Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Niftali Goyceli:- MİSKİN ABDAL (LƏLƏ HÜSEYN) VƏ SƏFƏVİ DÖVLƏTİ (II yazı)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Niftali Goyceli:- MİSKİN ABDAL (LƏLƏ HÜSEYN) VƏ SƏFƏVİ DÖVLƏTİ (II yazı)

Niftali Goyceli:- MİSKİN ABDAL (LƏLƏ HÜSEYN) VƏ SƏFƏVİ DÖVLƏTİ (II yazı)


ƏVVƏLİ ÖTƏN SAYDA

1501-ci ildə mərkəzi Təbriz olmaqla Səfəvilər dövləti formalaşandan sonra Şah İsmayıl sarayda dövlət idarəçiliyinə məmurlar təyin etməli idi. 14 yaşlı bir yeniyetmənin bu işin öhdəsindən lazımınca gəlməsi isə mümkünsüz idi, ona görə də Qızılbaş şürası dövlətin hərbi-siyasi, dini-mədəni və iqtisadi-hüquqi sahələri üzrə saray məmurlarını təyin edirdi. Burada yaş baxımından Hüseyn bəy Lələ (71yaş) hamıdan böyük və daha təcrübəli olması məntiqli, mənfəətli qərarların verilməsində önəmli rol oyayırdı. Bundan əlavə, hələ Şeyx Heydərlə dost və silahdaş, əqidə yoldaşı olan Hüseyn bəy Lələ Şah İsmayılın dünyaya göz açıb gördüyü müdrik, cəsur, haqq vergili ozan-aşıq idi, eyni zamanda onu böyüdüb boya-başa çatdıran, düşmənlərdən mühafizə edən ata əvəzi doğma insan idi.
Sarayda dövlətin idarə olunması işini müəyyən sahələr üzrə aşağıdakı məmurlar həyata keçirməyə başladı: Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Əbdi bəyŞamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar. Şahın saray mühafizəsi dəstəsinin başçısı Hüseyn bəy Lələ olmaqla, onun sərəncamında xarici kəşfiyyat idarəsi işçiləri də fəaliyyət göstərirdi. Səfəvilər ordusunda “Bacılar” adlı gənc cəsur güclü hərbi təlim keçmiş qadın alay da fəaliyyət göstərmişdir və bu ənənə Babək dövründən qalma, təcrübədə faydalı olan ənənə kimi tarixdən gəlmə idi. Həmin alaya Şah İsmayılın xanımı Taclı Bəyim başçılıq etmişdir. Səlnaməçilərin qeyd etdiyinə görə: “Taclı Sultan Şah İsmayılla evlənərkən cəmi 14-15 yaşında idi. Şah İsmayıl Xətainin dövlət ilə bağlı verdiyi qərarlarda onun təsiri böyük idi. Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mahmud bəyin qızı idi.” Şah İsmayıl vəfat etdikdən sonra Təhmasiblə Taclı Bəyim xanımın arasında hakimiyyət mübarizəsində ixtilaf yaranmışdır.Təhmasib Taclı Bəyim xanımı dəvə üstündə sürgünə göndərərkən mənzil başına çatmamış ac-susuzluq səbəbindən dünyasını dəyişmişdir...

