Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib

Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib


Aşura günü ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında 125 nəfər könüllü qan verib.

Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiyada rayon sakinləri, dindarlar fəal iştirak ediblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qan müayinədən keçdikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.

Geri dön