Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Yeni qanunların qəbulu davam edir – Onlar hansılardır?!
Yeni qanunların qəbulu davam edir – Onlar hansılardır?! |
Demokratik respublika qurmağı qarşısına prinsipial məqsəd kimi qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da 2018-ci ilin Cümhuriyyət ili elan olunduğundan Enter.News hər həftənin şənbə və bazar günləri Cümhuriyyət parlamentində olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağa qərar verib.
Yazının davamını bu linkdən oxuyun Qırx səkkizinci iclasın davamı 16 iyun 1919-cu il. Ağa Aşurov - Təklif bu cür səsə qoyulmaz. Əvvəla görək parlament öz qətnaməsini geri götürür, ya yox? Ondan sonra gərək qəbul olunarsa, səsə qoymaq olar. Çünki bir qərar, bir zakon var. Onu aşkar etmək gərəkdir, görək əsas etibarilə rədd olunur, ya yox. Rəis - Bunu söyləyirəm ki, bu barədə Sultanov ixraci barəsində parlamentin bir qərarı yoxdur. O qanun əsasilə (mexaniçeski) çıxmış olur. Qanundakını mən səsə qoya bilmərəm. Çünki istidasını da Divani-Rəyasətə yazdırıbdır. Ona görə qanunan mən onun istidasını səsə qoyuram. Söz Əhməd Cövdət Pepinovundur. Əhməd Cövdət - Mən zənn edirəm ki, Aşurov doğrudur. Çünki əvvəl gərək parlament qanunu təğyir eyləməyə razıdır, ya yox. Razıdırsa, o vaxt bu təklifi qəbul etməyi təklif edirəm. Ondan sonra, səsə qoymaq olar. Rəis - Söz Məmməd Əmin Rəsulzadənindir. Məmməd Əmin - Bu təklif doğru deyildir. Çünkü burada mübahisə ordadır ki, bu qanuni deyildir. Əgər ricanı qəbul edərsək, qanunən müvafiq olmaz. Biz demirik ki, qanun düz deyildir. Biz deyirik qanun doğru təfsin edilməyib, qanun sui-təfhim edilmişdir. Sədr və Divani-Rəyasət qanunu düşünmüşlər, qanun sui-təvil və sui-təfhim edilmişdir. Ona görə imdi qanunun sui-təfhim olub olmadığı barəsində söyləyəcəyik. Rəis - Mən deyirəm qanun sui-təfhim olmayıb. Qanun deyir ki, bir kəs ki, səbəbsiz isbati-vücud etməyə, o parlamandan xaric olur. Sultanovdan da bir kağız olmadığından parlamentdən xaric edilmişdir. Yenə təkrar edirəm ki, heç bir suitəfsir olmayıbdır. Mən Sultanovun istidasını səsə qoyuram. Hər kəs Cəlil bəyin istidasını qəbul edirsə... Məmməd Əmin (yerindən) - Başqa təklif var. Rəis - Səsə qoyuram. Məmməd Əmin (yerindən) - Təklif var... Rəis - Hər kəsin təklifi varsa, yazsın versin. Məmməd Əmin (yerindən) - Vaxt verin. Səslər - Səsə qoyun... Rəis - Təklif var, yazılır. Katib - "Müsavat" tərəfindən verilən təklifi oxuyur. Ruscaya tərcümə edir. (Sağdan gülüş). Mahmudov (yerindən) - Xüsusi komissiyada. Rəis - Təklifi səsə qoyuram. Rza bəy Ağabəyzadə (yerindən) - Ləhinə danışmaq istəyirik. Rəis - Buyurunuz. Ağabəyzadə - Bu məsələ ortaya çox (yuridiçeski) məsələ qoyur. Deyirlər ki, qəbul etsək qanun pozular. Bir də deyirlər ki, qanun pis təbdil olunubdur... Rəis - Divani-Rəyasət məlum edir ki, qanun pis təbdil olunmayıb. Ağabəyzadə (dəvam edir) - Sonra deyirlər ki, konfransa gedən başqa üzvlər ilə Cəlil bəyin halı bir deyildir. Görək indi Divani-Rəyasət nə deyir. Rəis - Divani-Rəyasət yox, heyəti-Rəyasət... (Səslər - O varmı?). Ağabəyzadə - Görək senevrin qanunun dediyi parlaman haqlı bilir ya yox. Fraksiyamız təklif edir ki, bu məsələlər mühüm olduğuna görə komissiyaya verilsin. Rəis - Söz İbrahim Əbilovundur. Əbilov - Əfəndilər! Bu məsələ əvvəl balaca idi. O qədər böyütdülər ki, hətta bir komissiyaya