Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran parlamenti “altılıq” ölkələri ilə nüvə müzakirələrinin davam etdirilməsi üçün şərtini açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İran parlamenti “altılıq” ölkələri ilə nüvə müzakirələrinin davam etdirilməsi üçün şərtini açıqlayıb

İran parlamenti “altılıq” ölkələri ilə nüvə müzakirələrinin davam etdirilməsi üçün şərtini açıqlayıb


İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdi Tehranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin davam etdirilməsi üçün Məclisin şərtini açıqlayıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, millət vəkili deyib ki, bunu üçün İrana qarşı tətbiq olunmuş sanksiyalar ləğv edilməlidir: “İran parlamenti Tehranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin davam etdirilməsi üçün sanksiyaların ləğvini əsas şərt kimi qoyub”.

Qeyd edək ki, iyulun 24-də İstanbulda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri keçiriləcək. Müzakirələrdə əsasən tərəflər arasında fikir ayrılıqlarının, mövcud ixtilafların necə aradan qaldırılması, İranın nüvə proqramı ətrafında yaranmış problemin necə həll olunması və irəliyə doğru addımlar atılması üçün danışıqlar aparılacaq.

İstanbulda Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt və İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bagiri görüşəcəklər. Bu görüşün nəticələri Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin bir araya gəlməsinə zəmin hazırlayacaq

Geri dön