqillik illərində daha böyük uğurlara nail olardı. Biz problemin ərazi bütövlüyü prinsipinin prioritet olaraq müəyyənləşdirildiyi beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktı çərçivəsində həllinin tərəfdarıyıq”. Azərbaycan prezidenti son 7 il ərzində Qazaxıstana 3 dəfə rəsmi səfər etdiyini xatırladıb: “Bu cür qarşılıqlı təmaslar münasibətlərə hansı dəyəri verdiyimizin aydın göstəricisidir. Bizim münasibətlərimiz möhkəm tarixi bazaya əsaslanır və çoxəsrlik tarixə malikdir”. Geri dön |