Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Diaspor Komitəsi: “Yeni qanun diaspor təşkilatlarımız üçün əngəl deyil”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Diaspor Komitəsi: “Yeni qanun diaspor təşkilatlarımız üçün əngəl deyil”

Diaspor Komitəsi: “Yeni qanun diaspor təşkilatlarımız üçün əngəl deyil”


Bəhruz Nəzərov: “Çünki onlar siyasi fəaliyyətlə məşğul olmur”

“Rusiya Dövlət Dumasının QHT-lərə xaricdən maliyyə yardımını məhdudlaşdıran qanun qəbul etməsi Azərbaycan diaspora təşkilatları və cəmiyyətləri üçün hər hansı problem yaratmayacaq. Çünki bu, əsasən siyasi fəaliyyətlə məşğul olan QHT-lərə aiddir”.

Bunu Davam.az- a Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov deyib. Onun sözlərinə görə, Azərbaycanın xaricdə 430-dan artıq diaspora təşkilatı fəaliyyət göstərir. Amma onlardan heç biri siyasi fəaliyyətlə məşğul olmur. Odur ki, Rusiya hökumətinin QHT-lərə xaricdən maliyyə yardımını məhdudlaşdıran qanunu qəbul etməsi Azərbaycan diaspora təşkilatları və cəmiyyətləri üçün ciddi əngəllər yarada bilməz:

Xatırladaq ki, Rusiyada qeyri-hökumət təşkilatları ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, xaricdən maliyyələşən QHT-in fəaliyyəti casusluq kimi qiymətləndiriləcək.

Komitə rəsmisi onu da bildirdi ki, Rusiyada Milli Mədəni Muxtariyyətlər haqqında başqa bir qanun da var. Eyni zamanda bu ölkədə fəaliyyət göstərən milli azlıqların fəaliyyətini tənzimləyən başqa qanunlar da mövcuddur. Azərbaycan diaspora təşkilatları həmin qanunlar əsasında Rusiyada fəaliyyət göstərirlər. Odur ki, yeni qanun bu qanunlara zidd ola bilməz. Bu baxımdan da hər hansı ciddi əngəllərin olmasından söhbət gedə bilməz.

“Mənə elə gəlir ki, bu qanun orada siyasi fəaliyyət göstərən, Rusiyanın daxili işlərinə müdaxilə edən QHT-ə aiddir. Yəni bu qanun, ilk növbədə, belə QHT-lərə şamil oluna bilər. Odur ki, Azərbaycanın diaspora təşkilatlarının fəaliyyətinə məhdudiyyətlər qoyulması ehtimalı çox azdır. Əgər bu qanun sonuncu oxunuşdan sonra qüvvəyə minərsə və Azərbaycanın diaspora təşkilatlarına hər hansı bir məhdudiyyət qoyularsa, bu halda Rusiyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri təbii ki, bu məsələləri siyasətçilər, ictimai xadimlər, Rusiya Dumasında təmsil olunan deputatlarla müzakirə edə bilərlər. Amma söylədiyim kimi diaspora təşkilatlarının fəaliyyətini tənzimləyən qanunverici aktlar var ki, Azərbaycanın xaricdəki cəmiyyətləri bu qanunlarla fəaliyyət göstərirlər. Bunlarla bağlı hər hansı problemin yaranması ehtimalı yoxdur”.

Gültəkin Ələsgər

Geri dön