verilməsinə ehtiyac göründü. (Məmməd Əmin yerindən - Əlbəttə, böyük məsələdir. Bir məbusun haqqını əlindən alırsınız). Haqqını dedilər... Qanun tərtib olunanda məbusa müəyyən vəzifə təyin edilib, məbusun əlinə verilmişdir. Bu qanunu da pozan məbusların haqqı əlindən alınır. Məmməd Əmin (yerindən) - Məbusun haqqı hava ola bilməz. Əqidəmcə bu məsələ burada həll olunmalıdır. Fraksiya və komissiyalara verməyə ehtiyac yoxdur. Bu təklifi verməklə istənilən tərəfin məqsədi budur ki, bu məsələ uzanıb gələn iclasa qalsın ki, bəlkə vaxtacan bir növ düzəltsinlər. (Sağdan səslər: Sağ ol.) Məncə bunların heç birinə ehtiyac yoxdur. Məsələ indicə burada baxılıb həll olunmalıdır. Rəis - Təklif var, bu məsələ komissiyaya verilsin. Komissiyanın adı yoxdur. (Məmməd Əmin: Hansı olsa tafavütü yoxdur). Hansı komissiya olmağı sonrakı məsələdir. Səsə qoyuram. Səslər - Mandat komissiyasına. Rəis (Katibə) - Təklifi oxuyun. Katib - İkinci təklifi oxuyur. Rəis - Komissiyaya veriləsi təklifi səsə qoyuram. Hər kəs komissiyaya vermək tərəfdarıdır. Rica edirəm, əllərini qaldırsın. (Əllər qalxır). Kim əleyhinədir? (Əllər qalxır). Səs verməyən? (Əllər qalxır). Ləhinə 20, əleyhinə 30; səs verməyən 4. Əksəriyyət rəylə təklif rədd olunur. Komissiyaya verilmir. Cəlil bəy Sultanovun istidasını səsə qoyuram. Məzmunu məlumunuzdur. Yazıbdır ki, onu parlamentdən səhvən ixrac ediblər. Hər kəs Cəlil bəy Sultanovun istidasını qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Kim əleyhinədir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər qalxır). Ləhinə 22; əleyhinə 28; səs verməyən 8. Əksəriyyət rəylə Sultanovun istidası qəbul olunmayır. Parlament üzvlərindən Hacı Molla Əhməd Nuruzadə 20 günün müddətinə məzuniyyətə getmişdir. Aprelin 28-dən mayın 18-ə kimi. Vaxtı tamam olmuşdur. İki həftədir, xəbər yoxdur. Ona görə iyunun 2-dən parlamentdən xaric olunur. Növbədəki məsələ Bakı gömrükxana pud vergisinin artırılması haqqında layiheyi-qanuniyyənin 3-cü qiraətidir. Rəis - Rica edirəm, əyləşin. Abuzər bəy əyləşin. Qanun oxunub səsə qoyulacaq, oxuyunuz. Katib - 1-ci maddəni oxuyur. Rəis - 1-ci maddə xüsusunda kim danışmaq istərdi. Rica edirəm, xüsusi söhbət etməyəsiniz. Maddəni səsə qoyuram. 1-ci maddəni kim qəbul edirsə, rica edirəm əlin qaldırsın. Əksəriyyət rəylə 1-ci maddə qəbul olunur. 2-ci maddəni oxuyunuz. Mehdi bəy - 2-ci maddəni oxuyur. Rəis - 2-ci maddə xüsusunda kim danışmaq istər. Yox isə səsə qoyuram. Hər kim 2-ci maddəni qəbul edirsə, rica edirəm əlini qaldırsın. Əksəriyyət rəylə 2-ci maddə qəbul olunur. 3-cünü oxuyunuz. Katib - 3-cü maddəni oxuyur. Rəis - 3-cü maddəni səsə qoyuram. Hər kim 3-cü maddəni qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyət rəylə 3-cü maddə qəbul olunur. 4-cü maddəni oxuyunuz. Katib - 4-cü maddəni oxuyur. Rəis - 4-cü maddə barəsində kim danışmaq istər. Yox isə səsə qoyuram. Kim 4-cü maddəni qəbul edirsə, əlin qaldırsın. 4-cü maddə əksəriyyətlə qəbul olunur. 5-ci maddəni oxuyun. Katib - 5-ci maddəni oxuyur. Rəis - 5-ci maddə xüsusunda danışan yoxsa səsə qoyuram. Hər kim 5-ci maddəni qəbul edirsə, əlin qaldırsın. 5-ci maddə əksəriyyət rəylə qəbul olunur. 6-cı maddəni oxuyunuz. Katib - 6-cı maddəni oxuyur. Rəis - 6-cı maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyət rəylə 6-cı maddə qəbul olunur. 