Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın ilk peyki sınaq mərhələsindən keçir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Azərbaycanın ilk peyki sınaq mərhələsindən keçir

Azərbaycanın ilk peyki sınaq mərhələsindən keçir


“Azərkosmos” ASC-nin əməkdaşı hazırda istehsalçı şirkətin zavodundadır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə ABŞ-ın aparıcı peyk istehsalçısı olan “Orbital Sciences Corporation” şirkəti arasında Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı ilə bağlı işlər planlaşdırılmış qaydada həyata keçirilir. Bu haqda “Azərkosmos” ASC tərəfindən məlumat verilib.

Hazırda “Azərkosmos” ASC-nin bir nəfər əməkdaşı peykin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın “Telesat” məsləhətçi şirkətinin 2 nəfər əməkdaşı ilə birgə peykin istehsalı prosesi ilə yaxından tanış olmaq məqsədilə, “Orbital Sciences Corporation” şirkətinin zavodunda peykin sınaqdan keçirilmə mərhələlərinin izlənilməsində iştirak edir. Peykin geostasionar orbitə Fransanın “Arianespace” şirkətinin öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5” raket daşıyıcısı ilə çıxarılmasına dair müqavilənin şərtləri və tələbləri nəzərdə tutulan qaydada və müddətdə həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq “Azərkosmos” ASC, “Arianespace” və “Orbital Sciences Corporation” şirkəti arasında mütəmadi görüşlər keçirilir və lazımi danışıqlar aparılır. Raketdaşıyıcının istehsalının planlaşdırılmış tarixdə yekunlaşacağı gözlənilir.

Peykin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər həyata keçirilir və “Azerspace-1” peyki 2012-ci ilin sonunda, 2013-cü ilin əvvəlində Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılacaqdır. Bununla yanaşı, Azərbaycanın telekommunikasiya və müşahidə peyklərinin idarə edilməsi və istismarının həyata keçirilməsi məqsədilə “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) inşa edilir. Abşeron rayonunu ərazisində yerləşən ƏYPİM-in tərkibinə peykin idarə edilməsi və istismarı üçün tam təchizatlı texniki bina ilə yanaşı, “Azərkosmos” ASC-nin inzibati binası da daxildir. “Azərkosmos” ASC-nin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir adlanan ərazisində yerləşir. Bu mərkəzin inşası üzrə tikinti işləri də nəzərdə tutulmuş qaydada davam etməkdədir. Mərkəzin texniki təchizatı və avadanlıqlarla təmin olunması eyni şəkildə ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən həyata keçirilir. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzin tikintisinin ƏYPİM-lə eyni ərəfədə, peykin orbitə buraxılmasından öncə tamamlanması planlaşdırılır.

2015-ci ilə qədər daha 3 süni peyk orbitə buraxılacaq.

İlk telekommunikasiya peyki ilə yanaşı, 2013-cü ildə aşağıorbitli peykin, daha sonrakı illərdə isə digər telekommunikasiya peyklərinin orbitə buraxılması nəzərdə tutulub. Əvvəlcə ayırdetməli aşağı orbitli peyklərin, daha sonra isə 2020-ci ilədək yüksək ayırdetməli bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılması planlaşdırılır. Məsafədən zondlama peyklərinin orbitə çıxarılmasına xüsusi diqqət yetirən “Azərkosmos” ASC tərəfindən aşağı orbitli peykin imkanlarının ölkəmizdə istifadə istiqamətlərinin öyrənilməsi üzrə yerli və xarici bazarlara dair araşdırmalar aparılmış və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlanılıb.

Ötən aylarda “Azərkosmos”ASC-də aşağıorbitli optik peykin hazırlanması, orbitə çıxarılması və sığortalanması” üzrə keçirilən satınalma prosesi çərçivəsində təqdim olunan tender təkliflərinin açılış mərasimi keçirilib. Açılış mərasimində iştirak haqqını ödəyərək tenderin əsas şərtlər toplusunu götürən və təklif təqdim edən iddiaçı şirkətlərin səlahiyyətli nümayəndələri iştirak edib. Təkliflərin qiymətləndirilməsi aparıldıqdan sonra tenderin qalibi olan şirkətin adı açıqlanacaq.

Anar Kəlbiyev

Geri dön