Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycanda həbslər yeni vüsət alıb
Güney Azərbaycanda həbslər yeni vüsət alıb |
Azərbaycan Milli Hərəkatının gücləndiyini hiss edən İran rejimi, milli-mədəni fəallara qarşı öz təzyiqlərini artırıb.
Daxili və xarici problemlərlə üz-üzə qalan rejim, hakimiyyətin davamını sankı daha çox zorakılıqda görür. Yalnız son günlərdə İran təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanan vəya müxtəlif formalarda təzyiqlərə məruz qalan milli-mədəni fəalların sayı onlarladır. Aşağıda, tutuqlanmış bir neçə azərbaycanlı fəalın kimliyi barədə məlumat verilir: 1) Vəhid Hebibçeşmə - Səhənd şəhəri – 2012-ci il iyunun 27-i (1391-ci il tirin 7-i) – Saxlanılır: Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsi 2) Məhəmməd İskəndərzadə - 2012-ci il mayın 20-i (1391-ci il ordibeheştin 31-i) – saxlanıldığı yer: Təbrizin ETTELAAT idarəsi 3) Səhənd Moali - Sarab - 2012-ci il iyunun 27-i (1391-ci il tirin 7-i) – Təbrizin ETTELAAT idarəsi 4) Mühəndis Vəhid Rastqu - 2012-ci il iyunun 27-i (1391-ci il tirin 7-i) – Saxlanıldığı yer: Təbrizin ETTELAAT idarəsi 5) Əli Bəşarəti - 2012-ci il iyunun 27-i (1391-ci il tirin 7-i) – Saxlanıldığı yer: Təbrizin ETTELAAT idarəsi 6) Əli Səmədpur - 2012-ci il iyunun 27-i (1391-ci il tirin 7-i) – Saxlanıldığı yer: Təbrizin ETTELAAT idarəsi 7) Mühəndis Haşim Mirzadə - Tutuqlandığı gün bəlli deyil - Saxlanıldığı yer: Təbrizin ETTELAAT idarəsi 8) Doktor Camal Musəvinejad - 2012-ci il iyunun 27-i (1391-ci il tirin 7-i) – Saxlanıldığı yer: Təbrizin ETTELAAT idarəsi 9) Daryuş Pərvanə - Ərdəbil – 2012-ci il iyunun 30-u (1391-cı il tirin 10-u) – saxlanılan yer: Təbrizin ETTELAAT idarəsi 10) Mühəndis Məsud Hüseynnejad – 2012-ci il iyulun 9-u (1391-ci il tirin 19-u) – Təbrizin ETTELAAT idarəsi Qeyd edək ki, son günlərdə Güney Azərbaycanın Sarab şəhərində 10 nəfərdən çox yaxalanıb. Lakin onlardan 4 nəfərinin kimliyi müəyyənləşib. Bu arada bir neçə milli-mədəni fəal da mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar. Həmçinin son günlərdə bir neçə azərbaycanlı fəalın evində axtarış aparılıb. Geri dön |