Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Xalq Cəbhəsinin yaradılmasından 23 il ötür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türkün şanlı tarixi, Özəl xəbər > Azərbaycan Xalq Cəbhəsinin yaradılmasından 23 il ötür

Azərbaycan Xalq Cəbhəsinin yaradılmasından 23 il ötür


Bu gün Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilatın - Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 23 il ötür.
AXC 1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis edilib.
AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. Təsis konfransında 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb. İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümbətov İdarə Heyətinin ilk üzvləri olublar. Onlardan üçü - Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy, xalq yazıçısı Yusif Səmədoğlu və “Azadlıq” qəzetinin təsisçisi və ilk redaktoru Nəcəf Nəcəfov artıq dünyalarını dəyişiblər.

DAVAM.AZ: Azərbaycanın müstəqilliyində önəmli rol oynayan bu siyasi təşkilat "rənglərini tez-tez dəyişən" və hərdən "başı sarğılı" və hərdən də "molla" kimi danışanların əlinə keçəndən sonra "qrantların" əzici təzyiqi ilə mahiyyətini tamamilə dəyişərək "kiçik qurup" mənafeyinə xidmətlə məşğuldur...
Bizlər - Azərbaycan Türk sevdalıları olaraq BÜTÖV AZƏRBAYCANA - TÜRK DÜNYASININ TAMLAŞMASINA davam...davam...deyirik!!!

Geri dön