Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda Avropaya aid qədim sikkələr tapılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Azərbaycanda Avropaya aid qədim sikkələr tapılıb

Azərbaycanda Avropaya aid qədim sikkələr tapılıb


Azərbaycan Milli Elimlər Akademiyası Arxeologiya və Etnoqrafiya institutu, Ağsu Arxeoloji ekspeditisiyası 2010-cu il mart ayıdan başlayaraq, Orta əsr Ağsu şəhərinin yerində tədqiqat aparıb.

Tarix Elmləri doktoru Qafar Cəbiyevin rəhbərlik ekspeditisiya bu günədək 15000 km.-ə qədər sahəni arxeoloji cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarıxınə dair çox saylı nadır maddi–mədəniyyət nümunələri aşkara çıxarıb.

Bu ilin iyun 22–də, tarixdə şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri zamanı bir–birinə yaxın səpələnmiş halda olan 37 ədəd qızıl sikkə nümunələrində ibarət dəfinə aşkarlanıb. Bu sikkələrin 1781–1800–ci illərə aid olduğu müəyənləşdirilib. Aşkar olunan sikkələr demək olar ki, yaxşı vəziyyətdədir.

Onu da qeyd etmək lazımdır ki, aşkar olan qızıl Holland dukatlarıdır. Sikkələrin ərarı 986, diyametri 21.mm, qalınlığı 1.3 mm, leqal çəkisi 3.49 qr, forması dairəvidir. Üzərində kvatratda latın dilində MO.ORD .FOEDER. BELG. AD. LEG. İMP. yazısı var. Yazının latın dilində açılması belədir: MOneta ORDinum PROVİNciarum foederatorum BELGicarum AD LEGem İMerii. Bu, belə tərcümə olunur: İmperiya qanununa uyğun olaraq, Belçika Əyaləti Federasiyası hökümətinin sikkəsidir.

Sikkənin reversində zirehli zəngavər təsviri var. Cəngavərin sağ əlində çiyninə qaldırdığı qılınc, sol əlində ox dəstəsi var. Cəngavərin sol tərəfində dörd rəqəmli, miladi tarixin ilk iki rəqəmi zərb olunub, üzərində qısa olaraq latın dilində CONCORDİYA. RES. CRES. HOL. yazısı yar. Bu latınca, CONCORDİYA RES PARvardiy GREScunt HOLİandiae. Yazının tərcüməsi: Uzlaşmış kiçik əşyaların çoxalması ilə hollandiya, yəni Güc birlikdədir. Analoji sikkə nümunələri XVII əsrdə dünyanın ən müxtəlif yerlərində geniş yayılmışdır.

Əli Rza Muxtar

İlham Rəsulzadə

Geri dön