Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Gənclik > İranda həbsdə olan şairlərlə bağlı imzatoplama kampaniyası başladı
İranda həbsdə olan şairlərlə bağlı imzatoplama kampaniyası başladı |
“İrəli” İctimai Birliyi bütün dünya ictimaiyyətinə, QHT-lərə, insan hüquqları müdafiəçilərə və gənc aktivistlərə müraciət edib.
Gün.Az xəbər verir ki, müraciət 2 aydan çox İran İslam Respublikasında əsassız ittiham olunaraq saxlanılan iki gənc Azərbaycan şairinin azad olunmasına dəstək göstərmələri üçündür. “Gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İran İslam Respublikasına səfər ediblər. Lakin, onlar tədbirdə iştirak etdikdən sonra mayın 2-də Azərbaycana qayıtmağa hazırlaşarkən İranın Təbriz şəhərində mülki geyimli naməlum şəxslər tərəfindən oğurlanıb saxlanılıblar. Şairlərin əsassız saxlanılmasından artıq iki ay keçir. Bu müddət ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İran tərəfinə verdiyi 5 rəsmi notalar arzuolunan nəticə verməyib. Təəssüf ki, İran höküməti hələ də Fərid Hüseyn və Şəhriyar Hacızadənin hansı motivlərə görə saxlanmaları ilə bağlı hər hansı məlumat təqdim etməyib. Bundan əlavə, Azərbaycanın Tehrandakı Səfirliyi və Təbrizdəki Konsulluğu nümayəndələrinin Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşmək cəhdləri İran rəsmiləri tərəfindən rədd olunub. İranın davranışı beynəlxalq aləmdə qəbul olunan konvensiyalara zidddir. Biz bu davranışı düşüncəsiz və əsassız sayırıq. Kütləvi informasiya vasitələri həmçinin onların yuxarıda qeyd olunan ittihamları guya qəbul etdiklərini və İran rəsmisinin bununla bağlı sənədlərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim etdiyini bildiriblər. Lakin Xarici İşlər Nazirliyi bu cür məlumatların əsassız olduğunu qeyd edib və İran rəsmilərindən hər hansı sənədlərin daxil olduğunu inkar edib. Biz həmçinin Human Rights Watch və Amnesty International kimi təşkilatlara və Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəçilərinə bu məsələyə daha çox diqqət ayırmağı xahiş edirik. Maraqlısı budur ki, qeyd olunan təşkilatlardan heç biri indiyə kimi Azərbaycan vətəndaşlarının hüquqlarının İranda pozulmasına dair heç bir protocol və ya sənəd hazırlamayıblar. Bu yanaşma üçün vaxt artıq yetişib, çünki İran İslam Respublikası iki vətəndaşımızı azad etməyi rədd etməklə yanaşı, Azərbaycanın Respublikasının Təbrizdəki Konsulluğunun həbs edilən Azərbaycan vətəndaşları ilə görüş tələbinə məhəl qoymayaraq dəfələrlə rədd edib.” Bu müraciətdə “İRƏLİ” İctimai Birliyi bütün dünyada insan hüquqları məsələləri ilə məşğul olan beynəlxalq təşkilarları, insan hüquqları müdafiəçilərini və gənc aktivistləri çağırır: - İran İslam Respublikasında insan haqqlarının pozulması halları ilə bağlı aktiv kompaniyalar başlamağa. - Azərbaycan vətəndaşlarının əsassız saxlanılmasının daha geniş auditoriyaya çatdırılması üçün protokol və sənədlər hazırlamağa. - İki Azərbaycan Respublikası vətəndaşının tezliklə azad olunmasını tələb etməyə. Qeyd edək ki, bu müraciət bütün dünyada insan hüquqları məsələləri ilə məşğul olan beynəlxalq təşkilarları, insan hüquqları müdafiəçilərini və gənc aktivistləri Azərbaycan Respublikası vətəndaşlarının həbsini insan hüquqlarının pozulması kimi tanımağa və Fərid Huseyn və Çəhriyar Hacızadənin dərhal azad edilməsini tələb etməyə çağırır. Geri dön |