Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Yunus Oğuzun romanlarını dərsliklərə salmaq istəyirik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > “Yunus Oğuzun romanlarını dərsliklərə salmaq istəyirik”

“Yunus Oğuzun romanlarını dərsliklərə salmaq istəyirik”


Dərsliklərə yeni material hansı prinsiplər əsasında əlavə edilir?


Hər il orta məktəb dərslikləri təkmilləşir və bu dərsliklərə yeni materiallar da əlavə olunur. Bu əlavələr necə aparılır və bu proses zamanı ictimaiyyətin rəyi də nəzərə alınırmı? Bəs bu əlavələr zamanı hər hansı bir tanışlıq prinsipi də rol oynayırmı?

Filologiya elmləri doktoru, millət vəkili, dərsliklərlə bağlı Elmi-Metodik Şuranın üzvü Nizami Cəfərov dərsliklərin təkmilləşdirməsinin keçdiyi proses barədə məlumat verdi:

“Hər bir kitab yenidən çap olunanda müxtəlif təkmilləşdirmələr aparırıq. Dərsliklər xüsusi proqram əsasında tərtib olunur. Həmin proqramın və dərsliklərin hazırlanmasında birinci məsuliyyəti müəllimlər, sonra isə 30 nəfərə yaxın üzvdən ibarət Elmi-Metodik Şura daşıyır. Proqram və dərsliklər Elmi-Metodik Şurada müzakirədən keçir və təsdiqini tapır. Sonra isə hazır olan material çapa gedir. Elmi-Metodik Şura üzvlərin demək olar ki, hamısı Azərbaycanın tanınmış dilçi və ədəbiyyatçılarıdır. Konkret əlavələrdən mən hər zaman danışmışam və indi də qeyd edirəm ki, yaradıcılığı şəxsən xoşumuza gəldiyinə görə yox, ədəbi və ictimai mühitin, bugünkü ədəbiyyat prosesini bütövlükdə əhatə etmək baxımından müəlliflər seçilir. Məsələn, dərslik və proqramlara Hüseynbala Mirələmovu, Zəlimxan Yaqubu və Tofiq Bayramı da əlavə etdik. Elə onlar da ilk variantda daxil olunmağa layiq olan yaradıcı insanlar idi. Burda bir məqam da həcm məsələsidir. Yeni bir yazıçını kitablara daxil edəndə biz istər-istəməz müəyyən qədər kiçik ixtisarlar aparırıq ki, həcm uyğun gəlsin.

Son on ildə Yunus Oğuzun Azərbaycan və Türkiyə tarixi ilə bağlı xeyli sayda tarixi romanları çıxdı. Bu səviyyədə olan tarixi romanlar müasir dövrdə heç bir yazıçının yaradıcılığında yoxdur. Həmin romanlar orta məktəb şagirdləri üçün çox vacib bir materialdır. Yunus Oğuzun “Əmir Teymur”, “Nadir şah” romanları və “Atilla” pyesi, bir sıra da publisistik əsərləri nəşr olunub. Amma onların dərsliklərə salınması üçün əsasən romanlar əsas götürüldü. Bu məsələlərdə müəyyən qədər ictimaiyyətin də rəyini nəzərə alırıq. Amma əsasən ilk növbədə bu sahənin mütəxəssislərinin və elmi-pedaqoji fəaliyyəti olan insanların fikirləri nəzərə alınır“.//"Modern"//

Geri dön