Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zeynalabdin Tağıyevin daha bir qız məktəbi üzə çıxdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Zeynalabdin Tağıyevin daha bir qız məktəbi üzə çıxdı

Zeynalabdin Tağıyevin daha bir qız məktəbi üzə çıxdı


Mahaçqalada da Hacı Zeynalabdin Tağıyevin qız məktəbi olub.

Bu barədə tədqiqatçı, tarix elmləri üzrə fəlsəfə doktoru Fərhad Cabbarov məlumat verib.

Onun sözlərinə görə, Dağıstanda 1915-ci ildə H.Z.Tağıyevin adına qız məktəbi yaradılıb. Bu fakt Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində yer alan sənədlərdə də təsdiqlənib.

“372 nömrəli fondun 1-ci siyahısındakı 50 nömrəli saxlama vahidində 98-ci səhifədə bu faktı təsdiqləyən məktubun surətini var. Belə ki, Balıqçılıq Sənayesi İdarəsindən göndərilən məktubda Heydər bəy Tarkovskinin xahişi ilə H.Z.Tağıyevin Petrovskidəki Qız Pansionuna 1914-1915-ci tədris ilinin ikinci yarısı üçün Tarkovskinin qızı Şirni xanım Tarkovskinin adına 100 (yüz) rubl keçirilməsi xahiş olunurdu. H.Z.Tağıyev üçün 100 rubl o qədər də böyük məbləğ deyildi. Bu, sadəcə olaraq xatırlatma məktubu idi” – deyə, F.Cabbarov bildirib.

Qeyd edək ki, Petrovski indiki Maxaçqalanın əvvəlki adıdır. Hələ XV əsrdən Dərbəndə gedən yolun üstündə əhəmiyyətli ticarət mərkəzi olan Tarki-aul 1847-ci ildə, I Pyotrun 1822-ci ildə İran Yürüşü zamanı bu yerlərdə olmasının şərəfinə Petrovski adlandırılıb. Petrovski şəhərinin adı 1921-ci il mayın 14-də isə inqilabçı Maxaç Daxadayevin şərəfinə Mahaçqala olaraq dəyişdirilib.

Nazim Nəsrəddinov

Geri dön