Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda yarım milyon insan qızılca xəstəliyinə yoluxa bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Gürcüstanda yarım milyon insan qızılca xəstəliyinə yoluxa bilər

Gürcüstanda yarım milyon insan qızılca xəstəliyinə yoluxa bilər


Gürcüstanda 500 minə yaxın vətəndaş qızılca xəstəliyinə yoluxa bilər.

Bunu Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze söyləyib.

Onun sözlərinə görə, ölkədə 20-40 yaş arasında olan əhalinin 10 faizdən çoxu bu xəstəliyə qarşı peyvənd olunmayıb. Qızılcaya da bu yaş qrupundan olan insanlar daha tez yoluxurlar.

O deyib: “Hazırda ölkədə qızılca xəstəliyinə yoluxma hallarında artım müşahidə olunur. 2018-ci ilin ilk yarısında 1300 nəfər qızılcaya yoluxub və onlardan ikisi dünyasını dəyişib”.

Onun sözlərinə görə, yeganə xilas yolu insanların qızılcaya qarşı təcili peyvənd olunmasıdır.

Məlumat üçün qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə Avropada qızılca xəstəliyinə yoluxma halları rekord səviyyəyə yüksəlib. Təkcə 2018-ci ilin birinci yarısında Avropada 41 min nəfər bu xəstəliyə yoluxub və onların da 37-si dünyasını dəyişib.



Xətayi Əzizov

Geri dön