Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Təbrizlə Ankaranın qardaşlaşması məsələsi müzakirə olunur – Təbrizin bələdiyyə başqanı
Təbrizlə Ankaranın qardaşlaşması məsələsi müzakirə olunur – Təbrizin bələdiyyə başqanı |
Təbrizin Bələdiyyə başqanı İrəc Şəhin Baher təmsil etdiyi şəhərlə Türkiyə paytaxtı Anklaranın qardaşlaşa biləcəyi barədə xəbər verib.
Məlumata görə, Ankara tərəfi iki şəhər arasında əlaqələrin inkişaf etdirilməsi və qardaşlaşmasına tərəfdardır, lakin böyük ehtimalla İran rejimi bu plana qarşı çıxacaq. İ.Şəhin Baher artıq bu barədə Ankaranın bələdiyyə başqanı ilə müzakirə apardığını, Ankara təmsilçisinin buna mübəst baxdığını diqqətə çatdırıb. “Ankara iqlim və geopoletik baxımdan Təbrizə çox oxşayır. Ona görə də bu şəhərdə həyata keçirilən uğurlu şəhərsalma və memarlıq təcrübələrindən istifadə etmək mümkündür. Türkiyə paytaxtında tıxac problemi bu ölkənin digər şəhərləri ilə müqayisədə ən aşağı səviyyədədir. Tıxacı kontrolda saxlamaq üçün bir çox uğurlu işlər görülüb. Məhz bu səbəbdən Ankara, paytaxt olmasına və 5.5 milyondan çox əhaliyə malik olmasına rəğmən tıxac problemi baxımından çox rahat bir şəhərdir”- deyə o bildirib. Bələdiyyə başqanı hazırda Təbrizin həndəvərində yerləşən qeyri-rəsmi yaşayış məntəqələrində bir çox problem yaşandığına işarə edərək Ankara şəhərində bu problemin həlli istiqamətində önəmli işlər görüldüyünü də qeyd edib. O bildirib ki, bu sahədə Ankara təcrübəsindən istifadə etmək Təbriz üçün çox vacib məsələdir. İ.Şəhin Baher Təbriz və Ankara mədəniyyət həftələrinin keçiriləməsinin turizm sahəsinə təsiri ilə bağlı da danışıb. O bildirib ki, hər iki şəhərin dərin tarixi və böyük mədəni potensialı var. Ona görə də mədəniyyət həftələrinin keçirilməsi mədəni əlaqələrin genişləndirilməsi və turizm sahəsinə müsbət təsir edə bilər. Tərəflər arasında müqavilə bağlanarsa, Ankara Təbrizlə qardaşlaşan birinci paytaxt olacaq. Bu barədə Təbriz bələdiyyə başqanı mövqeyini açıqlayıb, Ankara tərəfinin isə razılıq verdiyi qeyd olunur, lakin İran rejiminin bu məsələyə necə baxacağı hələlik sual altındadır. Geri dön |