7-ci maddəni oxuyun. Katib - 7-ci maddəni oxuyur. Rəis - 7-ci maddə xüsusunda kim danışmaq istər. Səsə qoyuram. Hər kim 7-ci maddəni qəbul edirsə, rica edirəm, əlini qaldırsın. 7-ci maddə əksəriyyət rəylə qəbul olunur. Qanun layihəsini tamamən səsə qoyuram. Hər kim qəbul edirsə, əlin qaldırsın. Qanun layihəsi mütəhidən qəbul olunur. Növbədəki məsələ maliyyə nəzarəti cünbündə müfəttişlik ehtası haqqında onun qanun layihəsinin 3-cü qiraətidir. Məruzəçi Rza bəy Ağabəyov. Katib - 1-ci maddəni oxuyur. Rəis - 1-ci maddə haqqında kim danışmaq istər. Əvvəlinci maddəni qeydi ilə səsə qoyuram. Hər kim qəbul edirsə, rica edirəm, əlin qaldırsın. Əksəriyyət rəylə 1-ci maddə qəbul olunur. 2-ci maddəni oxuyunuz. Katib - 2-ci maddəni oxuyur. Rəis - 2-ci maddə barəsində kim danışmaq istər. 2-ci maddəni səsə qoyuram. Hər kim qəbul edirsə, əlin qaldırsın. 2-ci maddə əksəriyyət rəylə qəbul olunur. 3-cü maddəni oxuyunuz. Katib - 3-cü maddəni oxuyur. Rəis - 3-cü maddəni səsə qoyuram. Hər kim qəbul edirsə, əlin qaldırsın. 3-cü maddə əksəriyyət rəylə qəbul olunur. 4-cü maddəni oxuyunuz. Katib - 4-cü maddəni oxuyur. Rəis - 4-cü maddəni səsə qoyuram. Hər kim qəbul edirsə, əlin qaldırsın. 4-cü maddə əksəriyyət rəylə qəbul olunur. Katib - 2-ci fəsli oxuyur. Rəis - Qanunun 2-ci fəslini səsə qoyuram. Hər kim qəbul edirsə, əlin qaldırsın. 2-ci fəsl əksəriyyət rəylə qəbul olunur. Qanunu tamamən səsə qoyuram. Hər kim qanunu tamamən qəbul edirsə, rica edirəm, əlin qaldırsın. Qanun tamamən qəbul olunur. Növbəti məsələyə keçmədən qabaq 5 dəqiqəlik tənəffüs elan edirəm. Lakin xahiş edirəm bu komissiyalara tənəffüs zamanında namizədlər yazıb göstərəsiniz. (Oxuyur). 1) Ləvazim komissiyasına Camalbəyovla Tsaxakaya əvəzinə; 2) Fəhlə komissiyasına Tsaxakaya əvəzinə; 3) Ləvayehi-qanuniyyə komissiyasına Camalbəyov əvəzinə; 4) Təshih komissiyasına Tsaxakaya əvəzinə; 5) Torpaq komissiyasına Nərimanbəyov və Cəlil bəy Sultanov əvəzinə. Tənəffüsdən sonra Rəis - İclasa davam edirik. Növbədəki məsələ Məclisi-Müəssisan intixabı haqqında qanun layihəsinin 2-ci qiraətidir. 49-cu maddə. (Katibə) Oxuyunuz. Katib - 49-cu maddəni oxuyur. Rəis - 49-cu maddə xüsusunda kim danışmaq istər? Danışmaq istəyir, yoxsa səsə qoyuram. 49-cu maddəni kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 49-cu maddə əksəriyyətlə qəbul olunur. 70-ci maddəni oxuyunuz. Katib - 70-ci maddəni oxuyur. Rəis - 70-ci maddə xüsusunda kim danışmaq istərdi? Danışmaq istəyən yoxsa səsə qoyuram. 70-ci maddəni kim qəbul edirsə, rica edirəm əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəy ilə 70-ci maddə qəbul olunur. Katib - 71-ci maddəni oxuyur. Rəis - 71-ci maddə xüsusunda kim danışmaq istərdi. Səsə qoyuram. Kim 71-ci maddəni qəbul edirsə, əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəy ilə 71-ci maddə qəbul olmuşdur. Katib - 72-ci maddəni oxuyur. Rəis - 72-ci maddəni səsə qoyuram. 72-ci maddəni hər kəs qeyd ilə bərabər qəbul edirsə, rica edirəm, əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə 72-ci maddə qeydlə bərabər qəbul olunur. Katib - 73-cü maddəni oxuyur. Rəis - Kim danışmaq istər 73-cü maddə xüsusunda? Danışmaq istəyən yoxsa, səsə qoyuram. 73-cü maddəni hər kəs qəbul edirsə, rica edirəm, əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə 73-cü maddə qəbul olunur. 