Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Alimlər saç tökülməsi və ağarmasına qarşı yeni maddə hazırlayıblar
Alimlər saç tökülməsi və ağarmasına qarşı yeni maddə hazırlayıblar |
Elm adamları siçanlar üzərində apardıqları təcrübələrdə təkmilləşdirdikləri xüsusi kimyəvi maddə vasitəsilə xolestrolun səbəb olduğu saç tökülməsi və ağarmasının qarşısını almağı, o cümlədən baş dərisinin yaralarını sağaltmağı bacarıblar.
“Scientific Reports” dərgisi xəbər verir ki, ABŞ-ın Cons Hopkins Universitetinin alimləri həmin kimyəvi maddə vasitəsilə bədəndə “qlikosifinqolipit” adlanan amin alkollarının istehsalına maneə törədiblər. Amin alkolları baş dərisində yağlanmaya səbəb olmaqla yanaşı, dəri və tük hüceyrələrinə mənfi təsir edir. Maddənin inyeksiya edildiyi siçanlarda ağ tüklərin əvvəlki rənginə döndüyü, keçəlləşmənin dayandığı və dəri yaralanmalarının yaxşılaşdığı müşahidə edilib. Siçanlar üzərində həyata keçirilən təcrübənin insanlara müsbət təsir edəcəyini demək üçün araşdırmaçılar daha çox tədqiqat aparmağa ehtiyac duyulduğunu qeyd ediblər. İstənilən nəticə əldə edilərsə, o zaman bu təcrübə keçəlləşmə, saç ağarması və dəri yaralarına qarşı dərman istehsalına yeni töhfə verə bilər. Geri dön |