Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda dünyanın ikinci böyük palçıq vulkanında püskürmə baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Bakıda dünyanın ikinci böyük palçıq vulkanında püskürmə baş verib

Bakıda dünyanın ikinci böyük palçıq vulkanında püskürmə baş verib


Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev məlumat verib.
"Sentyabrın 23-də saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.
İkinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb", - deyə o bildirib.
Dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.

Geri dön