Bəzi mənbələrdə missiya xatirinə Çaldıran döyüşündə Taclı Bəyimlə bərabər qadınlardan əsir düşənlər olmasına rast gəlmək olur. Lakin bu qondarmalar kökündən yalandır. “Bacılar”ın şərəfində düşmənə əsir düməmək üçün ən çətin məqamda özünü öldürmək kimi sufi anlamı var idi. Bu cür hərbi psixialogiyanın, eləcə də təfəkkür tərzinin təbligatçısı o dövrdə süfizmin idiologiyasının davamçısı yaşına görə və dövlət işində üstün fəaliyyətinə görə Hüseyn bəy Lələ idi. Səfəvi-sufi ideologiyasının “öyliya-övliya” nümayəndəsi Hüseyn bəy Lələ o dövrdə şərq aləmində adı çəkilən yerdə mömin insan kimi yüksək rəğbətlə qarşılanırdı. Hüseyn bəy Lələ dini elmləri bilməklə yanaşı, o dövr səviyyəsində olan dünyəvi elmləri də mükəmməl bilirdi. Səfəvi ordusunun silahlanmasında keyfiyyətli silahların hazırlanmasına özü şəxsən nəzarət edirdi, Səfəvi ordusuna məxsus kəsərli “qara üzlü polad” qılıncların hazırlanması texnologiyası onun beyin məhsuludur.
Şərq aləmində “təcrübi-kimya”, yəni misə qalay qatımaqla tuncun alınması, dəmiri qızdırıb yağda, müəyyən qətranda soyutmaqla poladlaşdırılması və s. istehsal texnologiyası üsulları insanlara hələ qədim Şumer, Misir dövründən gəlmədir. “Bilqamıs” eposunda “mina üzlü xəncər”, Dədə Qorqudda “qara üzlü polad qılınc”, Həzrət Əlinin “Zülfüqar”ı, Koroğlunun Misri qılıncı, Şah İsmayılın topun lüləsini sındıran qılıncı mifoloji deyil, reallıqdır. Bu silahların daha keyfiyyətli hazırlanması texnologiyası olmuşdur. Deyilişə görə Zülfüqarı Həzrət Əli özü hazırlayıb. Ehtimal yaranır ki, süfi ideoloqları həmin texnologiyanı bilmişlər və Şah İsmayılın qılıncı da məhz Hüseyn bəy Lələnin nəzarəti, göstərişi əsasında istehsal olunub.
Səfəvi dövlətinin ərazisi olan Göyçə mahalına yaxın bu yerlərdə: Gədəbəy bölgəsində qədimdən mis mədənləri, mis istehsalı, Daşkəsəndə dəmir mədənləri, dəmir istehsalı tarix səhifələrində göstərilir. Ehtimal yaranır ki, həmin bölgələrdə XI-XVI əsrlərdə də mis, dəmir istehsalı davam etmişdir. Göyçə mahalında yaşlılardan belə bir məsəl eşidirdik: “Hər dəmirdən qılınc, hər qılıncın da kəsəri olmaz”. Səfəvi döyüşçülərinin gücü onların sağlam sufi anlayışları və o dövr üçün keyfiyyətli silahların əldə edilməsi idi. Bundan əlavə, hərbi hazırlıq zamanı öyrənilən ən çətin şəraitdə döyüş fəndləriinin tədbiq edilməsi də mühüm rol oynamışdır. Təsadüfi deyil ki,Səfəvilərin 7 minlik suvarisi Farrux Yasarın 20 min süvarisi və hərbi nizamla düzülmüş 6 min piyada qoşununa qalib gəlmişdir. Bu döyüşün sərkərdəsi simvolik olaraq 14 yaşlı Şah İsmayıl olsa da, hərbi gedişə əsasən komandanlıq edən öz köməkçiləri ilə 71 yaşlı Hüsen bəy Lələ idi. Elə Farrux Yasarı da təqib edib qətlə yetirən Hüseyn bəy Lələnin cilovdarı olmuşdur.
Hələ 1500-ci ildə Hüseyn bəy Lələ və Qızılbaş müridləri Şah İsmayılı Ərdəbilin cənub-qərbində yerləşən Xalxal tərəfə irəlilədikdən sonra qışı keçirmək üçün Xəzər dənizi yaxınlığında, Astara bölgəsində Ərçivan adlı yerə gəlmişlər. 1500-cü ilin yazında şeyx İsmayıl Ərçivandan Araz çayının şimalındakı dağlıq rayonuna, Göyçə gölünün cənub sahillərinə doğru hərəkət etdikdən sonraburada Qızılbaşlara ərəşli və zülqədər tayfaları qoşulmuşlar.Bu tayfalar Hüseyn bəy Lələnin soyundan idi.
Göyçə mahalında bir rəvayətə görə 1500-cü ilin qarlı qışında Hüseyn bəy Lələ özünün bəslədiyi, hər bir iqlimə öyrətdiyi sarı köhlənində Talış dağlarının yüksəkliyi ilə Göyçə mahalının Şahdağ silsiləsi səmtində ailəsinə baş çəkmək üçün Sarıyaqub kəndinə gəlmişdir. O zaman Sənubər xanım və uşaqları tayfa mühafizəsinin nəzarətində olmuşdur. Göyçə mahalı dağlıq ərazi olduğuna görə qışı da sərt keçir. Elat yayı çadır evlərdə və qışı qazma damlarda, “qara dam”larda keçirirmişlər. Həmin qazma damların xarabalıqları indi də o ərazilərdə qalmaqda idi. Kənd sakinləri qışa ərzaq tədarükü görüb kənd evlərində qış aylarını yola verirdilər. Sürülər, naxırlar üçün də uzun komlar, tövlələr tikib mal-qaranı qış aylarında orada yerləşdirirməklə və yem tədarükü də görürdülər. Kənd sakinləri hamılıqla silahlı olmaqla kəndin mühafizəsinə də hazır dururdular... Hüseyin bəy Lələ Göyçə mahalına gəlib tayfa başçıları ilə görüşüb məsləhət verdikdən sonra Şah İsmayılın yaz çağı Göyçəyə gəlməsi zamanı hər-hansı bir təhlükəyə qarşı hazır olduqlarını tapşırmışdır. Göyçə mahalında “Zülqədər” tayfasından iki qol ayrılımışdır: “Zubannı” və “Töstülü”. Zubannılar son zamalara kimi Amasiya bölgəsində böyük bir tayfa olaraq bir neçə kənddə və Göyçənin Pəmbək, eyni zamanda digər kəndlərində də mövcud idilər.
Bu tayfaların böyük sürüləri, naxırları, ilxıları olmuş, cəngavər igidləri at çapmaq, qılınc oynatmaq, ox atmaqda da mahir olmuşlar...

ARDI VAR...

Geri dön