Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Peru meşələrində səhləb çiçəyinin yeni növü aşkarlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Peru meşələrində səhləb çiçəyinin yeni növü aşkarlanıb

Peru meşələrində səhləb çiçəyinin yeni növü aşkarlanıb


Dünyada ən çox sevilən güllər arasında birinci, ən çox satılanlar sırasında qızılgüldən sonra ikinci yeri səhləb çiçəyi tutur. Bu güllər düzgün qulluq edildikdə insana illərlə “yol yoldaşı” ola bilir. Səhləbin təxminən 35 min növünün olduğu ehtimal edilir. Peru meşələrində bu çiçəyin yeni növü aşkarlanıb.

Xarici KİV-lər xəbər verir ki, əsasən Amazon meşələrində rast gəlinən səhləb çiçəyinin bu növü Tingo Mariya Milli Parkında geniş yayılıb. Parkın direktoru Lorenzo Flores bildirib ki, “andinia” cinsinə aid olan bu səhləblər 20 dərəcə isti havada çiçək açır. Bu cür kəşflər səhləb çiçəyinin vətəni sayılan Perunun təbii sərvətlərini ortaya çıxarır. Parkda bu güllərin çoxluq təşkil etməsi bu ərazinin qorunması zərurətini yaradır.

Qeyd edək ki, hazırda ən çox tanınan səhləb növü “phalaenopsis”dir. Bu çiçəklər il ərzində iki dəfə çiçək açır. Günəş şüaları və isti hava səhləb çiçəyinin inkişafını zəiflədir.

Geri dön