74-cü maddəni oxuyunuz. Katib - 74-cü maddəni oxuyur. Rəis - 74-cü maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə 74-cü maddə qəbul olunur. Katib - 75-ci maddəni oxuyur. Rəis - 75-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə 75-ci maddə qəbul olunur. Katib - 76-cı maddəni oxuyur. Rəis - 76-cı maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır.) 76-cı maddə əksəriyyət rəy ilə qəbul olunur. Katib - 77-ci maddəni oxuyur. Rəis - Bu xüsusda kim danışmaq istərdi. 77-ci maddəni kim qəbul edirsə, rica edirəm, əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə 77-ci maddə qəbul olunur. Katib - 78-ci maddəni oxuyur. Rəis - 78-ci maddəni səsə qoyuram. Qəbul edənlərdən rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə qəbul olunur. Katib - 79-cu maddəni oxuyur. Rəis - 79-cu maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 79-cu maddə əksəriyyəti rəylə qəbul olunur. Katib - 80-ci maddəni oxuyur. Rəis - 80-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlin qaldırsın. (Əllər qalxır). 80-ci maddə qəbul olunur. Katib - 81-ci maddəni oxuyur. Rəis - 81-ci maddəni səsə qoyuram. Rica edirəm, qəbul edənlər əlin qaldırsın. (Əllər qalxır). 81-ci maddə qəbul olunur. 7-ci babı oxuyunuz. Katib - 7-ci bab, 82-ci maddəni oxuyur. Rəis - 82-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə 82-ci maddə qəbul olunur. Katib - 83-cü maddəni oxuyur. Rəis - 83-cü maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə 83-cü maddə qəbul olunur. Katib - 84-cü maddəni oxuyur. (Səslər: Təkrar ediniz). Rəis - (Katibə) Bir də oxuyunuz. Katib - 84-cü maddəni bir də oxuyur. Rəis - 84-cü maddə xüsusunda kim danışmaq istər? Söz Sultan Məcid Qənizadənindir. Sultan Məcid Qənizadə ("İttihad") - Bu maddə hərçəndi rusca və müsəlmanca oxundu, amma, ələlxüsus, müsəlmancasının yazısı qarışıqdır. Belə görünür ki, səslər veriləcək siyahılara və hər siyahıdan artıq qalan səslər məlum olmayacaq hansı tərəfə verilir. Qoyacaqlar o siyahı üzərinə ki, çox səs alıb. Mən belə başa düşürəm. Zənnimcə, bu belə deyil. Belə gərək olmasın. Artıq səslər mütənasibən bölünməlidir. Məsələn, biri yüz min, digəri iki yüz min səs almışdır. Artıq səslər də mütənasib əsası ilə üç yerə bölünür. Bir hissəsi yüz min alana, yerdə qalan iki hissəsi iki yüz min Alana verilməlidir. Bu belə olmalıdır. Mən belə qanmışam. Rəis - Başqa danışmaq istəyən yoxsa, son söz məruzəçinindir. M. Ə. Rəsulzadə - Bu məsələ texnikaya aid bir məsələdir. Bu elə deyil ki, yerdə qalan artıq səslər məmləkətdə çox səs alana verilir. Bunun bir metri təyin edilibdir. Hər 25 min bir nəfər məbus keçirir. Hərgah bir siyahı həşdat min səs alıbsa, o üç məbus keçirir, 5 min səs artıq qalır. 115 min səs alan siyahıdan 15 min səs artıq qalacaqdır. Fərz edəlim, bir siyahıdan da 105 min səsdən 5 min səs artıq qalmışdır. Üç siyahıdan 25 rəy vardır. Bu səslər bir məbus keçirirlər. Bu üç siyahı (11) adam keçirtməlidir. Bir adam üstündə ixtilaf var. Necə olsun, kimə düşsün? Birinin beş min, o birinin (15) min, üçüncüsünün də beş min səsi artıq qalmışdır. Burada qanun təklif edir ki, o bir nəfəri çox səs alan siyahı keçirsin. Yəni misalımızda 15 min səs alan siyahının olur. Rəis - 84-cü maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə 84-cü maddə qəbul olunur. Katib - 85-ci maddəni oxuyur. Məmməd Əmin - Müsaidə veriniz. Davamı var... Geri dön |